Sirlərlə dolu qadın dünyası

Author: Fuad Muxtarov

Faydalı olar

Qubanın ən böyük fəxri haqqında 6 fakt

İşguzar qadın

CV doldurma qaydası

CV (curriculum vitae) - işə düzəlmək üçün lazım olan bir vasitədir. Özünə hörmət edən heç bir şirkət bu formanı doldurmamış heç kəsi  işə qəbul etmir. Düzgün doldurulan cv yeni işə qəbul olmaqda sizə çox kömək edə bilər. Bəs,  cv - nı düzgün necə doldurmaq lazımdır və hansı qaydalara əməl olunmalıdır? Aşağıdakı qaydala əməl etsəz, istənilən şirkət sizi öz sıralarında görməyə şad olacaq:
Məşhurlar

Monika Bellucci

Monika Bellucci - İtaliyanın ən məhşur model və aktrisadır. Monika 30 sentyabr 1964-çü ildə İtaliyanın Citta-di-Kastello şəhərində dünyaya göz açıb. Ailəsinin kasıb olmasına baxmayaraq, valideynləri Monikanın bütün ehtiyaclarını qarşılamağa çalışırdılar. Gənc yaşlarından gözəlliyi ilə hamını heyran edirdi. Məktəbdə qızlarların Monikadan zəhləsi gedirdi. Çünki, o gələndə oğlanların fikri onun üzərində cəmləşirdi. Hamı Monikanın model kimi görürdü. Lakin, onun arzusu hüquqşünas olmaq idi. 1986-cı ildə Perudji Universitetinin hüquq fakültəsinə daxil olan Monika öz arzusuna çatır. Müstəqil şəkildə yaşamaq və maddi ehtiyaclarını ödəmək  üçün unversitetin 1-ci kursundan model kimi işləyir. Model biznesində bir sıra uğurlar əldə edir.
Pəhriz

Dolu qadınlar kişilərin xoşuna gəlir

Alman mütəxəsisləri apardığı sorğular nəticəsində belə bir qənaətə gəlmişdirlər. Sən demə qadınların əksəriyyətinin can atdığı arıq bədən forması, kişilərin əksəriyyətinin xoşuna gəlmirmiş. Neboley.com.ua saytına istinadən verilən məlumata görə, 1000 nəfər kişinin iştirak etdiyi sosial sorğuda respondentlərin yalnız 5% arıq qadınlara, 70% isə dolu qadınlara üstünlük verdiklərini bildirmişlər . Sorğunun nəticəsi mütəxəsisləri təçübləndirsədə, onlar  bunun səbəbini
Sağlamlıq

Saçları necə yumaq lazımdır?

Saçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Amma bu o demək deyil ki, saçları hər gün yumaq lazımdır.  Cünki bu zaman saçlar xüsusi müdafiə təbəqəsini itirir və kövrəkləşir. Müxtəlif saç xəstəlıklərinə qarşı həssas olur. Bəs saçların sağlamlığı necə saxlanılmalıdır? Bunun üçün ilk növbədə yuyulma prosesini düzgün aparmaq lazımdır. Yuyulma prosesi aşağıdakı mərhələlərdən keçir:

Yuxu yozmaları – A

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Abajur - Röyada abajur, abajurlu lampa görmək, yaxud belə bir lampa hazırlamaq - yaxın gələcəkdə bir işin xeyirlə, faydayla başa çatacağını bildirir. Abdal - Yuxuda abdal və axmaq bir adamla qarşılaşmaq - düşmənlərinizin saf qəlbli olmağınızdan və temizliyinizdən faydalanaraq sizə zərər verəcəklərini göstərir. Abdal, axmaq adamla söhbət eləmək - iş həyatınızda yanlış bir addım ataraq zərərə düşəsəyinizə işarədir. Abdəst - Röyasında abdəst aldığını görən adam, ümumi yozumlara görə, muradına yetişər. belə bir yuxu görən Allah adamı kimi qəbul edilir. Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar: Abdəst namaz üçün alınmışsa - müqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir. Abdəst tamamlanmaq üçünsə: arzu edilən bir işin olacağı deməkdir. Abdəst hamamda, yaxud təzə tikilmiş bir evdə alınmışsa düşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağınıza işarədir. Abdəst təmiz su ilə alınmışa - böyük bir borc qısa müddət ərzində ödənəcəkdir. Abdəst dəniz kənarında alınırsa - bir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşulacağını göstərir. Abdəstli olduğu halda ikinci dəfə abdəst alınırsa - şan və şərəfin, sayğı və etimadın artacağı deməkdir. Abdəstsiz namaz qılınırsa - sənətkarsa-emalatxana, tacirsə-sərmayə sahibi olacağına yozulur. Abdəst pozmaq - Röyada bir kimsənin özünü abdəst pozarkən görməsi-onun qısa bir müddət içərisində sıxıntılardan qurtulacağı anlamına gəlir. Abdəstxana - Röyada bir abdəstxanaya girmək-mühim bir işin qısa müddətdə çözələnib aydınlaşacağı kimi yozlur.

Yuxu yozmaları – V

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Vaqon - Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur. Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız. Vadi - Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir. Vaiz - Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir. Vaz geçmək - Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.

Yuxu yozmaları – R

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Radio, teleqraf - Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq - təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək - çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək - işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir. Razılığa gəlmək - yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək - mal və pul itkisinə işarədir. Raket - həyatda böyük uğurlar qazanacaqsınız. Rakı (içki) - ağır xəstəliyə yozulur. Ramazan ayı - ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.

Yuxu yozmaları – P

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Padişah - Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa - xoşbəxt ailə quracaqsiniz, evlisinizsə - yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır. Pazı(Çuğundur) yarpağı - xeyirli ruzi anlamindadır. Təmizləmədən bu pencəri yemək - borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə; qadın üçün - heysiyyət və şərəfinə toxunan sözlərə işarədir. Paya(Dirək) - Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir. Payız şumu - Röyada payız şumuna qoyulmuş torpaq görmək - istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir. Payızgülü(Xrizantema) - Röyada payızgülü görmək - bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.

Yuxu yozmaları – O

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Obyektiv (fotoaparatda) - yuxuda fotoaparat obyektivi görən adama nəzər dəyəcək, o, bəd nəzərlər altındadır. Ov nizəsi - yuxuda ov nizəsi ilə bir heyvanı yaralamaq - gəlirli bir işə girişib, bol pul qazanacağınıza işarədir. Ov iti - işlərinizin tezliklə düzələciyinə işarədir. Ovalıq (vadi) - röyada göz işlədikcə uzanan geniş bir ovalıq görmək - gənc bir qız üçün bu röya, sakit və rahat keçməyəcək bir ailə həyatına yozulur. Ovsun - röyada birisinin ovsunlandığını, sehirləndiyini görmək- bu yuxu kişilər üçün dostluqda hansısa bir sui istifadə halının üzə çıxacağını, ərə getməmiş qadın üçün sevgilisinin əlindən alınma təhlükəsinə, evli bir qadın üçün isə böyük bir sirrə ortaq olacağı anlamına gəlir. Oğlaq -röyada oğlaq uşağa yozulur. Boğazlanmış oğlaq görənin uşağı ölər.Bir oğlaq sahibi olduğunu görmək- uşağınız olacaq deməkdir. Yemək üçün oğlaq kəsmək- uşağınıza səbəb əlinizə sərvət keçəcəkdir. Oğlan uşağı - yuxuda oğlan uşağı görmək - etibarlı dostlarınızın olduğuna, bütün hərəkətlərinizin hamı tərəfindən qayğıyla qarşılandığına yozulur.

Yuxu yozmaları – N

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Nağıl - röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur. Naz- qəmzə - qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır. Nalbənd - yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər. Nalça (nal)- qazanca və şad xəbərə işarə sayılır. Namaz qılmaq - röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.

Yuxu yozmaları – J

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Jaluzi - Röyada taxta pəncərə pərdəsi - jaluzi görmək - yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır. Jandarma - Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır. Jambon (vetçina, donuz budu) - röyada jambon görmək və ya yemək - qərbli yuxu yozucularına görə, zənginliyə, var-dövlətə əlamət sayılır. Şərqin müsəlman yozucuları isə bu cür yuxuları xeyrə yozmur, uğursuzluq olaraq qəbul edirlər.

Pin It on Pinterest