Qadınların bəyəndiyi 10 ən yaxşı maşın
Ümumiyyətlə, avtomobil dünyasında qadın avtomobili deyilən bir anlayış yoxdur. İstehsalçılar avtomobil istehsal edərkən onu qadın və ya kişiyə uyğunlaşdırıb ayrıca avto kimi istehsal etmirlər. Amma, istənilən qadın avtomobili ilk baxışdan seçir və başa düşür ki, bu onlara lazım olan modeldir. Onun sükanı arxasında heç oturmasa belə, qadına aid modeli asanlıqla seçir. Qadın avtomobili necə olmalıdır? Onların fikirincə ilk növədə rahat, cazibəli, qənaətcil, təhlükəsiz və güvənilir olmalıdır. Ölçüləri böyük olmamalıdır. Qırmızı və ya ağ rəngdə avtomobillərə üstünlük verilir.