Sirlərlə dolu qadın dünyası
Kulinariya

ƏVƏLİKÇİLOV

Bu da ətsiz bişirilir. Bunu da bişirəndə 2 hissə su, 1 hissə düyü götürmək lazımdır. Quru əvəlik təmiz yuyulduqdan sonra xırda-xırda doğranır. Su qaynadıqda əvəlik, yuyulmuş düyü və duz qazana tökülüb qarışdırılır. Yavaş-yavaş qaynayır. Elə ki düyü bişdi və qazandakı su çəkildi, bu zaman o biri plovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir, yağlanır. Qazmağını bütöv çıxarmaq üçün südlüplov kimi qazanın altı suya qoyulur üstü basdırılır, bir neçə dəqiqədən sonra süfrəyə verilir. Bu sarımsaqlı qatıqla yeyilir. Süfrəyə verilən zaman üstünə yağ tökmək lazımdır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.