Sirlərlə dolu qadın dünyası
Kulinariya

TOYUQLA ÇƏKMƏPLOV

Bu da eyni ilə ətli çəkməplov kimi bişirilir. Fərqi orasındadır ki, buna qoyun əti əvəzinə toyuq əti, şüyüd əvəzinə isə lərgə tökülür.

Lərgə düyüyə nisbətən gec bişdiyi üçün qazana düyüdən qabaq tökülüb qaynadılır, sonra düyü tökülür, duz salınır, düyü bir qədər bişib uzandıqda dəmə qoyulur. Hazır olduqda iri buluda çəkilib yağlanır və süfrəyə verilir. Qiş fəslində süfrəyə xiyar, kələm şorabası, yaz, payız fəslində isə göyərti qoyulmalıdır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.