Sirlərlə dolu qadın dünyası
Kulinariya

LOBYA

Bu paxlalı bitkilər ailəsindəndir. Paxlalı birkilər azotla zəngin olur. Odur ki lobya qüvvətli tərəvəzdir. Bunların növü müxtəlifdir.

Azərbaycan ailələrində yeyilən yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda yemək hazırlanmır. Bunun qurudulmuşundan, lobya-plov bişirirlər. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər.  Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.

Yaşıl lobyadan xörəyo belə bişirirlər: Yumsaq yaşıl lobyalarin hər 2 ucunu qırır, sıyrımı varsa çıxarır, 1-1,5 sm böyüklükdə doğrayıb, yuduqdan sonra içərisində su olan qazana töküb bişirilər. Bu zaman baş soğanı ayrı qazanda qovururlar. Lobya bişdikdən sonra suyunu təmiz süzüb, yağlı soğançanın içinə tökür, duz, istiot vururlar. Soğança ilə bir qədər qovurduqdan sonra üzərinə yumurta vururlar . yumurta bişdikdən sonra, lobya qazanına bir qədər keşniş doğrayıb qarışdırır və yemək üçün süfrəyə verirlər. Bəzən də soğança qabaqcadan hazırlanır, içərisinə bir az miqdarda pomidir vurulur, təmizlənib doğranmış və yuyulmuş lobya hazır soğançanın içinə tökülür, lobyaya münasib su, duz, istiot əlavə edilib bişirilir, tez-tez qarışdırılır, yağı azdırsa yağ salınır. (Ümumiyyətlə, yağın, soğançanın çoxluğu belə xörəkləri daha da dadlı edir). Elə ki suyu çəkildi, lobya bişdi, bir qədər yağda qovrulur, üzərinə yumurta çırpılır. Yumurta bişdikdən sonra qazana keşniş doğranır və yeməyə verilir. Bu qayda ilə bişən lobya suyu süzüləndən daha dadlı olur. Çünki lobyanın tamı işində qalır, süzülüb su ilə atılmır.

Hər 2 üsulla qovrulmuş lobyasarımsaq qatıqla yeyilir. Qışa saxlamaq üçün lobyanı qurudurlar. Lobyanı möhkəm qurutmaq lazımdır. Az da olsa nəm qaldıqda bit düşür. Qurudulmuş lobyadan qışda müxtəlif xörəklər hazırlayırlar. Bəzi ailələr quru lobyanı suda bişirir, üzərinə duz istiot səpir, keşniş doğrayıb, çörəklə yeyirlər. Bəziləri də quru lobyadan aşağıdakı qaydada bəksənə (şeşəmodu) hazırlayırlar. Suda bişirilmiş lobya ət maşınının xırda gözündən keçirilir. Çoxlu yağda qızardılmış soğançanın içinə, suyu ilə birlikdə tökülür. Suya az olarsa yenidən bir qədər su əlavə edilir. Duz, istiot, varsa narşərab, olmasa alça şərabı salınır, tez-tez qarışdırılır. Suyu azalanda yumurta çırpılır. Bir az qatılaşanda, keşniş doğranib süfrəyə verilir. Süfrədə ya göy, ya da baş soğan olmalıdır. Bu çox iştahla yeyilən xörəkdir.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Join the discussion

  1. KuraBild

    Аdеlаida, 31, hоusеwifе: “I did a shаllоw рееlіng for сlеаning. Thе result wаs vеry gоod, I likеd evеrything very muсh. Gone аre fine wrinkles, the skіn has bесоmе mоrе evеn. ”
    Nаоmі, 37 yеars оld, dirеctor: “I dіd my fаcе сlеаning іn thе sаlоn – my соmрlexіon chаngеd аftеr dеlivery. Thе result plеаsеd, but thе соst оf cleаnіng was quіte hіgh, оftеn this will not аllоw. ”
    benefits of a chemical peel

Leave a Reply

Your email address will not be published.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.