Sirlərlə dolu qadın dünyası
Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu
Kulinariya

Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu

Ulduzlu peçenya gözəl şiriniyyat növlərindən biridir. Bu videoda peçenyanın hazırlanma qaydasını ətraflı izah etməyə çalışdıq. Ulduzlu Peçenyaın kakaolu versiyasını və Bizenin hazırlanma qaydasını əlavə olaraq bu videoya əlavə etdik.

Xəmiri hazırlamaq üçün lazım olan inqrediyentlər: 
  • Un – 500 q.
  • Şəkər tozu – 200 q.
  • Marqarin yağı – 250 q.
  • Yumurta – 1 əd.
  • Vanil – 1 paket
  • Qabartma tozu – 1 paket
Kakolu xəmiri hazırlamaq üçün videoda da izlədiyiniz kimi 3 yemək qaşığı  kakao əlavə edilir.
Bizeni hazırlamaq üçün lazım olan inqrediyentlər:
  • Yumurtanın ağı – 2 ədəd
  • Şəkər tozu –  120 q
Öncəliklə un, şəkər tozu və yağ bir yerdə yoğrulur, bundan sonra üzərinə yumurta, qabartma tozu və vanilya əlavə edib, yenidən yoğrulur.
Hazır olmuş xəmir 2 yerə bölünür və iki ayrı kündə formasına gətirilir, bir kündə olduğu kimi qayılır, digər kündəyə isə kakao əlavə edilir və yayılır,  ulduz fiqur formasında kəsilib, listə düzülür. Listə düzülmüş peçenyaların üzərinə bize əlavə edilib, 150° C-də 15 dəq sobada bişirilir.
Hazır olmuş peçenyalarımızın üzərinə pudra şəkəri əlavə edib, servis edə bilərsiz.

 

Nuş olsun! Ulduzlu Peçenyanın hazırlanma qaydasının videosunda istifadə etməklə peçenyaları bişirin. Bişirdiyiniz peçenyanın şəkillərini və rəyinizi bizim saytda paylaşın. Əgər bu məqalə həqiqətən sizə yararlı oldusa, dostlarınızla paylaşmağı unutmayın.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.