Bu piroqu hazırlamaq çox asan və əlverişlidir. Bunun üçün:
*3 yumurta *1 stəkan pesok *1 stəkan qatıq
*1 çay qaşığı soda * 2 xörək qaşığı əridilmiş yağ
*2 stəkan un *vanil *1 apelsin və ya limon *cem
Əvvəlcə 3 yumurta və 1 stəkan pesoku mikserdə yaxşıca qarışdırırıq. Elə qarışmalıdır ki, pesok tam qarışsın. Sonra 1stəkan qatıq götürürük və stəkanın içinə 1 çay qaşığı soda tökürük və çalısana qədər əvvəlki yumurta və pesok qarışığının üzərinə tuturuq, çünki soda və qatıq qarışdıqca qatığın həcmi sanki artır və stəkandan daşmağa başlayır.