Sirlərlə dolu qadın dünyası
Ekler hazirlanma qaydasi
Şirniyyatlar

Ekler hazırlanma qaydası (video resept)

Xəmirin hazırlanması üçün lazım olan ərzaqlar: 
  • Un  – 200 q.
  • Marqarin yağı   –  125 q.
  • Yumurta   –   4 əd.
  • Duz  – bir cimdik
  • Su  – 200 q.
Kremin hazırlanması üçün lazım olan ərzaqlar: 
  • Kərə yağı  – 250 q.
  • Qatlaşdırılmış süd   –  380 q.
  • Vanilya  –  1 paket
Yağımızı, duzumuzu və suyumuzu qazana əlavə edib, sobada əriyənə qədər qarışdırırıq, ərimiş yağımızın üzərinə unumuzu əlavə edirik, yaxşı yaxşı qarışdırırıq, suyu özünə çəkmiş xəmirimizi soyumağa qoyuruq, soyuduqdan sonra yumurtalarımızı əlavə edirik və yenidən qarışdırırıq, hazır olan ekler xəmirimizi torbaya doldurub bu vasitəilə şəkilləndirə bilərsiz, istərsədə qaşıqdan istifadə edə bilərsiz, hazır olan xəmirimizi 200° C dərəcədə 15-20 dəq bişiririk.
Hazır olan  eklerlərimizi  bir balaca kənarından cərtəməktə, kremimizi əlavə edirik.
Üzərinə əridilmiş şokalad  cəkərək və yaxutda pudra şəkəri  səpərək  servis edə bilərsiz. Nuş olsun.

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.