Sirlərlə dolu qadın dünyası
Kulinariya

Limon şərbəti

Qonaq çağırıldığımız hər bir evdə süfrələrimizi kola, limonat, qazlı içkilərlə bəzəyirlər. Lakin bir qədər keçmişə nəzər salsaq Azərbaycan süfrəsi müxtəlif meyvələrdən hazırlanan şərbətlərlə zəngin olub. Bu gün sizlərə limon şərbətinin reseptini veririk. Əminəm ki, ev şəraitində hazirlanmış şərbət, insanların kökəlməsinə səbəb olan digər içkilərdən daha çox sizin tərəfinizdən bəyəniləcək.

Limon şərbəti üçün ərzaqlar:

  • 4 limon
  • 25 parça qənd
  • 1litr su
  • 1 damcı gül yağı, ya da 1 çay qaşığı gül şirəsi
  • 0,1 q zəfəran

Ətirli su və qənddən şirə bişirilir, limon qabığı (portağal qabığı da ola bilər) tökülüb qarışdırılır. 10 dəqiqədən sonra ya qızılgül şirəsi, ya da qızılgül yağı, daha sonra isə limon şirəsi tökülüb qarışdırılr, zəfəran suyu əlavə edilib soyuq yere qoyulur.

Nuş olsun…

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.