Sirlərlə dolu qadın dünyası

Yuxu yozmaları – R

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Radio, teleqraf - Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq - təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək - çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək - işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir. Razılığa gəlmək - yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək - mal və pul itkisinə işarədir. Raket - həyatda böyük uğurlar qazanacaqsınız. Rakı (içki) - ağır xəstəliyə yozulur. Ramazan ayı - ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.

Yuxu yozmaları – P

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Padişah - Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa - xoşbəxt ailə quracaqsiniz, evlisinizsə - yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır. Pazı(Çuğundur) yarpağı - xeyirli ruzi anlamindadır. Təmizləmədən bu pencəri yemək - borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə; qadın üçün - heysiyyət və şərəfinə toxunan sözlərə işarədir. Paya(Dirək) - Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir. Payız şumu - Röyada payız şumuna qoyulmuş torpaq görmək - istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir. Payızgülü(Xrizantema) - Röyada payızgülü görmək - bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.

Yuxu yozmaları – O

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Obyektiv (fotoaparatda) - yuxuda fotoaparat obyektivi görən adama nəzər dəyəcək, o, bəd nəzərlər altındadır. Ov nizəsi - yuxuda ov nizəsi ilə bir heyvanı yaralamaq - gəlirli bir işə girişib, bol pul qazanacağınıza işarədir. Ov iti - işlərinizin tezliklə düzələciyinə işarədir. Ovalıq (vadi) - röyada göz işlədikcə uzanan geniş bir ovalıq görmək - gənc bir qız üçün bu röya, sakit və rahat keçməyəcək bir ailə həyatına yozulur. Ovsun - röyada birisinin ovsunlandığını, sehirləndiyini görmək- bu yuxu kişilər üçün dostluqda hansısa bir sui istifadə halının üzə çıxacağını, ərə getməmiş qadın üçün sevgilisinin əlindən alınma təhlükəsinə, evli bir qadın üçün isə böyük bir sirrə ortaq olacağı anlamına gəlir. Oğlaq -röyada oğlaq uşağa yozulur. Boğazlanmış oğlaq görənin uşağı ölər.Bir oğlaq sahibi olduğunu görmək- uşağınız olacaq deməkdir. Yemək üçün oğlaq kəsmək- uşağınıza səbəb əlinizə sərvət keçəcəkdir. Oğlan uşağı - yuxuda oğlan uşağı görmək - etibarlı dostlarınızın olduğuna, bütün hərəkətlərinizin hamı tərəfindən qayğıyla qarşılandığına yozulur.

Yuxu yozmaları – N

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Nağıl - röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur. Naz- qəmzə - qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır. Nalbənd - yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər. Nalça (nal)- qazanca və şad xəbərə işarə sayılır. Namaz qılmaq - röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.

Yuxu yozmaları – J

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Jaluzi - Röyada taxta pəncərə pərdəsi - jaluzi görmək - yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır. Jandarma - Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır. Jambon (vetçina, donuz budu) - röyada jambon görmək və ya yemək - qərbli yuxu yozucularına görə, zənginliyə, var-dövlətə əlamət sayılır. Şərqin müsəlman yozucuları isə bu cür yuxuları xeyrə yozmur, uğursuzluq olaraq qəbul edirlər.

Yuxu yozmaları – E

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ev quşları - toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək - cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya - təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır. Ev tikmək - Yuxuda ev tikmək - röya sahibi torpaqla uğraşır, vaxtı xoş keçir, əlinə mal gələcək. Evini şüşədən tikilmiş görmək - röya sahibi yaxında vəfat edəcəkvə ya düşmən tələsinə, fitnəsinə məruz qalacaqdır. Evlənmək - Röyada evlənən varlı olur. Birisi röya görəni öpsə, muradına çatacaq. Yuxuda bir qadınla görüşmək - böyük bir adamdan fayda görəcəksiniz. Bir qızla görüşmək - muradınız hasil olacaq. Edam - Röyada özünün edam edildiyini görən adam yüksələcək və önəmli mövqeylərə kecəcəkdir. Özünün asıldığını görmək - bacarığı varsa, röya sahibi vali olacaq. Asılıb da canını tapşırırsa, o valinin vilayətə din baxımından səhvən qoyulduğuna işarədir. Əgər sağ qalsa röya sahibi vali olur və vəzifəsində ədalətli hərəkət edir. Şəhərin qala divarında aslı olduğunu və camaatın onu seyr etdiyini görən adam böyük bir səltənətə və şöhrətə çatacaq, xalqın bütün zənginləri və şərəfli adamları onun əli altında olacaqdır.

Yuxu yozmaları – Z

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

ZABIT-Yuxuda hərbi gyimdə bir polis və ya zabit görmək-dartışmaya və əndişəli üzüntülərə səbəb olacaq bir çağrıya (dəvətə) işarədir. ZANBAQ-Eşq və gözəl niyyət əlamətidir. ZARAFAT-Bir komediya artistinin gülüşlə, zarafatla, hazırcavab ifadələrlə dolu çıxışına tamaşa edib gülmək-xoş xəbərlər alacağınıza əlamətdir. Zarafatdan xoşlanmamaq-önəmli bir sosial vəzifəni unutmuş olduğunuzdan əfv diləmək məcburiyyətində qalacağınıza dəlalət verir. ZAHI QADIN-Bu röya kişilər üçün xoş bir iş müjdəçisi olaraq yozulur. Qadını yuxuda özünü yenicə doğmuş görməsi-keçici bir xəstəliyə: doğum yatağından durmuş görməsi isə-xeyrə və sağlamlığa işarə sayılır.

Yuxu yozmaları – Y

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

YABA-Böyük bir zəhmət və sıxıntı içinə düşəcəyinizə yozulur. YABANCI (yad)-Röyada bir yabancı ilə tanış olmaq-yeni bir iş imkanı ələ düşəcəkdir. YAQUAR-Uğur, müjdə işarəsi sayılır. YAQUT-Yuxuda yaqut görmək-firəvanlıq, şadlıq işarəsidir. Yaqut qaşlı uzuk taxmaq-gözəlliyə, şan-şöhrətə yozulur. Yaqut daşı tapmaq-əlinizə mal keçəcək. Kasıblar üçün bu röya-qüvvətli olmağa, xəstələr üçün cəhənnəmdən qurtuluşa işarədir. Əlində yaquta bənzər bir daş olduğunu görən kimsə soyca şərəfli olmadığı halda, əsil-nəcabət iddiasında olar.

Yuxu yozmaları – Ü

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

ÜZ (sifət)-Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. Üzünün qara olduğunu görən adam çox yalan danışar. Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır. Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir. ÜZƏNGİ-Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur. ÜZMƏK-Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır. İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir. ÜZÜK-Xeyrə yozulur.

Yuxu yozmaları – T

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

TABAQ-Boş tabaq-bir müddət üzüntü içində olacağınıza, təzyiq altında qalmağa işarədir. Dolu tabaq-kiçik, önəmsiz olayların izlədiyi bəxtə, taleyə əlamət sayılır. Yuxuda tabaq-dəyəri qədərincə var-dövləti də ifadə edir. TABLO-Röyada ünlü bir rəssamın tablosunu görmək-çoxdan bəri xəyalında olduğunuz istəklərin qısa zaman içərisində gerçəkləşəcəyinə yozulur. TABUR (batalyon)-Röyada hərbi əskəri dəstə (tabur)görmək-yaxın vaxtlarda bəxtinizin açılacağına işarədir. TABUT-Yuxuda tabut-əngəlləri yenməyə, uğur qazanmağa əlamət sayılır. Tabutun açıq olması-diqqətsizliyiniz ucbatından çətinliyə düşəcəyinizi göstərir. Bir tanışınızı tabutun içində görmək-yaxın günlərdə həmin adamın sağ-salamat olması xəbərini alacaqsınız. Tabutun içindəki yad adamdırsa-irəlidə sizi səmimi dostluq və yoldaşlıq əlaqələri gözləyir. Tabut, eyni zamanda, böyük bir mülkə yozulur. Röyada özünü tabutun içində görən adamsəltənət sahibi olur.

Yuxu yozmaları – Ş

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

ŞABALID-Xeyrə yozulmur. Röya sahibini, ya da yaxın bir adamının səhhəti üzücü bir şəkildə pozulacaqdır. ŞAİR-Röyada şair görmək-sözlərini bir-birinə qarışdıran, dini yasaqlara uymayan, xeyirxahlıqdan qaçan və yalançı olan bir adama işarə sayılır. Başqa yozumlara görə, yuxuda şair-zinakarlığı, içkiyə qurşanmağı, boynundakı borcları ödəməməyi də ifadə edir. Röyasında şair olduğunu görən adam alim və böyük bir rütbə sahibi olur. Şair, eyni zamanda, görmədiyi, eləmədiyi bir işi söyləyən adama da yozula bilir. ŞAGİRD (tələbə)-Xoşbəxtlik və sevincə işarə sayılır. ŞAL-Röyada şal görmək-yaxın günlərdə bir torpaq sahəsinə, yaxud bir tarlaya sahib olacağınıza işarədir.

Yuxu yozmaları – S

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

SAAT-Yuxuda saatın səsini eşitmək-bir dəvət alacaqsınız. Sadəcə, saat görmək-maraqsız xəbərlərə işarədir. Saatı qurmaq-həyatınızın gedişi, düzgün inkişafı öz əlinizdədir deməkdir. SABUN-Cavan oğlanın yuxuda sabun görməsi-işlərində uğur qazanacaq,əlinə pul gələcəkdir. Bir parça sabun-üzüntü və qayğı içində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. Sabunla paltarını yumaq-günahlardan təmizlənmək və borcdan qurtulmaqdır. SAQQAL-Röyada saqqal-zənginlik və şərəfdir. Saqqalını yolunmuş görmək, yaxud özünün saqqalını yolması-nəticəsini həyəcanla gözlədiyiniz bir iş həyata keçəcəkdir. Saqqalını ağ görmək-duanız qəbul ediləcəkdir. Saqqalını qurşağa qədər uzanmış görmək-vara, şöhrətə, qonşuya əl uzatmağa, yardım etməyin gərəkliyinə yozulur. Saqqalını qapqara, şəvə görmək-zənginliyə, sərvətə işarədir. Röyada saqqalını kəsilmiş görmək-zəkat verən bir adamı ifadə edir. Bir qadının saqqalı olduğunu görmək-o qadının oğlu olacağını xəbər verir.

Yuxu yozmaları – Q

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

QABAQ-Röyada qabaq görmək-ən yaxşı yuxulardan sayılır. Etibarlı, şanlı adam, xoşrəftar rəhbər, alim və ya həkim anlamındadır. Yuxuda qabaq-xəstə üçün şəfadır. Röyada bişmiş qabaq yediyini görən kimsəyediyi qədər elm öyrənəcək, yaxud dağınıq olan şeyləri bir araya cəmləyə biləcək. Yuxuda görülən qabağın başa qaxmaq, azarlamaq, kədər, sıxıntı, darlıq, xəstəlik kimi mənaları da var. Qabaq yemək-aydın zəkaya və möhkən zehnə də yozula bilir. QAB-QACAQ-Torpaqdan, gildən düzəldilmiş qab-qacaq görmək-nökər, xidmətçi, bənna anlamına gəlir. Eyni zamanda, röya sahibnin mal-mülık yiyəsi olacağını bildirir.

Yuxu yozmaları – M

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

MAAŞ (aylıq)-Yuxuda maaş aldığını görmək-əldən böyük miqdarda pul çıxacağına, lakin bu çıxan pulun iki mislinin əldə ediləcəyinə işarə sayılır. MAVİ RƏNG-Röyada xoşbəxtlik sırasına görə düzülmüş rənglər cədvəlində mavi rəngi görmək-ailənizdə hökm sürən səadətdən və məhəbbətdən xəbər verir. Rənglər cədvəlində mavi ən uğurlu rəng olan qırmızının altındadır. Yuxuda mavi səma görmək-eşqdə sədaqəti ifadə edir, səadət və əmin-amanlıq deməkdir. Röyada mavi cisimlər-dostların çevrəsində olduğunuza işarə sayılır. MAQNİT-Uğurlu bir eşq həyatının xəbərçisi olaraq yozulur. MAĞAZA-Yuxuda mağaza görmək cavan oğlan üçün-faydalı bir işə; orta yaşlı və təcrübə sahibi adamlar üçün-karlı və qazanclı güzərana, ruziyə; qadın üçün-ailə həyatında xoşbəxt və xoş bir ömür sürəcəyinə yozulur.

Yuxu yozmaları – K

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

KABAB-Röyada kabab görmək-ruzi, güzəran müjdəsidir. Bişməmiş kabab-röya sahibinin cocuğu tərəfindən gələcək bir tasaya, üzüntüyə yozulur. Qızarmış yağlı quzu kababı-çoxlu var-dövlətə; quzu arıqdırsa-az mala, sıxıntı və çətinliklə əldə ediləcək ruziyə işarədir. Yuxuda quzu kababı yemək-övladının qazanc və mənfəətindən röya sahibinin güzəranı yaxşılaşacaq. Sığır kababı-qorxaq adam üçün əmniyyət , iman; hamilə qadın üçün-oğlan uşağı ilə müjdələnir. Mal və dana ətindən kabab-ucuzluğa və bolluğa işarədir. Oğlaq kababı-oğlan uşağını ifadə edir. Erkək dəvə ətindən kabab yeyən adamın oğlu olacaq. Dəvənin budlarından tutulmuş kabab-röya sahibinin qüvvətli və qüdrətli olacağına, ölüm təhlükəsindən qurtulacağına yozulur. Quş ətindən kabab yemək-bir qadından hiylə və fitnəylə gələcək haram mala; yetginləşməmiş quş ətindən kabab yemək isə o qadının şərəfli, hörmətli olacağına, eyni zamanda, zülmə, zəhmət və çətinliklə əldə ediləcək mala yozulur. Bütün heyvanların bud ətindən tutulmuş kabab-sıxıntıya, qəmə, kədərə və qadına işarədir. Kabab satın almaq-bir nəfəri pulla tutub öz işinizi gördürəcəksiniz. Dişi qoyun ətindən kabab yemək-röya sahibinin arvadı,anası, yaxud ailə üzvlərindən biri xəstələnəcəkdir. KABARE-Birisinin röyada kabareyə getdiyini görməsi-röya sahibinin mənasız bir məsələ üstündə yaxın dostu ilə arası dəyəcək, münasibətləri pozulacaq.

Pin It on Pinterest