Sirlərlə dolu qadın dünyası

Author: Fuad Muxtarov

Məşhurlar

Azərbaycanın birinci xanımı

Faydalı olar

Vişnə suyu yuxusuzluğu aradan qaldırır

Alimlər vişnə suyunun yuxusuzluq problemini həll etdiyini bildirib. İtaliyanın La Stampa qəzetində yayımlanan xəbərə görə, Pensylvania ve Rochester Universitetlərinin alimləri, yuxusuzluqdan əziyyət  çəkən 15 nəfərə 2 həftə ərzində səhər və axşam təqribən 227 qram vişnə suyu verib. Mütəxəssislər, daha sonrakı iki həftə boyunca isə iştirakçılara digər meyvə sularını içməyi təklif edib.
Həkim məsləhəti

Düzgün qidalanma qaydası

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığı altında başlayırdı, məqalənin müəllifi isə öz sahəsində kifayət qədər tanınmış Doktor Androlog-Urolog Eldar İbrahimzadə idi. Qeyd edim ki, Doktor məqaləsində hər hansı bir pəhriz formulası verməmişdi, sadəcə qidalanma prosesini açıq aydın sadalayır və nəyin nə ilə yeyilməsinin daha məqsədə uyğun olduğunu bildirir. Məqlədə göstərilən qaydalara 40 gün ərzində əməl etdim və nəticədə 14 kq arıqladım. Fikirləşdim oxuçular üçün maraqlı olar və bu məqaləni rus-dilindən tərcümə edib sizlərə təqdim edirəm.
Faydalı olar

Qadınların bəyəndiyi 10 ən yaxşı maşın

Ümumiyyətlə, avtomobil dünyasında qadın avtomobili deyilən bir anlayış yoxdur. İstehsalçılar avtomobil istehsal edərkən onu qadın və ya kişiyə uyğunlaşdırıb ayrıca avto kimi istehsal etmirlər. Amma, istənilən qadın avtomobili ilk baxışdan seçir və  başa düşür  ki, bu onlara lazım olan modeldir. Onun sükanı arxasında heç oturmasa belə, qadına aid modeli asanlıqla seçir. Qadın avtomobili necə olmalıdır? Onların fikirincə ilk növədə  rahat, cazibəli, qənaətcil, təhlükəsiz və güvənilir olmalıdır. Ölçüləri böyük olmamalıdır. Qırmızı və ya ağ rəngdə  avtomobillərə üstünlük verilir.
Faydalı olar

Qan qrupu xasiyyəti müəyyənləşdirir

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Faydalı olar

Şəxsiyyət vəsiqəsini dəyişmək üçün nə lazımdır?

Şəxsiyyət vəsiqəsini dəyişməyin səbəbi müxtəlif ola bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin  onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi  vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğunuz ərazinin Rayon Polis İdarəsində (RPİ-də) dəyişdirilir.  Toplanmış lazımı sənədlər RPİ-ə təqdim olunur. Bu sənədlər aşağıdakılardır:
Faydalı olar

10 ən məhşur brilyant

Brilyant almazın emalından sonra əmələ gəlir. Dünyada almaz əsasən   Bostvana, Avstraliya, Rusiya, CAR, Anqola, Konqa, Kanada, Namibiya, Braziliya, Çin və s. ölkələrdə xammal şəklində hasil olunur. İndiyə qədər tapılan ən böyük almaz Kullian almazıdır. O 3106 karat olmuşdur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu brilyant Cənubi Afrikda 1905-ci ildə tapılmışdır. Kullianı həm də "Afrikanın ulduzu" kimi də tanıyırlar. Dünyada elə brilyantlar möcuddur ki, onlar tarixdə buraxdıqları izlərə görə çox məşhurdurlar. Onlar aşağıdakılardır:
Faydalı olar

Brilyant haqda bilmədikləriniz

Brilyant təbii qiymətli daşdır. O zinət əşyası kimi uzun müddətdir ki, istifadə olunur. Brilyant fransız dilindən tərcumədə "parıltı" mənasını verir. Təbiətdə brilyant hazır formada olmur. O  təbii parıltısını maksimal dərəcədə saxlamaq şərti ilə almazın müəyyən emal prosesindən sonra  əmələ gəlir. Brilyantı 4 xüsusiyyətinə görə qiymətləndirirlər:
Faydalı olar

Qızılı neçə seçmək lazımdır

Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür. Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır?
İşguzar qadın

Peşəsi – Evdar Qadın

Evdar - bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik...Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə.... Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır. Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Məşhurlar

Aygün Kazımova

Kazımova Aygün Ələsgər qızı 26 yanvar 1971-ci (Qaban ili) ildə Bakı şəhəri Nizami rayonu 1 nömrəli doğum evində (Dolça bürcü altında) dünyaya gəlmişdir. Ailənin dördüncü - sonuncu övladıdır. Dünyaya gəlməsi planlaşdırılmayan Aygün 7 aylığında ikən vaxtsız doğulub. Atası Ələsgər bəy doğum evinə heç Aygünü götürməyə belə getməyib. Onu evə anası Fizzə xanım və nənəsi birgə gətirib. İlk günlər acığından Aygünün üzünə belə baxmayan atası bir gün ötəri olaraq körpə Aygünün gül üzünə baxır və həyəcan keçirir .Çünki körpə Aygünün Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox bənzədiyini görür...Həmin gündən atası balaca Aygünü “əlinin içində” saxlamağa başlayır, onun bütün istəklərini yerinə yetirir və onu çox ərköyün böyüdür.
Dişlərə qulluq

Dişlərin sağlamlığı niyə bu qədər vacibdir

Dişləri sağlam saxlamaq vacib məsələlərdən biridir. Axı  dişlərin xarab olması ümumi sağlamlığımıza pis təsir göstərir.  Sual ola bilər nəyə görə dişləri sağlam saxlamaq bu qədər vacibdir. Cavab, orqanizimdə bütün orqanlar bir-biri ilə əlaqəlidir. Sizin dişlərinizdə problem olduqda, qida yaxşı ceynəlinmədiyinə görə  həzm prosesi  pozulur. Həzm prosesinin pozulmsı isə öz növbəsində qan dövranının zəiflədir. Nəticədə, biz özümüzü narahat hiss edirik və müxtəlif xəstəliklərə qarşı imunitetimiz zəifləyir.
Sağlamlıq

iPod – un səsinin gurluğuna məhdudiyyət qoyulacaq

Əksəriyyətimizin əvəz olunmaz aksesuarına çevrilən məşhur iPod və digər  musiqi  playerlərinin səsinin gurluğuna məhdudiyyət qoyulacaq. Musiqi və audio kitabları dinləməyə adət etdiyimiz bu avadanlıqlar sən demə eşitmə orqanlarının zəifləməsinə səbəb olurmuş. BBC.co.uk -nın verdiyi məlumata görə yaxın zamanlarda Avropa Birliyi ərazisində satılan iPod və digər musiqi dinləyicilərinin səsinin gurluğuna məhdudiyyət qoyulacaq.  Avrokomissiya yeni standartlar qəbul edib. Belə ki,

Pin It on Pinterest