Nə deyirlər-desinlər, amma almada dəmir, demək olar ki, yoxdur. Əvəzində elə elementlər var ki, onların hesabına dəmir digər ərzaqlardan asanlıqla sənin orqanizminə keçir. Bu almanın həyatından yeganə maraqlı fakt deyil.
– Hər il dünyada 60 milyon ton alma yetişdirilir. Bu da o deməkdir ki, Yer kürəsinin hər sakininə ildə təxminən 10 kq alma yeyir.
– Sitrus bitkilərindən fərqli olaraq, almada C vitamini 2 dəfə çoxdur. Nadir G vitamini (iştah vitamini də deyirlər) isə almada digər meyvələrdən daha çoxdur.
– Almanın 100 qramında 11 q karbohidrat, 0.4 q zülal və 86 q su var. Almanın tərkibində 15 vitamindən 9-u var.
– Bütün dünyada almanın 10000-dən çox növü var. Dükanlarda cəmi 2500-ü satılır.
– Alimlər sübut ediblər ki, xırçıldayan meyvələr narahatlıq hissini öldürür, pis fikirləri qovur və sakitləşməyə kömək edir.
– Almanın tərkibindəki turşular dişlərə təsir edir. Ona görə alma salatından sonra o saat diş təmizləməyə tələsmə 30-40 dəqiqə gözlə
Mənbə: Elman jurnalı