Qulançar çəmənliklərdə, otlaqlarda bitən yüksək keyfiyyətli və nadir (az) tapilan yem bitkisidir.
Bir çox ailələrdə bişirilməyən, ya da az bişirilən bəysənə, qulançar qovurması, göbələk, soğansuyu,pəxtərbehiştvə sair kimi dadlı və ləzzətli milli dədə-baba yeməklərimiz çox təəssüf ki, tədricən unudulub aradan çıxır.
Bunu xatırlamaqda məqsədimiz odur ki, gənc nəsillərimiz də bu xörəkləri bişirməyi öyrənsinlər.
Qulançar qovurması belə hazırlanır:
Qulançar adətən aprel ayının axırı, may ayının əvvəllərində yetişir. Qulançar əvvəlcə təmizlənir, yəni bərkiyib ağaclaşmış hissələri kəsilib atılır. Yumşaq hissələr lobya kimi doğranır, yuyulur, qazanda su ilə bişirilir.sonra sudan çıxarıb əllə suyu sıxırsan. Yağda qızardılmış sogançanın içinə tökülür, duz, istiot atılır. Yağda bir qədər qovrulduqdan sonra üstünə yumurta çırpılır, yumurtası bişəndən sonra yeməyə verilir. Süfrədə sarmısaq qatıq olmalıdır. Bu yaz yeməklərinin ən ləzzətlisidir.