Sirlərlə dolu qadın dünyası

Dəriyə qulluq/Maskalar

Çatlayan dodaqlar

Üzümüzdəki sızanaqlara yox deyək…

Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz.  Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz.

Qırışlara qarşı ən yaxşı maska…

Kosmetoloqlar qırışlara qarşı ən yaxşı resept tərtib etmişdilər ki, bunu da hər bir qadın ev şəraitində edə bilər. Nəticə artıq 15 dəqiqəyə görsənir. Araşdırmalar göstərir ki, pendir - qocalmağın qarşısını almağın ən yaxşı üsuludur. Yaşlanmağa qarşı maskanın resepti çox asandır: 1 ədəd pendiri götürüb rəndənin (tyorka) kiçik gözündən keçiririk, ona bir qədər qaymaq ya da smetan qatmaq olar.

Saçlarınızın uzanmasını istəyirsinizmi?

Saçlarımız çox gec uzanır və cansızlaşır. Cansız saçlarımızı canlandırmaq üçün aşağıdakı maskanı təqdim edirəm: 2 ədəd yumurta sarısına 2 xörək qarışığı gənəgərçək yağı, 1 çay qaşığı xardal tozu, 1 xörək qaşığı limon şirəsi və ya sirkə töküb qarışdırırıq.

Ələ qulluq üçün maska

Əllərə qulluq nəinki gigiyenik cəhətdən, həm də estetik cəhətdən çox vacibdir. Qadının əlləri onun haqqında çox şey deyir. Buna görə də əllərimizə xüsusi qayğı göstərməliyik. Ev şəraitində necə qulluq edə bilərik?!  Üz və saç üçün maskalar kimi əl üçün maskalar da mövcuddur. Məsələn aşağıdakı maska əllərinizə qulluq üçün asan və mükəmməl maskadır.

Saçları parıltılı edən maska

Hər bir Qadın saçlarının parıltılı və gözəl olmağını istəyir. Bu maska məhz bunun üçündür. Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam və ya yoyoba yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb

Saçları qalın və hamar edən maska

Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız. Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq  saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra

Quru saçlar üçün yumurta maskası

Saçlarımızın quru və cansız halı bəzən çox canımızı sıxır. Onları bəzən daramaq belə çətinləşir. Bunun üçün ev şəraitində çox asan başa gələn bir maska məsləhət gorülür. Bildiyimiz kimi yumurtanın insan orqanizminə bir çox faydaları var. Saçlarımız üçün də yumurtanın nə qədər faydalı olduğunu bilirdiniz?!  Bizim maskamız üçün  sadəcə 2 yumurta kifayət edir.

Yağlı saçlar üçün maska

Yağlı saçlar hər bir qadının baş bəlasıdır. Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır. Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı (Касторовое масло) apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib,  başınız polietilen papaq və ya

Pin It on Pinterest