Sirlərlə dolu qadın dünyası
Dişlərə qulluq

Dişlərin sağlamlığı niyə bu qədər vacibdir

Dişləri sağlam saxlamaq vacib məsələlərdən biridir. Axı  dişlərin xarab olması ümumi sağlamlığımıza pis təsir göstərir.  Sual ola bilər nəyə görə dişləri sağlam saxlamaq bu qədər vacibdir. Cavab, orqanizimdə bütün orqanlar bir-biri ilə əlaqəlidir. Sizin dişlərinizdə problem olduqda, qida yaxşı ceynəlinmədiyinə görə  həzm prosesi  pozulur. Həzm prosesinin pozulmsı isə öz növbəsində qan dövranının zəiflədir. Nəticədə, biz özümüzü narahat hiss edirik və müxtəlif xəstəliklərə qarşı imunitetimiz zəifləyir.

Bəs dişləri sağlam saxlamaq üçün nə etmək lazımdır? Yadınızda saxlayın ki, oksigen və sudan sonra orqanizim üçün 3 vacib element kalsiumdur. Bədənimizdəki kalsiumun böyüh hissəsi  diş və sümüklərdə fosfat şəklində olur  və onların  möhkəmliyini təmin edir.  Orqanizimdə kalsiumun miqdarı azaldıqda dişlər zəifləyir və  müxtəlif xarici təsirlərə qarşı həssas olur. Kalsium əsasən süd məsullarında, ət, balıq və bir sıra meyvələrin təkibində üstünlük təşkil edir.

Orqanizimdə kalsiuma gündəlik təlabat uşaq və böyüklərdə fərqli olur. Ümumdünya Səhiyyə Təşkilatı kalsiumun gündəlik normasını aşağıdakı miqdarda qəbul etməyi məsləhət bilir:

  • 3 yaşına qədər uşaqlar üçün – 600 mq
  • 4-10 yaşında uşaqlar üçün – 800 mq
  • 10-13 yaşında uşaqlar üçün – 1000 mq
  • 13-16 yaşında yeniyetmələr  üçün – 1200 mq
  • 16 yaşında yuxarı cavanlar üçün – 1000 mq
  • 25-50 yaş arası böyüklər üçün – 800-1200 mq
  • boylu və ya uşaq əmizdirən qadınlar üçün – 1500-2000 mq

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.