Baş soğan yağda qovrulduqdan sonra üstünə su tökülür, daha sonra içinə xırda lobya, duz, istiot atılır. Lobya soğançada bişənə yaxın içərisinə ərik qurusu salınır. Qoz ləpəsi varsa xırda halda doğranıb tökülür, yumurta çırpılıb qarışdırılır, bir qədər qaynadıldıqdan sonra yemeye verilir. Bəzi ailələrdə 1 böyük, çökək qaba çörək doğrayırlar. Burdakı suyu doğranmış çörəyin üstünə töküb qarışdırırlar. Su iləqarışdırılmış çörəyi ayrı qablara çəkir, qazandakı ərikli, yumurtalı lobyadan hər qabdakı çörəyin üstünə qoyub yeməyə verirlər. Bir sıra ailələr bunu sup kimi qaşıqla içirlər. Soğan suyunun süfrəsində zoğal olmalıdır.
SOĞAN SUYU
- ·21.11.2009
- ·Tovuz Muxtarova
- ·Oxunub: 4,269
Sizə həmçinin maraqlı ola bilər
Çudu hazırlanma qaydası (video)
14.05.2016
Ulduzlu peçenya hazırlanma qaydası + kakaolu
10.02.2016
Kəsmikli bananın hazırlanma qaydası
20.01.2016
Çay balığı (Lənkəran üsulu)
18.12.2011
Limon şərbəti
15.12.2010
Faydalı məsləhətlər
27.12.2009