Bu, ətsiz olur. Baş soğanı halqa-halqa doğrayıb yağda qızardırlar. Üstünə su tökdükdənsonra quru əvəliyi xırda-xırda ovub həmin suya əlavə edilir. Kənarda bir dayaz qaba ailə üzvlərinin sayına münasib un qoyulur. Ona bir az narın duz qatdıqdan sonra su çiləyib iki əllə ovuşdururlar. Bunu o vaxtacan edirlər ki, qabdakı un buğda dənələri boyda olsun. Sonra onu bir əllə soğançailə əvəlik qaynayan qazana töküb o biri əllə qarışdırırlar. Elə ki bişib hazır oldu, süfrəyə verirlər. Umacı üzüm sirkəsi ilə yeyirlər. Adətən bunu soyuqdəyməsi olan xəstələrə verirlər ki tərləsin.
UMAC
- ·21.11.2009
- ·Tovuz Muxtarova
- ·Oxunub: 173,842
Sizə həmçinin maraqlı ola bilər
Çudu hazırlanma qaydası (video)
14.05.2016
Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu
10.02.2016
Kəsmikli bananın hazırlanma qaydası
20.01.2016
Çay balığı (Lənkəran üsulu)
18.12.2011
Limon şərbəti
15.12.2010
Faydalı məsləhətlər
27.12.2009