Sirlərlə dolu qadın dünyası
Hamilə qadın

Körpəyə əmzik (soska) verilməlidirmi

Hamilə qadın

Hamiləlik dövrü

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür: 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində baş verir. 1-ci trimestr. Birinci ay (4 həftə),…
Kulinariya

Çay balığı (Lənkəran üsulu)

Qaynayan duzlu suya təmizlənmiş soğan (bütöv), pulcuqları və içi təmizlənmiş balığı, yumru qara istiot, dəfnə yarpağı qoyuruq. Ətinin yumuşaqlığı hissedilənə qədər bişiririk. Qaynatmaq üçün adətən 20-25 sm boyda olan balıq götürülür. Balıq hazır olduqdan sonra onu soyuduruq. Soyuq halda balığın üstünü göyərti və dəfnə yarpağı ilə bəzəyib yəməyə verə bilərsiz. Balığın bulyonunu isə stola ayrıca limonla birlikdə də vermək olar.
Dəriyə qulluq/Maskalar

Çatlayan dodaqlar

Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin. Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış
Kulinariya

Limon şərbəti

Qonaq çağırıldığımız hər bir evdə süfrələrimizi kola, limonat, qazlı içkilərlə bəzəyirlər. Lakin bir qədər keçmişə nəzər salsaq Azərbaycan süfrəsi müxtəlif meyvələrdən hazırlanan şərbətlərlə zəngin olub. Bu gün sizlərə limon şərbətinin reseptini veririk. Əminəm ki, ev şəraitində hazirlanmış şərbət, insanların kökəlməsinə səbəb olan digər içkilərdən daha çox sizin tərəfinizdən bəyəniləcək.
Dəb/Moda

Qalstuku necə bağlamaq lazımdır

Qalstuk kişi geyiminin vacib aksesuarlarından biridir. İşgüzar kişini qalstuksuz təsəvvür etmək çox çətindir. Qalstuk işgüzar adamın xarakterini göstərir, onun nə qədər ciddi olduğunu və gördüyü işlərə də bu formada yanaşdığını əks etdirir.  Qarderobunda heç olmasa 1 dənə də olsun qalstuk olmayan kişini təsəvvür etmək çox çətindir. Qalstuku əlinə birinci dəfə alan şəxsi həmişə belə bir sual maraqlandırır: "Bəs bu qalstuku necə bağlamaq lazımdır?".
Dəb/Moda

Şarfı bağlamağın 5 üsulu

Şarf qadınların geyimdə istifadə etdiyi aksesuarlardan biridir.  O qadın geyiminə özünəməxsus gözəllik verir.  Lakin şarfı düzgün bağlamağı hər qadın bilmir. Sizə şarfı bağlamağın 5 üsulunu təqdim edirik:
Qeyri adi

Qeyri-adi arxitekturaya malik 25 bina

Dünyada qeyri-adi memarlıq üslubuna aid 25 binanı sizin diqqətinizə təqdim edirik. Bu sənənt əsərlərinə baxanda görünür ki,  insan fantaziyasının həddi-hüdudu yoxdur. Əsrarəngiz arxitekturaya maik olan bu binalarla tanış olun:  
Faydalı olar

Təmiz arı balını necə seçmək lazımdır

Arı ailəsinin 11 məhsulu var. Bal, çiçək tozu, perqa, arı südü, propolis, arı zəhəri, arı mumu, zabus -balın qaymağı, erkək arı südü, mum güvəsi eksraktı, ölmüş arı xitozaru. Bütün bu məhsullar bir-birindən tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngindir və qiymətlidir. Arı məhsulları insanlara çox qədimdən məlumdur. Bal arının məhsullarındarı biridir. Arılar balı müxtəlif çiçəklərin nektarındarı-şirosindən hazırlayırlar. Çiçək şirəsini mədə cinadanına toplayıb pətəkdəki yuvalara boşaldırlar. Mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, bal yetişdikdə pətəyin ağzını mumla suvayırlar. Bal süzüldükdə suvanmış pətəklər götürülməlidir, əks təqdirdə duru balda suyun miqdarı çox olduüğundarı (norma 18-20 %) bal qıcqırır yemək üçün yararsız olur.
Məşhurlar

Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva Bakıda məşhur ailədə anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır. Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Faydalı olar

Vişnə suyu yuxusuzluğu aradan qaldırır

Alimlər vişnə suyunun yuxusuzluq problemini həll etdiyini bildirib. İtaliyanın La Stampa qəzetində yayımlanan xəbərə görə, Pensylvania ve Rochester Universitetlərinin alimləri, yuxusuzluqdan əziyyət  çəkən 15 nəfərə 2 həftə ərzində səhər və axşam təqribən 227 qram vişnə suyu verib. Mütəxəssislər, daha sonrakı iki həftə boyunca isə iştirakçılara digər meyvə sularını içməyi təklif edib.
Mədəniyyət

Elçilik

Kiçik elçilik Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib. “Elçiliyə gecə getməzlər”. “Elçilərin qarşısına qoyulan çay içilməz”. Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”. Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.
Həkim məsləhəti

Düzgün qidalanma qaydası

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığı altında başlayırdı, məqalənin müəllifi isə öz sahəsində kifayət qədər tanınmış Doktor Androlog-Urolog Eldar İbrahimzadə idi. Qeyd edim ki, Doktor məqaləsində hər hansı bir pəhriz formulası verməmişdi, sadəcə qidalanma prosesini açıq aydın sadalayır və nəyin nə ilə yeyilməsinin daha məqsədə uyğun olduğunu bildirir. Məqlədə göstərilən qaydalara 40 gün ərzində əməl etdim və nəticədə 14 kq arıqladım. Fikirləşdim oxuçular üçün maraqlı olar və bu məqaləni rus-dilindən tərcümə edib sizlərə təqdim edirəm.

Pin It on Pinterest