14 fevral dünyanın bir çox ölkələrində Sevgililər günü və ya Müqəddəs Valentin günü kimi qeyd olunur.
Müqəddəs Valentin günü 16 əsrdən bəri keçirilir. Tarixi faktlara görə bu bayramın konkret səbəbkarı olub. Bu da xristian keşiş Valentindir. Bu hadisə təqribən 269-cu ildə olub, həmin vaxtı imperator II Klavdi Roma İmperiyasını idarə eləyirdi.
Döyüşən Roma ordusu əsgər çatışmamazlığı hiss eləyirdi. İmperator əmin idi ki, onun ordusunun savaşan ruhunun zəifləməsində əsas səbəbi əsgərlərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi. Əsgərlərin hərbi ruhunu saxlamaq məqsədilə o qərar qəbul eləyir və əsgərlərin evlənməsinə qadağa qoyur.
Xoşbəxtlikdən İmperatorun qəzəbindən qorxmayan və əsgərləri gizli evləndirən keşiş tapılır. Bu keşiş Valentin olur. O sevgililərə sevgi məktublarını yazmağa kömək edir, qadağan olunmuş hərbiçiləri evləndirir, küsənləri barışdırır bir sözlə o əsl romantik olur.
İmperator Valentinin əmələrindən xəbər tutur və onu həbs edir, inancından dönmədiyinə görə edama məhkum eləyir. Faciə onda olur ki, Valentin özü də türmə gözətçisinin qızına vurulmuş olur. Edamına bir gün qalmış o qiza vida mətubu yazır. Məktubda öz sevgisini bildirir və məktubu “Sənin Valentinin” kimi imzalayır. Məktub onun edamından sonra oxunur. Valentin edam olunsa da onun sevgisi əbədi yaşayır və minlərlə insanların qəlbində sevgi simvolu kimi qalır.
Nəticədə, öz imanı uğrunda həlak olan Valentin katolik kilsəsi tərəfindən qiymətləndirilir. 496-cı ildə Roma Papası I Gelasius 14 fevral tarixini Müqəddəs Valentin günü kimi elan edir.
Avropada bu gün 13-cü əsrdən, ABŞ-da isə 1777-ci ildən qeyd olunur. Yaponiyada Valentin günü sevgililər bir-birinə şiriniyyat hədiyyə edirlər. Fransada zinət əşyaları, Danimarkada isə ağ güllər verirlər.
Bəzi ölkələrdə Müqəddəs Valentin günü bayramı keçirilmir. Səudiyyə Ərəbistanında bu bayram rəsmən qadağandır və qanunu pozanlara böyük cərimələr tətbiq olunur.
Azərbaycanda Sevgililər gününü İlham və Fərizənin talesiz sevgilərinin şərəfinə hər il iyun ayının 30 keçirilir. 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyən və özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Amma buna baxmayaraq 14 fevral Müqəddəs Valentin günü Azərbaycanda da qeyd olunur. Amma müxtəlif fikirlər var. Azərbaycanda bəzi insanlar 14 fevralda, digərləri isə 30 iyunda bu bayramı qeyd edirlər.
Bəs siz Sevgililər gününü nə vaxt qeyd edirsiniz? Şərhlərinizi bildirməyi və paylaşmağı unutmayın.