Sirlərlə dolu qadın dünyası
Kulinariya

İspanaq və pərpətöyün qovurması

İspanaq və pərpətöyün vitaminlə zəngindir. İspanaqdan dovğa da bişirirlər. Cincilim olmayanda bundan sıyıq, göy qutabı və bir çox yeməklər hazırlayırlar. İspanağı təmizləyib, 2-3 sm böyüklükdə doğrayıb yuyurlar, isti suda 1-2 dəqiqə pörtlədib, sonra suyunu təmiz sıxır, yağda qovrulmuş soğançaya tökürlər. İçinə duz, istiot atırlar. Soğançada bir qədər qovrulduqdan sonra yumurta vurub, yeməyə verirlər.

Pərpətöyün qovurması da ispanaq qovurması kimi hazırlanır, fərqi yalnız ondadır ki, pərpətöyünün içərisinə qızıl pencər də doğrayıb, birlikdə pörtlədib, birlikdə qovururlar. Istər ispanaq, istərsə də pərpətöyün qovurması sarımsaq qatıqla yeyilir. Bu yeməklər həm tez hazırlanır, həm də nisbətən ucuz başa gəlir və keyfiyyətli olur.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.