Bunlar ət, süd, əvəliklə bişirilə bilər. Nə ilə bişirilməsindən asılı olmayaraq, bir hissə düyüyə 2 hissə su və ya süd tökülür.
Ətlə bişirdikdə, yuyulmuş yağlı qoyun əti xırda-xırda doğranıb qazanda qaynayan suya salınır, duz tökülür, kəfi alınır. Ətin suyu azalıb bişənə yaxın içinə xırda-xırda doğranmış soğan qarışdırılır. Ət yağsızdırsa, yağ salınır. Ət qovrulub qızarmamış, bir hissə düyüyə 2 hissə hesabı ilə su tökülür. Su qaynağa düşəndə qabaqcadan yuyulmuş düyü qazana tökülüb qarışdırılır. Duz atılır. Düyü bir qədər bişəndə içinə şüyüdlə limon atılır, suyu qalmadıqda çəkməplovlar kimi dəmə qoyulur. Düyü uzandıqdan sonra qazana yağ tökülür və dəm aldıqdan sonra yeyilir. Əlbəttə, süfrəyə göyərti də qoyulur.