Sirlərlə dolu qadın dünyası
Kakoslu pecenya
Şirniyyatlar

Kakoslu peçenya (hazırlanma qaydası videoda)

Kokoslu peçenyanı bişirmək çox asan, az vaxt aparan, sərfəli və dadlı peçenyadır.Peçenyamızı bişirmək üçün bizə aşağıdakılar lazımdır:

– 1 ədəd yumurtanın ağı
– 1 xörək qaşığı şəkər tozu (pesok)
– vanil
– 1 stəkan kokos

Kokos bütün mağazalarda satılır və çox da bahalı deyil.  Hazırlanma qaydası aşağıdakı kimidir:

1 yumurtani götürürük sarsını ağından ayırırıq, bizə lazım olan ağ hissəsidir. Bir qaba yumurtanın ağını tökürük, üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq, o vaxta qədər  ki, həmin şəkər tozu və yumurta tam qarışsın, bir az da vanil əlavə edirik, ardınca isə 1 stəkan kokos.Kokosu əzmədən tam bir-birinə qarışana qədər qarışdırırıq.  Sonra həmin qarışığı ovcumuzun içində istədiyimiz  formaya salıb bir az sıxmaq lazımdır. Sonra zövqümüzə uyğun istəsək üzərinə yumurtanın sarısından vura bilərik, istəsək də yumurtasız sadə şəkildə qaz sobamıza qoyub bişirə bilərik. Lakin diqqət yetirmək lazımdır ki, sobada yanmasın peçenyalar. Çox tez bişdiyi üçün nəzarət edin yanmasın. Cəmi 10-15 dəqiqəyə bişir. Əgər kokoslu peçenyanın üzəri 1 az qızarmışdırsa o deməkdir ki peçenyamız hazırdır. Çalışın çox qızarmasın,  çünki bu estetik cəhətdən pis görsənə bilər. Peçenyanın hazırlanma qaydası ilə aşağıdakı videoda da tanış ola bilərsiz.

Nuş olsun!!!

Bu mövzunu şərh edin, fikirlərinizi bildirməyi unutmayın.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.