Südlüplov ətsiz, yalnız südlə bişirilir, düyü təmizlənir, xırdası çoxdursa aşsüzəndən keçirilir. Bütöv düyü bisə suda təmiz yuyulur, bir hissə düyüyə 2 hissə süd tökülür. Süd qaynadıqdan sonra düyü tökülür. Qarışdırılır, bir az da duz atılır, rəngi saralana qədər zəfəran tökülür, yenə qarışdırılır. Düyü bişənə yaxın içərisinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır. Düyünün içi yumşalıb, qazanın südü çəkilmişdirsə, o biri plovlar kimi dəmə qoyulur və qulluq edilir. Dəm zamanı yağlanıb, qazan hərlədilir ki, qazmaq yanmasın. Südplovun qazmağı çox dadlı, yeməli olur. Lakin qazandan çox çətin çıxır. Bunun üçün qazanı düşürən kimi onun altını soyuq suya qoymaq, üstünü basdırıb, 4-5 dəqiqə saxlamaq lazımdır. Belə olduqda qazmaq həm asan, həm də bütöv çıxır. Sonra iri buludlara çəkib, süfrəyə verilir. Südplov adətən qaymaq və balla yeyilir.
SÜDLÜ PLOV
- ·21.11.2009
- ·Tovuz Muxtarova
- ·Oxunub: 15,632
Sizə həmçinin maraqlı ola bilər
Çudu hazırlanma qaydası (video)
14.05.2016
Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu
10.02.2016
Kəsmikli bananın hazırlanma qaydası
20.01.2016
Çay balığı (Lənkəran üsulu)
18.12.2011
Limon şərbəti
15.12.2010
Faydalı məsləhətlər
27.12.2009