Sirlərlə dolu qadın dünyası
Kulinariya

KƏLƏM

Kələm əsasən dolmada, borşda istifadə olunur. Azərbaycan ailələrində kələmi əsas etibarilə turşuya qoyurlar. Turşuya qoymaq, adamın zövqündən, qabiliyyətindən asılı olaraq müxtəlif cür olur.

Bəzi ailələrdə keşnişi, kərəvüzü ayrıca, kələmi də ayrılıqda təmizləyib yuyurlar. Keşnişlə kərəvüzü 3-4 sm, kələmi isə 5-6 sm böyüklükdə doğrayıb səpirlər ki, suyu çıxsın. Sonra xırda bibərləri və yaşıl lobyanı yuyub suyunu çəkdirir, eyni zamanda hər ikisini eyni qazanda, azca sirkədə 2 dəqiqə pörtlədir, sonra isə qatışdırıb qablara yığırlar. Əlbəttə, aralarına duz səpmək lazımdır ki xarab olmasın. Duzu az etmək olmaz. Qab dolandan sonra üzərinə ağır bir daş qoyub, içinə təmir üzüm sirkəsi tökürlər. Bir həftədən sonra artıq yemək olar.

Ümumi şəkildə isə kələm şorabasını belə hazırlayırlar: kələm yuyulur, parça-parça doğranır, çəllək və yaxud iri qablara səliqə ilə doldurulur. Içərisinə çuğundur və kök də doğramaq olar. Sonra üzərinə ağır daşlar qoyulur. Üstə çıxana qədər içərisinə duz həll olmuş su (şora) əlavə olunur. Bəzi ailələrdə zövqə görə içinə bir az üzüm sirkəsi və ya esensi əlavə edilir. Bunu da 1-2 həftədən sonra yemək olar.

Azərbaycanda ən çox ağ baş kələmdən istifadə olunur. Kələmdən yemək hazırladıqda üstünün xarab hissəsi təmizlənib atılır, özəyi isə şıxarılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.