Sirlərlə dolu qadın dünyası

Məşhurlar

Azərbaycanın birinci xanımı

Aygün Kazımova

Kazımova Aygün Ələsgər qızı 26 yanvar 1971-ci (Qaban ili) ildə Bakı şəhəri Nizami rayonu 1 nömrəli doğum evində (Dolça bürcü altında) dünyaya gəlmişdir. Ailənin dördüncü - sonuncu övladıdır. Dünyaya gəlməsi planlaşdırılmayan Aygün 7 aylığında ikən vaxtsız doğulub. Atası Ələsgər bəy doğum evinə heç Aygünü götürməyə belə getməyib. Onu evə anası Fizzə xanım və nənəsi birgə gətirib. İlk günlər acığından Aygünün üzünə belə baxmayan atası bir gün ötəri olaraq körpə Aygünün gül üzünə baxır və həyəcan keçirir .Çünki körpə Aygünün Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox bənzədiyini görür...Həmin gündən atası balaca Aygünü “əlinin içində” saxlamağa başlayır, onun bütün istəklərini yerinə yetirir və onu çox ərköyün böyüdür.

Monika Bellucci

Monika Bellucci - İtaliyanın ən məhşur model və aktrisadır. Monika 30 sentyabr 1964-çü ildə İtaliyanın Citta-di-Kastello şəhərində dünyaya göz açıb. Ailəsinin kasıb olmasına baxmayaraq, valideynləri Monikanın bütün ehtiyaclarını qarşılamağa çalışırdılar. Gənc yaşlarından gözəlliyi ilə hamını heyran edirdi. Məktəbdə qızlarların Monikadan zəhləsi gedirdi. Çünki, o gələndə oğlanların fikri onun üzərində cəmləşirdi. Hamı Monikanın model kimi görürdü. Lakin, onun arzusu hüquqşünas olmaq idi. 1986-cı ildə Perudji Universitetinin hüquq fakültəsinə daxil olan Monika öz arzusuna çatır. Müstəqil şəkildə yaşamaq və maddi ehtiyaclarını ödəmək  üçün unversitetin 1-ci kursundan model kimi işləyir. Model biznesində bir sıra uğurlar əldə edir.

Pin It on Pinterest