Sirlərlə dolu qadın dünyası

TURŞULU SIYIQ

Bu Azərbaycanın bir çox ailələrinin sevimli xörəyidir. Bunu əməköməci, cincilim, ispanaq, keşniş, şüyüd, nanə kimi göyərtilərdən bişirirlər. Əməkömənci, cincilim olmadıqda ispanaqdan istifadə edirlər. Yuxarıda göstərilən göyərtilər təmizlənir, doğranır, yuyulur. Soğanı…

DOVĞA

Dovğa həm ətli, noxudlu, ətsiz noxudsuz bişirilir. Ətli, noxudlu bişirilirsə, yuyulmuş ətin yumşaq hissəsindən kəsilib ət maşınından keçirilir. Həmin qiymədən xırda küftələr hazırlanır və suda bişirilir. Noxud da, düyü də ayrılıqda bişirilib hazır saxlanılır. Bəzən düyünü qatığın içində bişirirlər. Bu zaman düyü bişənə qədər qatığı arasıkəsilmədən bulamaq lazım gəlir.

DÜŞBƏRƏ

İstər yağlı qoyun, istərsə də yağlı mal ətini yuduqdan sonra sümükdən ayırır və ət maşınından soğanla birlikdə keçirib qiymə edirlər. Qiyməyə duz, istiot vurub əllə qarışdırırlar. Ətdən ayrılmış sümükləri qazana salıb qaynadırlar ki, bulyon alınsın. Yaxşı olar ki, soğanı ayrı qabda qızardıb həmin bulyona tökəsiniz. Bu zaman düşbərə daha dadlı və qidalı olur.

UMAC

Bu, ətsiz olur. Baş soğanı halqa-halqa doğrayıb yağda qızardırlar. Üstünə su tökdükdənsonra quru əvəliyi xırda-xırda ovub həmin suya əlavə edilir. Kənarda bir dayaz qaba ailə üzvlərinin sayına münasib un qoyulur. Ona bir az narın duz qatdıqdan sonra su çiləyib iki əllə ovuşdururlar.

Sulu xingal və əriştə:

Əgər qoyun əti ilə bişirilirsəəti təmiz yuduqdan sonra sümüklə birgə xırda-xırda doğrayır və qazana tökürlər.Xörək mal ətindən bişəsidirsə, yumşaq ət sümüklərdən ayrılır.İri sümüklər qazandakı suya salınır. Ət isə ət çəkən maşının iri gözündən keçirildikdən sonra duzlanır, xırda küftələr tutularaq sümük olan qazana tökülür. Tez-tez kəfi alınır. Yaxşı bişdikdən sonra mal ətinin iri sümükləri qazandan çıxarılır. Ət bişənədək, ayrı qabda qızardılmış baş soğana pomidor və ya tomat töküb bir qədər qaynatdıqdan sonra ət qazanına boşaldırlar.

Duru xəmir xörəkləri

Xəmir xörəkləri insan mədəsində yaxşı həzm olunur. Bu xörəklər bədəncə zəif adamlar üçün daha məqsadəuyğundur. Belə xörəklər də qoyun, toyuq və mal əti ilə hazırlanır. Ət olmadıqda süd və ya…

Borş

Mal və ya qoyun ətinin sümüklü hissələrindən bir qədər iri doğranılıb bişirilir. Tez-tez kəfi alınıb duz tökülür. Baş soğan kənarda halqa-halqa doğranıb yağda qızardılır. Qızardılmış soğana pomidor, yaxud tomat tökülür.…

ŞİLƏ

Bunun  hazırlanması ilkin mərhələdə ətli və ətsiz suplardakı kimidir. Fərq orasındadır ki, şiləyə yalnız düyü tökülür. Həm də düyü şorbaya nisbətən bir az çox tökülməlidir ki, qatı olsun. Şiləyə pomidor…

Suplar (şorbalar)

İstər ətli, istərsə də ətsiz suplara düyü, vermişel, makaron və ləpə (xırdalanmış noxud) seçə bilərsiniz. Bunların hamısı eyni qayda ilə hazırlanır. 1 kq və ya 0.8 kq mal əti, yaxud da 0.5 kq qoyun əti götürülüb, sümüyü ilə birlikdə 30-35 qram böyüklükdə doğranır, yuyulur, qaynar suya tökülür. Sonra duz əlavə edilir. Bulyon qaynağa düşənə kimi arabir kəfi alınır. Qazan ağzı örtülü qaynamalıdır. Mal əti gec bişdiyi üçün onu bir qədər çox qaynatmaq lazımdır

Azərbaycan ailələrinin duru xörəkləri

Duru xörəklər insan mədəsində yaxşı həzm olunduğu üçün orqanizm tərəfindən tez mənimsənilir. Bizim duru xörəklərimiz ətli və ətsiz olur.Ətsizlər yağda qızardılmış baş soğan (soğança), süd, qatıq, tərəvəz və s. ilə…

Yuxu yozmaları – A

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Abajur - Röyada abajur, abajurlu lampa görmək, yaxud belə bir lampa hazırlamaq - yaxın gələcəkdə bir işin xeyirlə, faydayla başa çatacağını bildirir. Abdal - Yuxuda abdal və axmaq bir adamla qarşılaşmaq - düşmənlərinizin saf qəlbli olmağınızdan və temizliyinizdən faydalanaraq sizə zərər verəcəklərini göstərir. Abdal, axmaq adamla söhbət eləmək - iş həyatınızda yanlış bir addım ataraq zərərə düşəsəyinizə işarədir. Abdəst - Röyasında abdəst aldığını görən adam, ümumi yozumlara görə, muradına yetişər. belə bir yuxu görən Allah adamı kimi qəbul edilir. Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar: Abdəst namaz üçün alınmışsa - müqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir. Abdəst tamamlanmaq üçünsə: arzu edilən bir işin olacağı deməkdir. Abdəst hamamda, yaxud təzə tikilmiş bir evdə alınmışsa düşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağınıza işarədir. Abdəst təmiz su ilə alınmışa - böyük bir borc qısa müddət ərzində ödənəcəkdir. Abdəst dəniz kənarında alınırsa - bir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşulacağını göstərir. Abdəstli olduğu halda ikinci dəfə abdəst alınırsa - şan və şərəfin, sayğı və etimadın artacağı deməkdir. Abdəstsiz namaz qılınırsa - sənətkarsa-emalatxana, tacirsə-sərmayə sahibi olacağına yozulur. Abdəst pozmaq - Röyada bir kimsənin özünü abdəst pozarkən görməsi-onun qısa bir müddət içərisində sıxıntılardan qurtulacağı anlamına gəlir. Abdəstxana - Röyada bir abdəstxanaya girmək-mühim bir işin qısa müddətdə çözələnib aydınlaşacağı kimi yozlur.

Yuxu yozmaları – V

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Vaqon - Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur. Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız. Vadi - Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir. Vaiz - Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir. Vaz geçmək - Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.

Pin It on Pinterest