Sirlərlə dolu qadın dünyası
Faydalı olar

Vişnə suyu yuxusuzluğu aradan qaldırır

Alimlər vişnə suyunun yuxusuzluq problemini həll etdiyini bildirib.
İtaliyanın La Stampa qəzetində yayımlanan xəbərə görə, Pensylvania ve Rochester Universitetlərinin alimləri, yuxusuzluqdan əziyyət  çəkən 15 nəfərə 2 həftə ərzində səhər və axşam təqribən 227 qram vişnə suyu verib.

Mütəxəssislər, daha sonrakı iki həftə boyunca isə iştirakçılara digər meyvə sularını içməyi təklif edib.

Araşdırmanın sonunda əldə olunan nəticələr göstərib ki, vişnə suyu qəbul etdikləri iki həftə ərzində iştirakçıların yuxusuzluq problemləri digər həftələrlə müqaisədə azalıb.
Mütəxəssislər bunu, vişnə suyunun tərkibində olan, yuxusuzluq problemini tənzimləyən melatonin ilə əlaqələndirib.

Mənbə: Xezer.tv

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.