Bu da əvəlikçilov kimi bişirilir. Lakin buna əvəlik tökülmür. Bir hissə düyü, 2 hissə su tökülür. Su qaynadıqda yuyulmuş düyü və duz tökülür. Düyü bir qədər bişdikdə içərisinə yuyulmuş kişmiş, varsa təzə zoğal, yoxdursa axta zoğal tökülüb qarışdırılır. O biri çilovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir. Hazır olduqda götürülür. Sonra isə buluda çəkilib, qazmağı da plovun üstünə qoyulur, yağlanıb süfrəyə qoyulur. Zövqə görə bəzi adamlar bunu şəkərlə yeyirlər. Odur ki, süfrəyə şəkər də verilsə yaxşı olar.
ZOĞALÇİLOV
- ·21.11.2009
- ·Tovuz Muxtarova
- ·Oxunub: 3,395
Sizə həmçinin maraqlı ola bilər
Çudu hazırlanma qaydası (video)
14.05.2016
Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu
10.02.2016
Kəsmikli bananın hazırlanma qaydası
20.01.2016
Çay balığı (Lənkəran üsulu)
18.12.2011
Limon şərbəti
15.12.2010
Faydalı məsləhətlər
27.12.2009