Sirlərlə dolu qadın dünyası
Şirniyyatlar

Marçipanlı Peçenyanın hazırlanma qaydası

Marçipanlı Peçenyalar sizin özəl günlərinizdə əzizlərinizə təqdim edə biləcəyiniz dadlı şirniyyatlardan sayılır, bu pecenyanın özəlliyi ondan ibarətdir ki, marçipan xəmirilə istənilən yazıları və yaxud da bəzəkləri peçenyanın üzərinə asanlıqla əlavə edə bilərsiz, bununlada sevdiklərinizin özəl hədiyyələrini öz əllərinizlə bəzəmiş olacaqsız.

Lazım olan ərzaqlar:

  • 200 qram kərə yağı
  • 1 yumurta
  • 1 paket vanilya
  • 1 stəkan pudra şəkər (200 qram)
  • 3 stəkan un (600 qram)
  • 100 qram qarğadalı nişastası
Öncə xəmir yoğrulur, kərə yağı, yumurta və pudra şəkərlə birlikdə, sonra unu, vanilya və qarğadalı nişastasını əlavə edib yenidən xəmirimizi yoğururuq.
Xəmiri yoğurub hazır edəndən sonra, 5-10 dəq özünə gəlməsini gözləyirik, xəmir özünə gələndən sonra xəmiri acırıq, isyənilən fiqurlara bölürük,  böldüyümüz fiqurları öncədən 150 dərəcədə qızdırılmış sobaya qoyub, 15-20 dəq bişiririk.  Peçenyalar rənglərini çox dəyişməməlidi, altları bir az qızardıqdan sonra peçenyalarımızı sobadan götürürüb, soyumağa  qoyuruq.
Marçipanlar hazır satılır, istənilən rəngə boyana bilər (bu rənglər qida üçün yararlı olan, təbii məhsullardan alınan rənğlərdi)  istənilən fiqurları bununla çox asanlıqla ala bilərsiz.
Şərhlərinizi bildirməyi unutmayın, Nuş olsun.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.