Sirlərlə dolu qadın dünyası
Kulinariya

BADIMCAN

Bu tərəvəz Azərbaycan ailələrində işlənən ən çox yeyinti məhsuludur. Bunun xörəyi həm tez bişir, həm ucuz başa gəlir, həm də keyfiyyətli və dadlı olur. Yaxşı olar ki badımcanın nazik, qara və içi tumsuzundan istifadə edəsiniz. Çünki bunlar daha dadlı olur. Hətta bunları yemək üçün bişirdikdə belə qabığını soymaq məsləhət deyil.

Azərbaycan ailələrində badımcandan dolma bişirilir, qızardılır, qovrulur, müsəmmaplov hazırlanır və duza qoyulur. Badımcanı təmizlədikdən sonra rəngi yaşılabənzər, özü tumludursa qabığı soyulur, 7-8 mm qalınlığında uzununa kəsilir, duzlandıqdan sonra bitki və yaxud başqa yağlarla qızardılır. Bir çox ailələrdə badımcanla yanaşı kartof, pomidor da qızardılıb qarışdırılaraq süfrəyə verilir. Bu çox ləzzətli və yüngül xörəkdir. Yadda saxlamaq lazımdır ki, yağda qızardılacaq hər hansı bir kartof, badımcan, kükü kimi yeməkləri yağa salmazdan qabaq yağı möhkəm qızdırmaq lazımdır. Əks halda o qabın dibinə yapışır.

Badıncandan  “badımcan dilimi” adlanan yemək də hazırlanır. Bunun üçün yuxarıda söylədiyimiz kimi qara, nazik, körpə badımcanın başı kəsilir, soyulmadan 7-8 sm böyüklükdə doğranır, sonra doğranmış hissələr 1-2 mm qalınlığında nazik dilimlənir, yuyulur, həcminə uyğun qazana yığılır, içinə bir qədər baş soğan doğranır, yağ salınır, bir az su tökülüb bişirilir. Soğanın və yağın çoxluğu xörəyin keyfiyyətini və tamını artırır. Duzunu, istiotunu salıb tez-tez qarışdırılar. Qaynağa düşəndə ağzını örtmək lazımdır. Suyu çəkiləndə isə daha tez-tez qarışdırılmalıdır. Yağa düşüb qovrulduqdan sonra süfrəyə qoyulur, sarımsaq qatıqla yeyilir.

Badımcandan çığırtma da bişirilir.yuxarıdakı qayda üzrə badımcan təmizlənir. 2-3 sm ölçüdə kvadrat şəklində doğranır, yuyulur, qaynar suda 4-5 dəqiqə qaynadılır (pörtlənir), soyuq suda əllə sıxılır və suyu atılır. Qabaqcadan içərisinə baş soğan qoyulmuş və üzərinə yumurta çırpılmış soğança olan qazana və yaxud tavaya tökülür. Duzunu, istiotunu vurular. Yağlı soğança ağzıörtülü birm qədər qovrulur. Tez-tez qarışdırılır, suya çəkilibyağa düşəndə süfrəyə verilir və sarımsaq qatıqla yeyilir.

Bunu hətta bankalara doldurub, qaynar suda 20-25 dəqiqə qaynatdıqdan sonra dəmir qapaqla ağzını bağlayıb qış üçün saxlayırlar.

Lənkəran, Astara, Masallı və bir çox başqa rayonlarda xırda badımcanı təmizlədikdən sonra bir tərəfini bıçaqla kəsir, sonra isti suda bir neçə dəqiqə pörtlədir, əldə sıxılır və içini duzlayırlar. Sonra içinə təmizlənmiş sarımsaq qoyub, balonlara və ya bərnilərə səliqə ilə doldurulur, özərinə ağır daş qoyurlar ki, yaxşı yapıxsın. Bundan sonra badımcanın üstünə çıxana qədər üzüm sirkəsi töküb, ağzını bağlayırlar. Belə hazırlanmış badımcan şorabası iştah artırır, yeməyin daha yaxşı həzmə verir.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.