Sirlərlə dolu qadın dünyası
Faydalı olar

Faydalı məsləhətlər

– Sulu pomidor, xiyar, istiot və göbələk kimi terevezleri hazırlayan zaman su əlavə etmeye ehtiyac qalmır. Tərkibində su az olan kök, kartof, kələm kimi tərəvəzləri bişirərkən isə bol su əlavə edin və uzun müddət bişirin.

– Toyuğun tikələri müxtəlif qalınlıqda olduğundan nazik hissələri daha tez bişir və adətən yanır. Bunun qarşısını almaq üçün toyuğun uc hissələrini folqaya bükün və 10-15 dəqiqədən sonra folqanı çıxara bilərsiniz.

– Samovarın ərpini təmizləmək üçün dolu su ilə qaynayan samovara 1 stəkan şəkər tozu tökün, onda ərp yaxşı çıxır. Əgər ərp çoxdursa, əməliyyatı bir neçə dəfə təkrar edin.

– Kəsilmiş limonu 5-6 damcı sirkə damızdırılmış nəlbəkiyə başı aşağı qoyduqda öz təravətini itirmir.

– Qurumuş limonu soyuq suya salanda təzələnir.

– Limonu quru bankalara qoyub xüsusi qapaqla ( plastik kütlədən qapaqla) örtdükdə, soyuq yerdə uzun müddət qalır.

– Əriyin şirin tumunu atmayın, onları qurudun və saxlayın, sonra onlar badamı əvəz edə bilər.

– Qozun qabığı tez çıxsın deyə, onu bir neçə dəqiqə isti duxovkada saxlayırlar.

– Qozu qabıqdan tez və bütöv çıxarmaq üçün onu emallı qazana yığır, üstünə qaynar su töküb qapağı örtülü halda 15-20 dəqiqə saxlayırlar. Sonra suyu boşaldır, qozun qabığını bıçaqla aralayıb içini çıxarırlar.

– Badam ləpəsinin qabığını təmizləmək üçün soyuq suya salıb qaynayana qədər qızdırın. Sonra suyunu süzüb badamı iki barmaqla sıxır, qabığını asanlıqla çıxarırlar.

– Mürəbbə üçün doğranmış heyva qaralmasın deyə, onu 1 çay qaşığı limon turşusu qatılmış 2 litr suda saxlayın.

– Mürəbbənin bişdiyini bilmək üçün suçəkən kağıza 1 damla şirə damızdırın. Əgər damcının qıraqlarında yaş ləkə əmələ gəlmirsə, mürəbbə bişibdir.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.