Sirlərlə dolu qadın dünyası

evdar qadın

Faydalı olar

Qadınların bəyəndiyi 10 ən yaxşı maşın

Faydalı olar

Qan qrupu xasiyyəti müəyyənləşdirir

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
İşguzar qadın

Peşəsi – Evdar Qadın

Evdar - bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik...Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə.... Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır. Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»

Pin It on Pinterest