Sirlərlə dolu qadın dünyası
Yuxu yozmaları

Yuxu yozmaları – U

Ulduz – yuxuda görülən ulduz yüksək şərəf sahibi bir insana yozulur.
Ulduz axması – yuxuda birdən-birə göydən ulduz axması və yuxu görənin üstünə gəlməsi –bu , hər kəs üçün ən xoş və ən əziz istək olub ,murada çatmağa yozulur.
Un – halal mala, ruziyə işarədir.
Uçmaq – Röyada uçmaq – yolçuluğa, baş aşağı uçmaq – rahat, arxayın yolçuluğa işarədir.
Səfərdə olmayan adamın yuxuda uçması – işsizliyə, tənbəlliyə yozulur.
Xəstə adamın yuxuda uçması – ölümə işarədir.
Röyada qanadlanıb uçduğunu görmək – yolçuluğa, qanadsız uçmaq – ağır, zəhmətli yolçuluğa, səfərə yozulur.
Bir evin damından digər evin damına uçmaq – tanınmış bir adamla əlaqəni kəsib, başqa bir tanınmış adamın tərəfinə keçmək anlamındadır.
Bu röya, eyni zamanda, bir qadını buraxıb, başqasını almağa da yozulur.
Quşlarla birgə uçmaq – yad, yabançı adamlarla görüşməkdir, qəriblik və yalnızlıqdır.
Röyada havaya doğru uçduğunu görən kimsə ölümcül xəstə yatacaq, lakin bu azardan şəfa tapacaqdır.
Bir yerdən başqa yerə uçmaq – şərəf və qüdrət sahibi olacaqsınız.
Dağ üzərində uçmaq – səltənətə və ya böyük bir məqam sahibi olacağınızı; bütün düşmənlərinizə üstün gələcəyinizi Uçarkən bir şeyin üzərinə düşmək – düşdüyünüz o şeyin sahibi olacaqsınız.
Başqa yozumlara görə, yuxuda uçmaq – elm öyrənməyi, günah işləməyi, yüngül davranışı da ifadə edir.
Ucuzluq –yuxuda ucuzluq olduğunu görmək pulun qiymətdən düşəcəyinə ,dəyərini itrəcəyinə işarədir.
Ud (musiqi aləti) – yuxu sahibinin qeyri-adi musiqi yetənəyi var deməkdir.
Uzunluq (boyun uzanması) – yuxuda boyunun uzandığını görmən – adamın elmi və malı artacaq.
Universitet – Röyada universitetdə dərs dinləmək və ya hər hansı bir konfransda iştirak etmək – durumunuzun yaxın günlərdə düzələcəyini xəbər verir.
Uçurum – Yuxuda bir çuxura, uçuruma düşdüyünü və oradan çıxa bilmədiyini görən adam ləyaqətini alçaldan üzücü bir olayla qarşılaşacaqdır.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Leave a Reply

Your email address will not be published.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.