Sirlərlə dolu qadın dünyası

Kulinariya

Faydalı məsləhətlər

Piroq

Bu piroqu hazırlamaq çox asan və  əlverişlidir. Bunun üçün: *3 yumurta   *1 stəkan pesok   *1 stəkan qatıq *1 çay qaşığı soda  * 2 xörək qaşığı əridilmiş yağ *2 stəkan un  *vanil  *1 apelsin və ya limon *cem Əvvəlcə 3 yumurta və 1 stəkan pesoku mikserdə yaxşıca qarışdırırıq. Elə qarışmalıdır ki, pesok tam qarışsın. Sonra 1stəkan qatıq götürürük və stəkanın içinə 1 çay qaşığı soda tökürük və çalısana qədər əvvəlki yumurta və pesok qarışığının üzərinə tuturuq, çünki soda və qatıq qarışdıqca qatığın həcmi sanki artır və stəkandan daşmağa başlayır.

Kələm salatı

Salatımız üçün ağ və qırmızı kələm, duzlu xiyar, bibər, təzə xiyar, çuğundur, kök, yaşıl noxud, pomidor,sirkə lazımdır. Bibər, xiyar, kələm və içi çıxarılmış pomidoru nazik-nazik uzunvari formada doğrayırıq.

Plov

Plov süzmə və çəkmə olur. Süzmə plov onların yanında qoyulan xuruşlarla adlanır. Məsələn, paxlaplov, şüyüdplov, cücəplov, müsəmmaplov, mütəncəmplov və s. Düyü bişməsindən, uzanmasından, artımından, həlimləşməsindən, suudma qabiliyyətindən asılı olaraq müxtəlif cür olur. Plovun növündən asılı olaraq müxtəlif düyüdən istifadə edilir. Məsələn, paxlalı, şüyüdlü plovlar üçün akulə düyüsü, cücəli, mütəncəmli, müsəmmalı, səbziqovurmalı plovlar üçün sədri düyüsü işlədilsə daha yaxşı olar. Bu düyülər olmadıqda ənbərbu, qaraqılçıq, ağqılçıq düyüdən istifadə edirlər. Plovun yaxşı çıxması üçün adətən, düyünü təmizlədikdən sonra,  xüsusən sədri düyüsünü qaynar suda 2 dəfə yuduqdan sonra 7-8 saat suda islağa qoyub, içinə duz tökürlər. Sədri düyüsündən başqa digər düyülər ilıq suyla yuyulub, 4-6 saat duzlu suda islağa qoyulur, çünki düyü islağa qoyulduqda şişdiyi üçün, qaynayanda bir bərabərdə bişir. Qazana düyünü su qaynadıqdan sonra tökürlər. Düyü suda qaynadıqca onun kəfi alınmaq lazımdır. Bir qədər qaynadıqdan sonra düyüdən kəfkirə götürüb, iki barmağın arasında əzmək lazımdır. Əgər düyünün içi az da olsa əzilərsə, onda süzmək olar. Süzülmüş düyü həlimlidirsə, üstünə 2-3 dəfə ilıq su çiləyib yuyurlar. Yuyulmasa yaxşı dəm almaz, xəşil olar.

İspanaq və pərpətöyün qovurması

İspanaq və pərpətöyün vitaminlə zəngindir. İspanaqdan dovğa da bişirirlər. Cincilim olmayanda bundan sıyıq, göy qutabı və bir çox yeməklər hazırlayırlar. İspanağı təmizləyib, 2-3 sm böyüklükdə doğrayıb yuyurlar, isti suda 1-2 dəqiqə pörtlədib, sonra suyunu təmiz sıxır, yağda qovrulmuş soğançaya tökürlər. İçinə duz, istiot atırlar. Soğançada bir qədər qovrulduqdan sonra yumurta vurub, yeməyə verirlər.

BADIMCAN DOLMASI

Badımcan dolması yay, payız fəslində Azərbaycan ailələrində ən çox hazırlanan milli xörəkdir. Bu dolma hazırlanan zaman pomidordan və bolqar bibərindən istifadə edilir. Bunlar dolmanın keyfiyyətini və ləzzətini daha da artırır. Dolma belə hazırlanır: Mümkün qədər yağlı qoyun, olmadıqda mal ətinin yumşaq yerindən xırda-xırda doğrayıb, ət maşınını xırda gözündən keçirmək lazımdır. Bir az su və duz tökülmüş qazana salınır, qaynamağa qoyulur. Qaynadıqca kəfi alınır, qarışdırılır. Bu zaman bir qaba baş soğan xırda-xırda doğranıb hazır saxlanır. Ətin suyu çəkilib yağa düşdükdə həmin soğan qazana tökülür, yağı azdırsa əlavə yağ salınır. Tez-tez qarışdırılır. Soğan və ət yağın içərisində bir az qovrulur, azca qızaranda götürülür. Belə qovrulmuş ətə qiymə deyilir. Bir kilo ətin qiyməsinə 100-120 qram düyü tökülür, 1 dəstə reyhan yarpağı doğranıb qarışdırılır. Qiymə ocaqda qovrulanda dolma üçün badımcan, pomidor və bibar aşağıdakı kimi hazırlanır:

ƏRİŞTƏLİPLOV

Bu da o biri plovlar kimi bişirilir. Fərqi ondadır ki, buna düyüdən başqa əriştə də tökülür. Düyü qaynadıqdan bir qədər sonra, yəni bir az yumşaldıqdan sonra içərisinə əriştə tökülür. Əriştə ilə də 3-4 dəqiqə qaynadıqdan sonra süzülür. O biri plovlar kimi ya yumurta qazmağı hazırlanır, yaxud dağ olmuş yağa töküb, adi qazmaq almaq üçün dəmə qoyulur

ZOĞALÇİLOV

Bu da əvəlikçilov kimi bişirilir. Lakin buna əvəlik tökülmür. Bir hissə düyü, 2 hissə su tökülür. Su qaynadıqda yuyulmuş düyü və duz tökülür. Düyü bir qədər bişdikdə içərisinə yuyulmuş kişmiş, varsa təzə zoğal, yoxdursa axta zoğal tökülüb qarışdırılır. O biri çilovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir. Hazır olduqda götürülür.

ƏVƏLİKÇİLOV

Bu da ətsiz bişirilir. Bunu da bişirəndə 2 hissə su, 1 hissə düyü götürmək lazımdır. Quru əvəlik təmiz yuyulduqdan sonra xırda-xırda doğranır. Su qaynadıqda əvəlik, yuyulmuş düyü və duz qazana…

SÜDLÜ PLOV

Südlüplov ətsiz, yalnız südlə bişirilir, düyü təmizlənir, xırdası çoxdursa aşsüzəndən keçirilir. Bütöv düyü bisə suda təmiz yuyulur, bir hissə düyüyə 2 hissə süd tökülür. Süd qaynadıqdan sonra düyü tökülür. Qarışdırılır, bir az da duz atılır, rəngi saralana qədər zəfəran tökülür, yenə qarışdırılır. Düyü bişənə yaxın içərisinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır. Düyünün içi yumşalıb, qazanın südü çəkilmişdirsə, o biri plovlar kimi dəmə qoyulur və qulluq edilir.

TOYUQLA ÇƏKMƏPLOV

Bu da eyni ilə ətli çəkməplov kimi bişirilir. Fərqi orasındadır ki, buna qoyun əti əvəzinə toyuq əti, şüyüd əvəzinə isə lərgə tökülür. Lərgə düyüyə nisbətən gec bişdiyi üçün qazana düyüdən…

ÇƏKMƏPLOV

Bunlar ət, süd, əvəliklə bişirilə bilər. Nə ilə bişirilməsindən asılı olmayaraq, bir hissə düyüyə 2 hissə su və ya süd tökülür.

Ətlə bişirdikdə, yuyulmuş yağlı qoyun əti xırda-xırda doğranıb qazanda qaynayan suya salınır, duz tökülür, kəfi alınır. Ətin suyu azalıb bişənə yaxın içinə xırda-xırda doğranmış soğan qarışdırılır. Ət yağsızdırsa, yağ salınır. Ət qovrulub qızarmamış, bir hissə düyüyə 2 hissə hesabı ilə su tökülür.

Lobyalıplov

Bunun üçün xırda lobyadan istifadə edilir. Lobya təmizlənir, yuyulur, qazana tökülür. Duz atılır, kəfi alınır, lobya bir qədər bişdikdən sonra düyü həmin lobyanın üstünə tökülüb bişirilir. O biri plovlar kimi…

PAXLAPLOV

Bu toğlu, quzu əti olmayanda yağlı qoyun əti və bağırbeyinlə  yeyiləndə daha ləzzətli olur. Qoyun ətinin yağlı yerindən hərəsi 8-10 qram olan tikələr doğranır. Qazanda soyutma bişirilir, duz salınır, ətin kəfi alınır. Bişəndən sonra bulyondan çıxarılır. bir böyük qaba yığılır, duz, istiot səpilir. Başqa bir qazana qoyunun qara ciyəri və o qədər də quyruq az suda bişirilir ki, bulyon nisbətən yğlı olsun.

Göbələk yeməkləri

images Göbələk yağmurlu payız aylarında mal peyini olan sahələrdə çıxır. Meşələrdə ağaclarda bitən göbələklər də var. Azərbaycan ailələrində onlardan xörək hazırlanmır. Yığılmış göbələk diqqətlə yoxlanılır, qurdu olanlar atılır. Təmizlərin üst qabığı soyulur. Lobya kimi doğranır və yuyulur. Isti suda azca bişirilir (pörtlənir). Sonra suyu atılır, hətta sıxılıb təmiz çıxarılır. Yağlı soğançaya tökülüb bir az qovrulur. Duz, istiot vurulur. İçinə yumurta tökülür.

Pin It on Pinterest