Sirlərlə dolu qadın dünyası
Kulinariya

Lobyalıplov

Bunun üçün xırda lobyadan istifadə edilir. Lobya təmizlənir, yuyulur, qazana tökülür. Duz atılır, kəfi alınır, lobya bir qədər bişdikdən sonra düyü həmin lobyanın üstünə tökülüb bişirilir. O biri plovlar kimi süzülür, qazmaq hazırlanır, dəmə qoyulur və dəmə qulluq edilir. Yağlanır, dəm aldıqdan sonra yeməyə verilir. Bu ya doşab, ya da şəkərlə yeyilir. Bir çox ailələr bunu ilin axır çərşənbəsində bişirirlər.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.