Sirlərlə dolu qadın dünyası
Faydalı olar

Qadınların bəyəndiyi 10 ən yaxşı maşın

Faydalı olar

Qan qrupu xasiyyəti müəyyənləşdirir

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Faydalı olar

Şəxsiyyət vəsiqəsini dəyişmək üçün nə lazımdır?

Şəxsiyyət vəsiqəsini dəyişməyin səbəbi müxtəlif ola bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin  onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi  vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğunuz ərazinin Rayon Polis İdarəsində (RPİ-də) dəyişdirilir.  Toplanmış lazımı sənədlər RPİ-ə təqdim olunur. Bu sənədlər aşağıdakılardır:
Dəriyə qulluq/Maskalar

Üzümüzdəki sızanaqlara yox deyək…

Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz.  Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz.
Dəriyə qulluq/Maskalar

Qırışlara qarşı ən yaxşı maska…

Kosmetoloqlar qırışlara qarşı ən yaxşı resept tərtib etmişdilər ki, bunu da hər bir qadın ev şəraitində edə bilər. Nəticə artıq 15 dəqiqəyə görsənir. Araşdırmalar göstərir ki, pendir - qocalmağın qarşısını almağın ən yaxşı üsuludur. Yaşlanmağa qarşı maskanın resepti çox asandır: 1 ədəd pendiri götürüb rəndənin (tyorka) kiçik gözündən keçiririk, ona bir qədər qaymaq ya da smetan qatmaq olar.
Faydalı olar

10 ən məhşur brilyant

Brilyant almazın emalından sonra əmələ gəlir. Dünyada almaz əsasən   Bostvana, Avstraliya, Rusiya, CAR, Anqola, Konqa, Kanada, Namibiya, Braziliya, Çin və s. ölkələrdə xammal şəklində hasil olunur. İndiyə qədər tapılan ən böyük almaz Kullian almazıdır. O 3106 karat olmuşdur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu brilyant Cənubi Afrikda 1905-ci ildə tapılmışdır. Kullianı həm də "Afrikanın ulduzu" kimi də tanıyırlar. Dünyada elə brilyantlar möcuddur ki, onlar tarixdə buraxdıqları izlərə görə çox məşhurdurlar. Onlar aşağıdakılardır:
Faydalı olar

Brilyant haqda bilmədikləriniz

Brilyant təbii qiymətli daşdır. O zinət əşyası kimi uzun müddətdir ki, istifadə olunur. Brilyant fransız dilindən tərcumədə "parıltı" mənasını verir. Təbiətdə brilyant hazır formada olmur. O  təbii parıltısını maksimal dərəcədə saxlamaq şərti ilə almazın müəyyən emal prosesindən sonra  əmələ gəlir. Brilyantı 4 xüsusiyyətinə görə qiymətləndirirlər:
Faydalı olar

Rənglər qadınlar haqda nə deyir!!!

Özünüzə  tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.

Faydalı olar

Qızılı neçə seçmək lazımdır

Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür. Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır?
Dəb/Moda

Klassik Moda – Qara gecə paltarı !

Qara paltar - saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də getdiyiniz hər bir məclisə uyğun gələn bir seçimdir. Qara gecə paltarı həmçinin arıq və incə görsənmək üçün  yaxşı bir seçimdir. Əgər toylara, hər hansı bir əyləncəyə və yaxud da hər hansı bir iş yeməyinə, bayramına gedərkən nə geyinməkdə çətinlik çəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl çantası köməyinizə gələcək. Nişanda və digər bu kimi məclislərdə isə,  qızılı sarı və gümüşü rəngdə aksesuar və ayaqqabıdan istifadə etməklə seçilə bilərsiniz.
İşguzar qadın

Peşəsi – Evdar Qadın

Evdar - bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik...Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə.... Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır. Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Faydalı olar

Vitaminlər

Vitaminlərin  orqanizm üçün nə qədər vacib olduğunu bilirsiniz. Lakin çox vaxt hansı ərzağın tərkibində hansı vitamin olduğunu bilmirik. Bunu bilmək çox vacibdir:

Pin It on Pinterest