Salatımız üçün ağ və qırmızı kələm, duzlu xiyar, bibər, təzə xiyar, çuğundur, kök, yaşıl noxud, pomidor,sirkə lazımdır. Bibər, xiyar, kələm və içi çıxarılmış pomidoru nazik-nazik uzunvari formada doğrayırıq. Üzərinə sürtgəcdən keçirilmiş kök, çuğundur və yaşıl noxud əlavə edirik. Duz, istiot və zövqə görə sirkə vururuq. Salatımız süfrəyə vermək üçün hazırdır. Nuş olsun…
