Novruz bayramında sufrələrimizin əvəz olunmaz şiriniyyatlardan biri də paxlavadır. O şəkərbura və qoğal ilə süfrələrimizi bəzəyir.
Paxlavanın xəmirini hazırlamaq üçün aşağıdakılar lazımdı:
- 0.5 litr süd
- 1 stakan əridilmiş kərə yağı
- 1 stakan yumurta (təqribən 4-5 əd. yumurta)
- un
- droj
- duz
Şirəsini hazırlamaq üçün:
- 2 stakan su
- 1.5 stakan şəkər tozu
- 1 dolu xorək qaşığı bal
- yarım limon
Paxlavanın içinin hazırlamaq üçün:
- 1 kq qoz ləpəsi
- 1 kq şəkər tozu
- Döyülmüş hil
İçliyi hazırlamaq üçün 1 kq qozu qoz çəkən maşından keçiririk, üzərinə 1 kq şəkər tozu və üyüdülmüş hili əlavə edib qarışdırırıq.
Paxlavanın xəmirini hazırlamaq üçün 0.5 litr südü qazın üstündə azca isidib, yağı üzərinə əlavə edirik. Sonra yumurtanı üzərinə əlavə edib əlimizlə calırıq. Xəmirə droj, duz və un əlavə edib, yuğururuq və 1-2 saat xəmirin gəlməsini gözləyirik.
Bu resept kəsimdən aslı olaraq müxtəlif sayda ola bilər.
Nuş olsun!!!
Şərhlərinizi bildirməyi unutmayın!
PS. istifadəcilərdən xahiş olunur bu videonu tənqid atəşinə tutmasınlar. Biz bu video ilə ən yaxşı rejissor və ya ən yaxşı aktyor nominasiyasında oskar almaq üçün cəkməmişik. Məqsədimiz Paxlavanın hazırlanma qaydasını sədə dillə dəyərli oxuyucularımıza catdırmaqdı.