Sirlərlə dolu qadın dünyası
Yuxu yozmaları

Yuxu yozmaları – E

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ev quşları – toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək – cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya – təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır.
Ev tikmək – Yuxuda ev tikmək – röya sahibi torpaqla uğraşır, vaxtı xoş keçir, əlinə mal gələcək. Evini şüşədən tikilmiş görmək – röya sahibi yaxında vəfat edəcəkvə ya düşmən tələsinə, fitnəsinə məruz qalacaqdır.
Evlənmək – Röyada evlənən varlı olur. Birisi röya görəni öpsə, muradına çatacaq. Yuxuda bir qadınla görüşmək – böyük bir adamdan fayda görəcəksiniz. Bir qızla görüşmək – muradınız hasil olacaq.
Edam – Röyada özünün edam edildiyini görən adam yüksələcək və önəmli mövqeylərə kecəcəkdir. Özünün asıldığını görmək – bacarığı varsa, röya sahibi vali olacaq. Asılıb da canını tapşırırsa, o valinin vilayətə din baxımından səhvən qoyulduğuna işarədir. Əgər sağ qalsa röya sahibi vali olur və vəzifəsində ədalətli hərəkət edir. Şəhərin qala divarında aslı olduğunu və camaatın onu seyr etdiyini görən adam böyük bir səltənətə və şöhrətə çatacaq, xalqın bütün zənginləri və şərəfli adamları onun əli altında olacaqdır.
Eyş-işrət – sıxıntıya əlamət sayılır.
Ekzema (dəri xəstəliyi) – Dəri xəstəliyi ilə ilgili yuxular görmək – əlinizə az miqdarda da olsa, pul və mal gələcəyinə işarə sayılır.
Elan – Qazetdə və ya dərgidə cap edilən elanları oxumaq – həyat tərzinizi düzəldəcəyinizə yozulur. Qəzetdəki bir elana cavab vermək – önəmli bir mövqeyə gətiriləcəyinizi bildirir. Röyada özünü elan hazırlayan görmək – calışdığınız iş yerində sizə düşmən münasibətdə olanların aktivliyi, fəaliyyəti zəifləyəcək. Yuxuda kücədə vurulmuş elanları, reklam və afişaları oxumaq – işlədiyiniz müəssisənin uzaq bir şöbəsinədəyişiləcəyinizi ifadə edir.
Elani-eşq – Röyada birisinə eşq elan etdiyini görülməsi – dostlarınızdan biri sizə böyük bir yaxşılıq edəcəkdir.
Elektrik mantyoru – Röyada elektrik mantyoru görmək – işlərinizin maşın sürətiylə inkişaf edib irəli gedəcəyinə işarədir.
Eleksir (dərman) – Röyada eleksir qoxulamaq – xəstəliyə vəqəfil bəd xəbərə yozulur.
Elçi – Yüksək məqama və şan-şöhrətə çatacağınıza işarədir.
Eniş – Röyada hündür bir yerdən aşağı endiyini görən adam həyatda yüksələcək, önə-şöhrətə çatacaqdır,amma sağlamlığına da diqqət yetirməlidir.
Etiket – Röyədə etiket görən buyruq qulu bir adamdır.
Etiraf Röyada birinin gərcəkdə sirr kimi saxlanan bir şeyi etiraf etməsi – onun diqqətsizŞ, ehtiyatsız və tədbirsiz bir anlaşmayapacağı anlamına gəlir.
Ehram – Böyük bir kədərdən sonra təkrar öz əski halınıza qayıdacağınıza işarədir.
Efir – Röyada efir qoxulamaq xeyrə yozulur, pis xəbərə işarə sayılır.
Eşq – Kişi yuxusunda sevgilisinin bir başqa aşiqini görərsə, sevgilisinin ona sadiq dost olduğuna yozulur. Ancaq qadın röyada öz sevgilisini görərsə, bu – onun rəqibinin mövcudluğuna işarədir, sevgilıisi əlindən alına bilər.
Eşik (kandar) – Bir sınaqdan, imtahandan uğurla cıxacağınıza və xoşbəxtliyə işarədir.
Eşşək – Röyada eşşək görmək və minmək – rəsmi mövqeyiniz və durumunuz güclənəcəkdir. Eşşək əti yeyən cahil bir adamdan xeyir görəcək. Eşşək kəsmə – fəna bir iş tutmağa, eşşəkdən düşmək – varlılıqdan yoxsulluğa düşməyə yozulur.
Eşşək arısı – Səfərə cixmaq kimi aciqlanır.

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.