Uşaqların sağlam həyat tərzi kimi məsələ valideynləri ən çox narahat edən məsələlərdən biridir, belə ki, uşaq əmziklərinin uşaqlara verilib verilməməsi valideynləri çox narahat edir. Bəziləri əmziklərin uşaqların dadbilmə, diş və damağına pis təsir etdiyini söyləyir, bəziləri isə əmziklərin heç bir pis təsirinin olmadığını söyləyirlər. Bəs nə etməliyik, uşağı əmziyə öyrətməliyik, ya yox?
Pediatorlar bu suala birmənalı cavab vermirlər, çünki bir tərəfdən uzunmüddətli əmzikdən istifadə uşağın diş-damaq sisteminə pis təsir göstərir, digər tərəfdən uşaq çox ağlayırsa və onu sakitləşdirmək mümkün deyilsə, onda