Sirlərlə dolu qadın dünyası
Faydalı olar

10 ən məhşur brilyant

Brilyant almazın emalından sonra əmələ gəlir. Dünyada almaz əsasən   Bostvana, Avstraliya, Rusiya, CAR, Anqola, Konqa, Kanada, Namibiya, Braziliya, Çin və s. ölkələrdə xammal şəklində hasil olunur. İndiyə qədər tapılan ən böyük almaz Kullian almazıdır. O 3106 karat olmuşdur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu brilyant Cənubi Afrikda 1905-ci ildə tapılmışdır. Kullianı həm də “Afrikanın ulduzu” kimi də tanıyırlar. Dünyada elə brilyantlar möcuddur ki, onlar tarixdə buraxdıqları izlərə görə çox məşhurdurlar. Onlar aşağıdakılardır:

  • Yaşıl Drezden – açıq yaşıl rəngdə qüsursuz keyfiyyətə malik brilyantdır. Bu brilyant Drezdendə saxlanılır və 41 karatdır.
  • Xoupun almazı – çox nadir dərin saffir rəngində olan bu brilyant, həm də düzgün praporsiyaya malikdir. 1830-cu ildə onu zinət əşyalar kolliksioneri bankir Xoup auksonda əldə etmişdir və brilyanta öz adını vermişdir. 1958-ci ildən Vaşinqtonda saxlanılır və 44.5 karatdır. Hesab olunur ki, bu daş bədbəxtlik gətirir.
  • Kullian I – Şəffaf və rəngsizdir, damcıya oxşar formaya malikdir. Dünyada mövcud olan ən böyük almazdır. Təqribən 530.2 karatdır. Bu brilyant hal-hazlrda Taure (Londonda) saxlanılır. O VII Eduardın skipeterini (hökmdar əsasını) bəzəyir.
  • Sansi – damcıya oxşar formadadır. Solğun sarı rəngdədir və 55.23 karatdır. Markiz Nikolya de Sansi onu İspaniyadan qaçan portuqaliya şəhzadəsindən almışdır və sonralar brilyanta onun adı verilmişdir. Sansi hal-hazıda Luvrda saxlanılır.
  • Tiffani –  128.51 karatdır. Parisdə hazırlanmış bu brilyant “Tiffani” firması tərəfindən əldə olunmuşdur. Hal-hazırda Nyu-York şəhərindədir.
  • Koxinur – 180.93 karatdır. Bu brilyant 1300-cü ildən bəri mövcuddur. Əvvəllər üzərində sarımtıllıq olsa da, sonradan təraşlama nəticəsində ideal vəziyyətə çatdırılmışdır. Hal-hazırda Britaniya kraliçiyası Yelezavetanın tacını bəzəyir. Tauerdə (Londonda) saxlanılır.
  • Kullian VI – Dünyada ən böyük olan 3106 karat məşhur Kullinan brilyantının 105 hissəsindən biridir. Təqribən 63.6 karatdır. 1911-ci ildə Kraliça Merinin tacına taxılmışdır. 1959-cu ildən bəri broş kimi istifadə olunur. Hal-hazırda Tauerdə(London) saxlanılır.
  • Nassak – 43.88 karatdır. İlkin formada 90 karat olmuşdur və Bombeydə(Hindistan) Nassak şəhərində Şivanın kilsəsində saxlanılırdı. 1853-cü ildə ingilislər Hindistanı işğal etdikdə Nassakı qənimət kimi götürmüşdülər. 1927-ci ildə  Nyu-Yorkda ona zümrüd forması verildi. Hal-hazırda ABŞ-da şəxsi kolleksiyada saxlanılır.
  • Şahın almazı – 88.7 karatdır. Mənşəcə Hindistan brilyantıdır. 1829-cu ildə Tehranda Rusiyanın təmsilçisi A.S. Qribayedov  öldürülür. Diplomatik narazıçılıq olmasın deyə İran şahı – I Nikolaya bu brilyantı və onunla bərabər başqa zinət əşyalarını göndərir. Hal-hazırda Rusiya Federasiyasının “Almaz Fondunda” saxlanılır.
  • Florentiets – 137.27 karatdır. Sarı-Limon rəngindədır. 1657-ci ildən bəri Florensiyada Medici ailəsininə məxsus olub. XVIII əsrdən Habsburqerin tacına bərkidilmişdir və broş kimi istifadə olunmuşdur. II dünya müharibəsindən sonra bu brilyantın taleyi məlum deyil.

Yuxarıda göstərilən brilyantların bəzilərinin şəkilləri göstərimişdir. Buyurun seyr edin.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.