Sirlərlə dolu qadın dünyası
Şokoladlı paxlava resepti
Şirniyyatlar

Şokoladlı Paxlava hazırlanma qaydası (video)

Ekskluziv olaraq izləyicilərimiz üçün Şokaladlı paxlavanın hazırlanma qaydasını (paxlavanın resepti) təqdim edirik. Daha ətraflı hazırlanma qaydasını video baxmaqla öyrənə bilərsiniz.
Lazım olan ərzaqlar:
Xəmirin hazılanması üçün lazım olan ərzaqlar: 
  • Un –  1 kq 100 q
  • Maya – 1 çay qaşığı
  • Duz –  1 cimdik
  • Süd – 100 q
  • Su – 100 q
  • Vanil – 1 paket
  • Xama – 2 yemək qaşığı
  • Kakao – 70 q
  • Yumurta – 2 ədəd
  • Marqarin yağı – 150 q
İçliyin hazırlanması üçün lazım olan ərzaqlar: 
  • Qoz – 1 kq
  • Şəkər tozu – 1 kq
  • Hil – 3-4 ədəd qovrulmuş (üyüdülmüş)
Şərbətin hazırlanması: 
  • Şəkər tozu – 800 q
  • Su – 400 q  ( Bir qazanda qatılaşana qədər bişiririk)
  • Limon Duzu – 1 çimdik
  • Kakao         – 300 qram
Ələkdən keçirilmiş unumuza ərzaqlarımızı əlavə edirik, və xəmiri yoğururuq. Yoğurduğumuz xəmirdən 12 ədəd kündə kəsilir, 2 kündə 300 qram qədərində olmalıdı, paxlavanın alt və üst hissəsi üçün, qalan 10 kündəmiz isə paxlavanın digər qatları üçün kənara qoyulur.
İlk öncə 300 qram qədərində olan bir kündəmizi yayırıq, paxlavanı bişirəcəyimiz qaba əlavə etməmişdən öncə, listimizi yağlayırıq və yaydığımız xəmiri listimizə əlavə edib, əlimizlə kənarlarını düzəldilir və üzərinə içliki əlavə edilir.
Daha sonra isə, qalan 10 kündəmizi bu qayda ilə, yəni öncə yayıb, daha sonra yağlayıb və daha sonra isə üzərinə içlik əlavə edilir. Sonuncu 10-cu qata catanda isə, xəmirimizi sadəcə yağlayırıq və üzərinə içlik əlavə olunmur. Üzərinə  300 qram qədərində olan paxlavamızım üst hissəsini yayıb Paxlavamıza əlavə edirik.
Hazır olan paxlavamızı bildiyiniz qayda ilə kəsilir və üzərinə 2 yumurtanın sarısını əlavə edərək,  sobada 220° C-də 25 dəq bişiririk.
Bişdikdən sonra Paxlavamızın üzərinə, Şərbətimizi əlavə edib, üzərini damla şokoladla bəzəyirik və 2-3 saat kənarda soyumasını gözləyirik. Soyuduqdan sonra servis edə biləriz.
Nuş olsun!

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.