Sirlərlə dolu qadın dünyası
İşguzar qadın

Peşəsi – Evdar Qadın

Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»

Bəs görəsən, qadın nəyə görə işindən və ya işləyə biləcəyi peşələrdən imtina edib, evdə oturmağa məcbur olur?

  • Ərinin istəyinə və ya tələbinə görə;
  • Yaradıcı qadınlar sakitcə evdə yazıb-yaratmaq, rəssamdırsa, rəsm çəkmək, bəstəkardırsa, musiqi bəstələmək üçün;
  • Qadın heç bir sənət, peşə, elm yolunda özünü görmür və bütün həyatını ailəsinə, ocağına, uşaqlarına həsr etməyə hazırdır;
  • Qadın özündə inam və qüvvə tapıb, yoldaşına qarşı tələblərini irəli sürə bilmir;
  • Qadın gəncliyində sadəcə, öz maddi tələbatını ödəmək və maaş xatirinə işləyibsə, ərinin kifayət qədər imkanlı olması və evini dolandırması onu evdə oturmağa vadar edə bilər;

Həyat özü də insan qarşısında qaçılmaz seçimlər qoyur:

  • Xəstə və qulluğa ehtiyacı olan ailə üzvləri-valideyn, qaynana-qaynata, uşaq.
  • Dalbadal hamiləlik məzuniyyətindən imkan tapa bilməmək;
  • Həyat yoldaşının işi tez-tez yerdəyişmə ilə əlaqədardır;
  • Qadın əvvəl işləsə də sonradan özü işə qayıtmağı təxirə salır: qoy uşaq bağçaya getsin, ibtidai sinfi bitirsin və i.a.

Psixoloqların fikrincə: evdar həyat tərzinə uyğunlaşa bilməyən və bu şəraitə dözməyən qadınlar hamiləliyə qədər çox aktiv həyat sürən qadınlardır. Bu xanımlara yeni şəraitə adaptasiya olunmaq üçün mütləq və mütləq psixoloq köməyi lazımdır.

Evdar qadının psixikasını xilas edəcək və onu sabaha ruhlandıracaq işlər, amillər çoxdur:

  • Kitab-jurnal oxumaq;
  • Şirniyyat bişirməyin sirrlərini öyrənmək;
  • Əlavə peşə kurslarına yazılmaq;
  • Kompüter oyunları;
  • Fen-şuyla maraqlanmaq;
  • Yoqa və fitnes;
  • İkebana düzəltmək;
  • Toxuma və tikiş öyrənmək;
  • Massaj etdirmək;
  • Rəqsə getmək;
  • Parkda gəzmək, digər analarla tanışlıq, söhbət;
  • Din və ibadətlə məşğul olmaq;
  • Müxtəlif vanna və maskalardan istifadə etmək;

Görün evdə sizin edə biləcəyiniz nə qədər iş var?

Bizcə, ən orta imkanlı ailə xanımının bütün bu vasitələrdən istifadə etməyə imkanı olar. İnanın ki, bu gözəl vasitələr və işlər karyera quran, bütün gününü yolda və işdə keçirən istənilən qadının ən gizli arzularıdır. Onlar bunları etməyə vaxt tapmır, sizsə qızıldan qiymətli vaxtınız ola-ola onu boş keçirirsiz.

Görəsən kim xoşbəxtdir?

Gündüzlər işə, axşamlar evinə, doğmalarına yemək hazırlamaq üçün tələsən xanımlar, yoxsa bütün gününü sevimli qəhrəmanlardan birinin təbirincə desək, «duzqabıların önündə» keçirən qadınlar?

Həqiqət isə budur:  səhər açılan kimi mətbəxə keçib, əyninə önlük taxıb, biş-düşə başlayan qadın pəncərədən boylanaraq, işə tələsən, şıq geyimli qonşu qadına baxıb dərindən köks ötürürsə də, axşam yorğun ayaqlarını güclə sürüyüb, evinə tələsən işləyən qadın da artıq yeməyi hazır olub, pəncərədən ailəsini gözləyən evdar xanımlara  həsədlə baxıb, ah çəkirlər.

Həyat əvvəldən belədir: kim nəyi arzulasa, onu verməz, kim nə istəməsə, onunla üzləşər. Qadınlar isə həmişə özgəsində olanın həsrəti ilə yaşayar və öz taleləri ilə barışmazlar.

Kişilər nə istəyir?

Psixoloqların qənaətinə görə, çox kişilər qadının «cibinin dolu» olmasını istəmir.  Onlar hesab edir ki, qadın maddi tələbatını kişinin «əli vasitəsilə» ödəməlidir və ən xırda əşya (sabun, kirşan, alt paltarı və s.)almaq istəyini belə ərinə deyib, ondan pul alıb, sonra alış-verişə çıxmalıdır.

Qadının işləyib, müstəqil olaraq qazanması və pul sarıdan korluq çəkməməsi çox kişiləri qane etmir. Qadın karyerası arxasında kölgədə qalmaq isə kişi üçün əsl faciədir. Müasir dövrdə boşanmaların əksəriyyəti də qadının karyera sahəsində uğurlarına tab gətirməyən kişilərin ucbatından olur.

Mənbə: //www.atvmaqazin.az/

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Join the discussion

  1. Aysel

    Salam mənim 23 yaşım var məktəbi qurtardım unverstitə verdim ama balım çatmadı gitə bilmədim sonra ailə həyatı qirdum uşaqlarım oldu 3 uşaqım var böyüyün hələ4 yaşı var özüm heç bir işlə məşqul olmuram necə deyərlər səhərdə iş axşamda iş ev işləri uşaqlar hətsiz nadincdilər o qədər yorulmuşam təsvir edə bilmərəm sözlə hər gün ev işi yenə ev işi uşaqların səsi küyü elədə nervimdən oturub ağlayıram çünkü bir kimsədən köməyimdə yoxdu valdiyenlərim ayrı ölkədə mən ayrı ölkədə bura yazmaqımda məqsədim siz xanımlardan məsləhət almaq isyəyirəm çölə çıxa bilmitəm uşaqların əlinnən mənə çox bağlıdılar bidə çox nadinc olduqlarından mənnən başqa heç kimnən çəkinmirlər mən evdə olmayanda ən balacaları mən gələnə qədər ağlayır o birisilərdə bir qalır pataloqa dırmaşsınlar yani evin içində bir işlə məşqul olmaq istəyirəm ama bilmirəm nəylə necə həmdə internet vastəsiylə öz gəlirimi qazanardım…
    Bax belə xanımlar yəqinki məni başa düşdüz bilirsiz o qədər bezmişəmki o qədər ruhdan düşmüşəmki bir işlə məşqul olmaq istəyirm başımı katmaqmı deyim yoxsa özümü biraz dəyərli hiss etməkmi istəyirəm yoxsa nəyəsə bir iş gördüyümü yada bir işə yaradıqımımı görmək istəyirəm bilmirəm… Bilirəm mən bir kişinin həyat yoldaşıyam bir ananın gəliniyəm 3 uşaqın anasıyam ən başlıca bu vəzifələrimi gözəl bir şəkildə yerinə yetirməliyəm ən əsasıda o 3uşaqın mənə ehtiyacı var onandı bəlkə uşaqlarımı qaynanamın üstünə istəsəydim atıb gedib bir işlə məşqul olardım.. Ama mən hə ç vaxt rahat ola bilməzdim çünkü onların indi mənə ehiyac duyduqları andı.. Ama mən özümdə artıq yorulmuşam hədsiz nadinc 3 uşaq bütün gün evin içi səhər axşam iş iş yenədə iş onunçün bura yazdım düzdü çox uzun oldu ama məsləhət almaq istədim siz xanımlardan

  2. Sema

    salam

  3. Sema

    Yuxaridaki meqaleni oxudum,cox xosuma geldi.Menim yarali yerimdi,menim 27 yasim var,ali tehsilliyem islemeyi coooooox isteyirem,pula ehtiyacim olmasa bele.Mence her qadin oz ehdiyaclarini odeye bilecek gucde olmalidir.Yoldasimi zorla yola getirmisem,insallah qizim baxcaya geder mende ise.Cox sag olun.

  4. gulbeniz

    salamlar.men yuxarida yazilan meqaleni oxudum ve cox sagolun ki,evdar qadinlara bucur meslehetler yazmisiniz.sizlere minnetdaram.men aileliyem,26 yashim var.ali tehsilliyem,amma cox teessufki ishlemirem.cox umid edirem ki,2 ovladlarimi boyudenden sonra,yeni mueyyen yasha catdirandan sonra ishleyerem.yoldashim evvel icaze vermedi ishlemeye,indi ise peshmandi.mence qadinin peshesi varsa ishlemelidi.onsuzda evde ish coxdu,evin ishi bitib qurtarmir.neise ureyim doludu.sizlere minnetdaram.helelik

  5. Durdane_Pirverdiyeva

    men yuxarida qeyd olunan meqaleni oxudum ve muellife teshekkur edirem. menim 25 yashim var ve subayam. ama ele bir ishde chalishiram ki orda men konulluyem. bu eqli- fiziki problemli ushaqlarin cemiyyete inteqrasiyasi ile baqlidi. mene ele gelir ki bele bir ishden meni ayiran shexs hech de yaxshi aile bashchisi ola bilmez. inshallahki bizi anlayan ve isteklerimizi basha düshen biri ile aile qurmaliyiq.

Leave a Reply

Your email address will not be published.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.