Sirlərlə dolu qadın dünyası
Faydalı olar

Şəxsiyyət vəsiqəsini dəyişmək üçün nə lazımdır?

Şəxsiyyət vəsiqəsini dəyişməyin səbəbi müxtəlif ola bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin  onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi  vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğunuz ərazinin Rayon Polis İdarəsində (RPİ-də) dəyişdirilir.  Toplanmış lazımı sənədlər RPİ-ə təqdim olunur. Bu sənədlər aşağıdakılardır:

  • Köhnə şəxsiyyət vəsiqəsi (kserosurəti ilə)
  • 3 ədəd 3×4 sm  ölçüdə rəngli foto şəkil
  • Mənzilin orderi və ya qeydiyyat vəsiqəsi(Kupça – kserosurəti ilə)
  • Yaşayış yerindən ərizə
  • Nigah haqqında şəhadətnamə (kserosurəti ilə)
  • Hərbi bilet (kserosurəti ilə)
  • Tibbi arayış (yalnız birinci dəfə alanlara aiddir)
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi  üçün dövlət rüsumu aşağıdakılardır:
  • 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. Yalnız yuxarıdakı sənədlərə doğum haqqında şəhadətnamə (kserosurəti ilə) təqdim olunmalıdır.
  • 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:  üç iş günü müddətinə verildikdə  – 5 manat , üç  iş  günündən   sonrakı  müddətdə verildikdə   – 1 manat
  • Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına   çatdıqda,   həmçinin  onların soyadı,   adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti  və  hərbi  vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə  – 2 manat
  • Şəxsiyyət   vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə   və  ya   yararsız   hala   düşdükdə, onun dəyişdirilməsinə görə  – 3 manat
  • Azərbaycan Respublikası vətəndaşlarının eləcə  də keçmiş  SSRİ vətəndaşlarının qeydiyyata alınmasına görə      – 2 manat
Qeyd: Şəxsiyyət vəsiqəsinin vaxtının keçməsinə görə heç bir cərimə ödənilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununda və İnzibati Xətalar Məcəlləsində belə maddə yoxdur. Yalnız şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 15 manatdan 25 manatadək miqdarda cərimə edilir.

 

Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə qanuni formada 5 manata kimi xərc çıxır. Onlardan 2 manat dövlət rüsumu, 2 manat foto şəkil və 1 manat isə sənədlərin kserosurəti üçün ödənilir. Reallıq isə bir qədər başqa formadadır. Reallıqda yuxarıda sadalanan məbləğdən savayı, 5-15 manat arasında əlavə məbləğ sənədləri təhvil verərkən alırlar. Əlbəttə, bu qanunsuzdur,  amma bunu reallıqda sübut etmək çox çətindir.

 

Digər qanun pozuntusu isə sənədin verilmə müddəti ilə bağlıdır.  Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 4-cü maddəsinə əsasən  vətəndaşın şəxsiyyət vəsiqəsi ən geci 10 gün müddətində verilməlidir. Reallıqda isə şəxsiyyət vəsiqəsini  30 gündən sonra almaq olur.

Şərhlərinizi bildirməyi unutmayın!

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.