Sirlərlə dolu qadın dünyası
Yuxu yozmaları

Yuxu yozmaları – İ

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

IANƏ-Röyada birinə ianə verildiyini görmək-röya sahibinin sağalmaz bir xəstəliyə tutulmaq ehtimalı var. Bu cür yuxu görən adamın tezliklə həkim müalicəsindən keçməsi, onun sağlamlığı baxımından çox yararlı ola bilər.

İAŞƏ-Röyada iaşə işləriylə məşğul olduğunu görmək-qəza və bəlanın sizdən yan keçəcəyinə, Tanrının sevimli qulu olmağa namizəd bulunduğunuza yozulur.

İBADƏT LİBASI-Röyada həcc zamanı ibadət libasının geyilməsi-xeyirli və müqəddəs bir xəbər alacağınıza yozulur.

İBADƏTXANA-Yaxın vaxtlarda xeyirlə nəticələnəcək bir səyahətə çıxacaqsınız.

İBRAHİM ƏLEYHİSSƏLAM-Böyük peyğəmbərlərdən İbrahim əleyhissəlamı yuxuda görmək-Allah-təalanın mərhəmətinə nail olmaq deməkdir. Bu böyük peyğəmbəri röyasında görənin üzünə bütün rəhmət qapıları açılacaq və həyatı xoşluqla keçəcəkdir.

İDARƏ (iş yeri)-Bir idarəni, müəssisəni, dəftərxananı, ümumiyyətlə iş yerini yuxuda görmək-yaxşı bir iş təklifi alacaqsınız.

İDEAL-Röyada bir idealın müsbət nəticə verdiyini görmək-nəqliyyat qəzasının xəbərçisi olaraq qəbul edilir.

İDEALİST-İdealist bir adamı yuxuda görmək-yoldaşlarınız arasında şərəf və etibarınız artacaq, əlinizə çoxlu pul gələcəkdir.

İDRİS ƏLEYHİSSƏLAM-İdris peyğəmbəri yuxuda görmək-röya sahibinin işləri düzələcək, biliyi artacaq, xalq onu çox sevəcək, evində əmin-amanlıq və xoşbəxtlik hökm sürəcək. Bu röyanı görən ibadət və inanc sahibidir.

İY-Qadın yuxuda iyə ilişdiyini görərsə və evlidirsə, qızı olacaq, ya da bacısı dünyaya gələcək. İyə dolanan ip tağalağının kəsildiyini görmək-röya sahibi səfər üstədirsə, bu işdən vaz geçəcəkdir. İp əyirmək-qəriblikdə yad bir adamdan yardım istəməyə yozulur. Yuxuda iy görmək-səfərə çıxmağa və yuk daşıyan bir minik heyvanına da əlamət sayılır. Polad iy də eyni şəkildə yozulur.

İYDƏ-İydə ağacı-iş həyatında bir uğursuzluğa yozulur. Bu cür röyalar eşq və mənəvi həyatınızda gözlənilməz və qeyri-adi gəliılər olacağına da yozula bilər.

İYNƏ-Röyada iynə görmək-həyatda çox yorulmuş olduğunuza və səhhətinizə diqqət yetirməyin gərəkliyinə işarədir. Subay adam iynə görərsə-evlənəcək, kasıb isə iqtisadi durumunu yaxşılaşdıracaqdır. İynənin üzərundə sap da varsa və röya sahibi hər hansı bir söküyü, yaxud paltarını tikirsə-o, hər muradına, istəyinə yetişəcəkdir. İynənin qırıldığını görmək-yuxu görənin halı pisləşəcək, işləri pozulacaq. Röyada əlində çuvalduz olduğunu görənin arvadı hamilədirsə-qız olacaq, hamilə deyilsə səfərə çıxacaq. Yuxuda iynə yediyini görən adam bir nəfərə sirrini açacaq və bundan zərər çəkəcək. Kiməsə iynə batırıldığını görən şəxs o adamı pisləyəcək. Röyada bir neçə iynə görmək də eyni cür yozulur.

İZ-Röyada bir izi tutub getmək-sirləri açmağı, gizli şeylərin üzə çıxmasını, elm yolunda getməyi ifadə edir. İzciliklə, bələdçiliklə ilgili yuxular güvənilən bir dostla qısa bir səfərə çıxılacağına yozulur.

İLAN-Röyada ilan-çox təhlükəli və hiyləgər bir düşmənlə qarşılaşmağa yozulur. İlanın üstünüzə hücum çəkməsi-düşməniniz sizi qəfildən vurmaq üçün fürsət gözləyir.

İLAN BALIĞI-Qısqanclıq əlaməti kimi açıqlanır.

İLAHİ VARLIQLAR-Röyada mələk, övliya kimi müqəddəs varlıqların görülməsi həmişə xeyrə yozulur.

İLBİZ-Röyada ilbiz-yavaş-yavaş da olsa, işlərinizdə uğur qazanacağınıza, qarşılıqlı sevgiyə, əlinizə çoxlu sərvət imkanı düşəcəyinə, xoşbəxt olacağınıza yozulur.

İLĞIM-Röyada ilğım-mümkün olmayan, nəticəsiz qalacaq boş bir işə işarə olyb, ümid olunan işin başa gələmyəcəyinə, arzuların boşa çıxacağına yozulur. İlğım-ayrılıq, dində küfr, dünya ziynətlərinə meyl və rəğbət, arzu və təmənna, əl yetməyən bir şeyə ümid bağlamaq deməkdir. Müxtəlif yozumlara görə, yuxuda ilğım görmək-əsli olmayan xəbərlərə və ya yalançı şahidliyə də işarə sayılır.

İLDIRIM-Röyada evə ildırım düşdüyünü gormək-əzab, xəstəlik, ölüm anlamındadır. Bir adamı ildırım vurması-o adam haqqında yalan xəbərləri və xoşağəlməz söz-söhbəti ifadə edir. Düşdüyü yerdə ildırımın bir şeyi vurması-o bölgədə olacaq fitnə-fəsada və din baxımından ödənməsi lazım gələn borca, tövbəyə işarədir.

İLİK-Sümük içində olan iliyi yuxuda görmək-gömülü (gizlin saxlanan) şeylərə və miras olaraq qalan taxıla işarədir. Öz sümüyünün içində ilik olduğunu görmək-röya sahibinin torpağa göməcəyi mala yozulur. Yuxu görən xəstədirsə, xəstəlikdən qurtilib ayağa duracaqdır.

İLYAS PEYĞƏMBƏR-Röyada İlyas peyğəmbəri görmək-bir xəstəliyin sona yetəcəyinə, şad xəbərə, arzuların gerçəkləşəcəyinə, xoşbəxtliyə yozulur.

İLK BAHAR-Röyada yaz mövsümü görmək-xeyrə əlamət sayılır. Bolluq və bərəkət anlamına gəlir.

İMAM-Yuxuda imam görənin mərtəbə və məqamı yuksələcək, şöhrət sahibi olacaq. İmamın minbərə çıxdığını görmək-röya sahibini bacarığı varsa, böyük bir məqama şatacaq. Xəstə və qayğılı bir adam belə yuxu görərsə, yaxşılaşacaq, tezliklə xəstəliyi keçəcək.

İMARƏT-Röyada əski zamanlarla bağlı bir imarət görmək-röya sahibinin mənəvi baxımdan böyük bir ucalığa yüksələcəyini göstərir.

İMDAD-Röyada birisindən imdad istəmək-işlərin pisləşəcəyinə işarədir. İmdad istəyənə yardım etmək isə doğum, ya da evlilik xəbəri sayılır.

İMZA-Röyada imza atmaq-xeyirli bir yuxu olaraq yozulur. Bu cür röya görən adam qısa müddət ərzində düşdüyü sıxıntıdan qurtulacaq, əmin-amanlığa qovuşacaqdır.

İMPERATOR-Yuxusunda imperator görənin bəxti açılacaq, lotoreya, sport-loto kimi oyunlardan böyük miqdarda pul qazanacaqdır.

İMTAHAN-Çeşidli yozumlarla açıqlanır. Belə ki: İmtahandan uğurla çıxmaq-bir sıxıntıdan qurtulmaqdır. İmtahanda uğursuzluq-qəfil xoş xəbərdir. İmtahan etmək-qəfil bəd xəbərə işarədir. İmtahan məsuliyyəti-eşqə düşməkdir. İmtahan qorxusu-yeni bir işə girişməyin başlanğıcındasınız.

İNAD (inadcıllıq)-İnadkarlıqla ilgili yuxular röya sahibinin işlərində böyük uğur qazanacağı şəklində yozulur.

İNQİLAB-Röyada inqilab görən adam özünü psixiatr həkimə göstərməli, sağlamlığı qayğısına qalmalıdır.

İNƏK-Yuxuda inək-bolluq və bərəkət anlamına gəlir. Belə yuxu görən adamın əlinə bolluca pul gələcəkdir. Ancaq inəyin sağılığını röyada görmək-pul xərcinə, pul itgisinə yozulur.

İNGİLİS-Şərqin röya təbirçiləri yuxuda ingilis görməyi son dərəcə pis yuxu kimi yozurlar. Röyada ingilis görmək-gözləmədiyiniz bir adamdan xəyanət görəcək, ya da iftiraya məruz qalacaqsınız.

İNSAN-Tanımadığınız və anşırda bilmədiyiniz bir insanı yuxuda görmək-etrəsi gün xeyirli bir xəbər, ya da məktub alacaqsınız.

İNTİHAR-İntihar ilə ilgili yuxular aşağıdakı kimi yozulur: İntihar etmək-cavanlığınız sıxıntılı, yaşlı çağlarınız isə rahatlıq içində keçəcəkdir. İntihar edəni yuxuda görmək-üzüntülü bir xəbərdir. İntihar təşəbbüsündə olmaq-bir eşq xəbərçısı olaraq yozulur.

İNCƏ (zərif) BUDAQ-Ər-arvad arasında lüzumsuz yerə narazılıq olacaq, fəqət bu narazılıq qısa müddət içində aradan qaldırılacaqdır.

İNCƏLMƏK (zəifləmək)-Röyada özünü incələn, zəifləyən görmək-xeyrə əlamətdir. Yuxuda zəifləmək-taleyinizin açılacağına və giriçdiyiniz işdən böyük qazanc əldə edəcəyinizə işarədir.

İNCİ (mirvari)-Röyada sapa düzülmüş inci görmək-Qur`anı, elmi, oğlan övladı, yaxud kölələri ifadə edir. İnci dəldiyini görmək-Qur`ani-Kərimi haqq və səvab üzrə təfsir etməyə; inci udmaq və ya satmaq-Qur`anı unutmağa işarədir. İnci-bigi anlamına gəlir. İnci almaq-elm, fəzilət sahibi olmaq və xalq tərəfindən sevilmək deməkdir. Ağzına inci soxmaq-röya sahibinin dininin gözəl olduğuna yozulur. Ağzından inci, dürr tökmək, camaatın və ya röya sahibinin özünün bu inciləri toplaması-yuxu görənin bir çox hikmətamiz hekayətlər anlatmaqla xalqa xidmət etməsini və nəsihətdə bulunmasını, xalqın bundan yararlandığını bildirir. Röyada sizə inci bağışlanarsa, öz qohumlarınızdan inci kimi zərif bir qız alacaqsınız. Yuxuda inci sahibi olduğunu görən adam evlənəcək. Bir kimsənin röyasında əlamət bir inci alması-ömrü çox qısa bir cocuğu olacağını xəbər verir. Dəniz və ya çaydan çoxlu inci çıxarmaq, qutulara yerləşdirmək-röya sahibi dövlət xəzinələrindən, yaxud o çayın sahibi olan kimsənin malından halal sərvətə qovuşacaqdır. Çoxlu inci görülməsi-xidmətçilərə və böyük mirasa yozulur. Röyada görülən inci axan göz yaşı da sayıla bilir. Böyük bir inci dənəsini yuxuda görmək-hamilə qadın üçün bu yuxu oğlu olacağına yozulur. İnci çeynəmək-riyakarlığa, inci qusmaq-hiyləgərliyə əlamətdir. İncini qabığındançıxarmaq və qabığını götürmək-o kimsənin qəbir açıb kəfən soyan bir soyğunçu olduğunu göstərir. Bir xəzinəni açarla açıb, ordan inci və cəvahir aparmaq-röya sahibi bir bilginə önəmli bir məsələ barədəsorğuda bulunacaqdır. Yuxuda inci saymaq-çətinliyə uğrayacaq, sıxıntıya düşəcəksiniz. Xam, cilalanmamış inci almaq-yuxu görənin küçə başında və yol üzərində Qur`ani-Kərim oxuması deməkdir.

İNCİL-Röyada İncili görmək-nə qədər pul xərcləmişsinizsə, əlinizə o qədər pul gələcəkdir.

İNCİÇİÇƏYİ-İciçiçəyini yuxuda görən adamla yaxınları araında mövcud olan umu-kusulərə son qoyulacaq, ortada barışıq olacaqdır.

İP-Uzun ömürdən dolayı belin bükülməsi anlamına gəlir. Yuxuda ip-xoş xəbərlər müjdəçisidir.

İPƏK-Yuxuda ipək görmək bu şəkildə yozulur: Saf ipək-xoş xəbərdir. İpək qalstuk-ailə həyatında, xoş davranışa işarədir. İpək paltar-bir tanış vasitəsilə böyük miqdarda sərvət əldə etməyin mümkünlüyünə əlamətdir. ipək iplik-uzaqdakı bir yaxınınızla görüşə bilmək ehtimalı var. İpək mələfə-qısa müddətdə keçıb gedəcək sıxıntılı günlərə yozulur.

İPƏKQURDU (barama qurdu)-Röyada ipəkqurdu görən adamın içindəki şəkk-şübhələr əsassızdır.

İPOTEKA (malın, mülkün girov qoyulması)-Röyada bir şeyinizi girov qoyduğunuzu görmüşsünüzsə, sıxıntı içində keçən yaşayışınız xoş bir təsaduf nəticəsində dəyişəcək, xoşbəxtliyə qovuşacaqsınız.

İRAQ (ucqar) YER-Röyada iraq, ucqar bir yerə getdiyini görən adam yaxınlarda mövqeyində yüksələcək, sevgidə uğur qazanacaqdır.

İRANLI (fars)-Yuxuda iranlı (fars) görmək-yaxın vaxtlarda şişirdilmiş bir iftiraya düçar olacaqsınız.

İRQ-Röyada başqa irqdən olan adamla danışıb söhbət eləmək-çox keçmədə xarici ölkələrə səfərə çıxacağınızı bildirir.

İRİN-Yuxuda bir yerinizdən irin çıxdığını görmək-ruhunuzu saran acılarda və iztirablardan uzun zaman qurtara bilməyəcəyinizə işarədir.

İRMAQ (çay)-Röyada böyük bir irmağa düşmək-təhlükəyə işarədir. Əgər çapalayıb çıxa bilsə, salamatlıq olacaq, çıxa bilməsə-röya sahibi vəfat edəcək.

İSA PEYĞƏMBƏR-Yuxuda İsa əleyhissəlamı görmək-Allahın məthəmətini qazanmağa, təhsilə, uzun səfərə, xeyirə, ibadət əhli olduğunuza işarə sayılır. İsa peyğəmbəri röyada görmək-qənaətcil və tibb elmində mərifət sahibi olduğunuza, on il sizə heç bir pisliyin, hiylənin yetişməyəcəyinə yozulur. Belə yuxu görən adam tibb təhsili almaq arzusundadırsa, muradına çatacaq, alim olacaqdır. Qara qorxudan qurtarmaqla bərabər çəkingənliyə də əlamət sayılır. Bir çəhər və ya camedə bütün camaatın İsa peyğəmbərə baxdığını görmək-xalq müsibət və bəla içindədirsə, bu bəladan qurtaracaq, əmin-amanlıq içindədirsə-aralarında fitnəkarlıq olacaqdır. İsa peyğəmbər anasıyla birlikdə görülərsə, bu, böyük bir əmin-amanlıq xəbəridir. İsa peyğəmbərin çəklini almaq, onun surətinə çevrilmək-röya sahibi hökmdar və dövlət başçısı isə, səltənəti böyük olacaq; alim və ya dindardırsa, mənfəəti çox, fəziləti açıq olacaqdır. Həkimdirsə -şöhrəti artacaqdır. Harda olur-olsun, İsa peyğəmbəri yuxuda görmək-izzəti və bərəkəti, ucuzluğu, xəstəlikdən sağalmağa xəbər verir. Peyğəmbəri xəstə görmək-xalqın çaşıb heyrətdə qalacağına, haqqa, ədalətə işarədir. Hamilə qadının İsa peyğəmbəri yuxuda görməsi-gözəl bir oğlan övladı doğulacaq. Sənət sahibi üçün bu röya onun sənətində yüksələcəyini, səadətə qovuşacağını göstərir. Uşaq röyasında İsa peyğəmbəri görərsə, o uşaq atadan yetim qalacaq, anasının tərbiyəsi altında yararlı, yetgin və bilikli bir adam olacaqdır. Bu böyük peyğəmbəri yuxuda görən adam başlanğıcda şöhrət və etibardan düşmüş olsa belə, ömrünün sonu xeyirli keçəcəkdir.

İSVEÇRƏ-İsveçrəni yuxuda görmək-bir neçə gün dincəlməyiniz məsləhətdir.

İSLAQ (höyüş) ƏŞYA-Röyada islaq bir şeyi əlləşdirən adamın yolu yaxın gələcəkdə məhkəmə qapısına düşəcək və işinin həll etmək məqsədiylə xeyli pul sərf etməli olacaqdır. Əgər islaq əşya pambıq və ya buna bənzər bir şeydirsə, onda bu röya acı xəbər anlamına gəlir.

İSLANMAQ-Yuxuda başdan-ayağa islandığını görmək-həyatınız bir müddət ümidsizlik və uğursuzluq içində keçəcək, sonra isə səadət və sevinc dolu yaşayış tərzinə qədəm qoyacaqsınız.

İSLAH-ƏMƏK KOLONYASI-Röyada islah-əmək düşərgəsi görən adamın özünün islaha möhtac olduğuna və hərəkətlərinə diqqət etməsi gərəkliyinə yozulur. İslah-əmək düşərgəsində bağça və ağaclar görülərsə, röya sahibinin ozünü psixiatr həkimə göstərməsi və əməlli-başlımüayinə olunması lazım bilinir.

İSMAYIL PEYĞƏMBƏR-Röyada İsmayıl əleyhissəlamı görən adam haqqın yoluna hamıdan çox bağlıdır. Xeyirxahlıq yolunda xalq içində iman sahibi olan və sevilən bir kimsədir. İsmayıl peyğəmbəri yuxuda görən adamlar şər işlərdən çəkinir və Allahın kitabına uyğun hərəkətlər edirlər. Xoş xasiyyətlidirlərsə, uşaqlara şəfqət və məhəbbət göstərirlər, əxlaqlı və yurdsevərdirlər.

İSPAN-Yuxuda ispan görən adamın ertəsi gün işi şən-şaqraq keçəcək, sonrakı gün isə pozulacaqdır.

İSPANAQ-Röyada ispanaq yemək-muradınız, istəyiniz hasil olacaqdır.

İSRAİL-İsraili yuxuda görənin başına ya fəlakət gələcək, ya da başına dövlət quşu qonacaqdır.

İSTEFA-Röyada istefa verdiyini görən adam işində yüksək bir pilləyə yüksələcək.

İSTEHKAM (qoruğan)-Röyada yaxşı qorunan bir yer, istehkam görmək-röya sahibinin sıxıntı içinə düşəcəyinə, başına fəna işlər gələcəyinə, ancaq qısa müddət ərzində bu sıxıntılardan qurtaracağına yozulur.

İSTİQLAL-Röyada bir ulusun istiqlalı uğrunda savaşdığını görmək-röya sahibinin ərdəmli, ləyaqətli bir adam olduğuna, öz çıxarını düşündüyü kimi, başqalarının da çıxarı barədə fikirləşdiyinə işarə sayılır.

İSTİLİK (hərarət)-Röyada istilik hiss edib tərləmək-yaxınlarda bir xəstəliyə tutulacağınıza işarədir.

İSTRİDYƏ (dəniz ilbizi)-Dənizdə istridyə, yaxud midyə (molyusk) görmək-etgili kişiliyi olan bir nəfərlə tanış olacaqsınız və bu tanışlıq həyat tərzinizdə yaxşılığa doğru böyük dəyişikliklərə səbəb olacaqdır.

İSHAQ PEYĞƏMBƏR-Röyada İshaq peyğəmbəri görmək-zalım düşmənlərinizi məğlub edib qalib gələcəksiniz.

İSHAL-Yuxuda birinin özünü ishal olmuş görməsi xeyrə yozulmaz. Belə röya görən adam ən yaxın dostundan pislik görəcəkdir. Diqqtli olması gərəkdir.

İTALYAN-Yuxuda italyan görmək-röya sahibi vaxtını boş və gərəksiz gəvəzəliklərlə keçirir. Ağlını başına toplamasa, başına xoşagəlməz işlər gələcək və sonrakı peşmançılıq fayda verməyəcəkdir.

İTGİN ADAMIN DÖNMƏSİ– Çoxdan görünməyən itgin adamın yolçuluqdan geri döndüyünü və yurduna qovuşduğunu röyada görmək – narahatçılıqdan, həyəcanlardan qurtulmağa, xəstəlik və illətin yaxşılaşacağına, sağlığa, öz əslinə dönüşə işarədir. Əgər röya sahibi itginin qayıtması səbəbindən qayğı və tasaya düşərsə, bu yuxu qorxuya yozulur.

İFLAS – Röyada iflasa uğradığını və özünü üzüntü içində görən adam qazanclı və mənfəətli işlərə girişəcək, çoxlu fayda və qazanc əldə edəcəkdir.

İFLİC – Röyada özünü iflic olmuş görmək-tam tərsinə yozulan bir röyadır, həyatda çox sağlam və hər zamankından daha fəal yaşayacağınıza əlamətdir.

İFTAR-Röyada iftar edildiyinin görülməsi xeyrə əlamətdir. Ya röya sahibi, ya da onun yaxın bir adamı çox qısa müddət içində xəstəlikdən qurtulacaqdır.

İFTİRA-Yuxuda iftiraya məruz qaldığını görmək-qaibdə bir xəbər gələcək və gözlənilməz bir olay baş verəcəkdir. Röyanı görən qadındırsa, ərinin sözlərinə son dərəcə diqqət yetirməli, övladlarına qarşı daha şəfqətli və xeyirxah olmalıdır.

İXRACAT-Yuxuda ixracaq işləriylə məşğul olduğunu görmək-röya sahibinin acgöz, özündən razı adam olduğuna, hərəkət və davranışlarıyla çevrəsindəkilərin hörmət və sevgisini itirməkdə olduğuna işarə sayılır.

İXTİYAR ADAM-Tanımadığınız ixtiyar bir adamı yuxuda görmək-o adam qüvvətli isə, röya sahibini qüvvətinə işarədir. Əgər həmin qocaman adam zəifdirsə, röya sahibi də o durumda olacaq. İxtiyar adamın yuxarıdan aşağı sizə baxması-xeyirli bir iş görməyə yetərli və qabiliyyətli olduğunuza əlamətdir. Röyada tanımadığınız yaşlı bir adama uyub onun arxasınca getmək-xeyirə və bolluğa çatacaqsınız. Görülən qoca kəndçidirsə, o, röya sahibinin səmimi dostu kimi yozulur. Əgər ixtiyar kişi türk təbəəsidirsə və müsəlman deyilsə-vəfasız dost kimi mənalandırılır. Röyada ixtiyar adam görüb ondan xoşlanmaq-röya sahibinin birdən-birə dostu peyda olacaq və ona öyüd-nəsihət verəcək, ancaq bu öyüdlər eşidilməyəcək. İxtiyarı sevib, nəsihətini eşıtmək isə xeyrə yozulur. Cavan adam yuxuda ixtiyar bir kişinin söhbətinə qulaq asarsa, o gənc elm və ədəb yiyəsi olacaqdır.

İXTİRAÇILIQ ŞƏHADƏTNAMƏSİ-Yuxuda ixtitaçılıq şəhadətnaməsi görmək-röya ahibi çox xəyalpərvərdir və həyatda uğur qazanmaq üçün real işlərin qulpundan tutması gərəkdir.

İÇ YAĞI-Qonaq gedəcəyinizə, ya da sizə qonaq gələcəyinə işarə sayılır.

İÇMƏK-Röyada ləzzətlə su içdiyini görmək-elmə və haqq yoluna çatmağa yozulur. Yuxuda səhər tezdən soyuq və dadlı su içdiyini görən adam halal mala və xeyrə qovuşacaq.

İCAD (kəşf)-Bir şeyi icad etdiyini yuxuda görən adam müdhiş bir macəraya atılacaqdır.

İCARƏ-Röyada hər hansı bir bina və ya evin icarə haqqını ödəmək-gözləmədiyiniz halda əlinizə pul gələcək. Kirə pulunu verməmək, borclu olmaq-bəzi əmlakın itiriləcəyi deməkdir.

İŞ-Röyada hər hansı bir iş üzərində çalışdığını görmək-yuxunu görənin sıxıntı içində olduğuna və ailədə baş açmadığı durumda bulunduğuna işarədir. Yuxuda özünü bir işçi və ya günəmuzd çalışan görmək-yaxşılığa yozulacaq röya deyildir, etibar və etimadınızın itirilmək təhlükəsi var.

İŞIQ-Röyasında işıq görən adam çeşidli çətinliklərdən sonra rahatlığa və xoş güzərana qovuşacaq, rahat nəfəs alacaqdır. Gecəyarısı işıq görmək-röya sahibinin ay parçası kimi nurlu bir övladı dünyaya gələcəkdir. Kibrit işığı-qismət anlamındadır. Ay işığı-üzüntülü və həzin bir vəziyyətə işarədir. Çıraq işığı-əyləncə, boç vaxt keçirmək imakanıdır. Şam işığı-parla gələcək deməkdir. Gün işığı-parlaq gələcək deməkdir.

İŞGƏNCƏ-İşgəncə ilə ilgili yuxular həmişə tərsinə yozulur. Yuxuda işgəncəyə məruz qalmaq-rahatlığa, əmin-amanlığa işarə sayılır. İşgəncəverən isə məsuliyyətli, ciddi durumlara düşəcəkdir.

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.