Azerilady.com Rss

Yuxu yozmaları – K

Müəllif : Fuad Muxtarov | Yuxu yozmaları | 28-10-2009 | Oxunub: 248,545

0

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

KABAB-Röyada kabab görmək-ruzi, güzəran müjdəsidir. Bişməmiş kabab-röya sahibinin cocuğu tərəfindən gələcək bir tasaya, üzüntüyə yozulur. Qızarmış yağlı quzu kababı-çoxlu var-dövlətə; quzu arıqdırsa-az mala, sıxıntı və çətinliklə əldə ediləcək ruziyə işarədir. Yuxuda quzu kababı yemək-övladının qazanc və mənfəətindən röya sahibinin güzəranı yaxşılaşacaq. Sığır kababı-qorxaq adam üçün əmniyyət , iman; hamilə qadın üçün-oğlan uşağı ilə müjdələnir. Mal və dana ətindən kabab-ucuzluğa və bolluğa işarədir. Oğlaq kababı-oğlan uşağını ifadə edir. Erkək dəvə ətindən kabab yeyən adamın oğlu olacaq. Dəvənin budlarından tutulmuş kabab-röya sahibinin qüvvətli və qüdrətli olacağına, ölüm təhlükəsindən qurtulacağına yozulur. Quş ətindən kabab yemək-bir qadından hiylə və fitnəylə gələcək haram mala; yetginləşməmiş quş ətindən kabab yemək isə o qadının şərəfli, hörmətli olacağına, eyni zamanda, zülmə, zəhmət və çətinliklə əldə ediləcək mala yozulur. Bütün heyvanların bud ətindən tutulmuş kabab-sıxıntıya, qəmə, kədərə və qadına işarədir. Kabab satın almaq-bir nəfəri pulla tutub öz işinizi gördürəcəksiniz. Dişi qoyun ətindən kabab yemək-röya sahibinin arvadı,anası, yaxud ailə üzvlərindən biri xəstələnəcəkdir.

KABARE-Birisinin röyada kabareyə getdiyini görməsi-röya sahibinin mənasız bir məsələ üstündə yaxın dostu ilə arası dəyəcək, münasibətləri pozulacaq.

KAĞIZ-Röyada insanın kağıza yazı yazması-bir şeyi aşkar etməyə işarə sayılır. Yuxuda kağız, bəzi yozumlara görə, üzüntülü, kədərli adamı, yaxud hidayətə yetən və ya üzüntüdən, kədərdən qurtulan kimsəni ifadə edir. Bir adam röyasında əlində kağız görərsə, onun ehtiyacı təmin ediləcək, işi görüləcək. Kağızşılıqla məşğul olan adamı yuxuda görmək-insanlara hiylə öyrədən və ya hiyləgərliyə yardım edən kimsələrə işarədir.

KADAYIF (qənnadı növü)-Xoş xəbərə, toy-düyünə yozulur.

KAZİNO-Röyada bir kazinoda oturub əylənmək-bütün cəhdlərə baxmayaraq,ruhi və mənəvi rahatlığı saxlamağın mümkünsüzlüyünə yozulur. Kazinoda dava-dalaş salmaq da yaxşı röya sayılmır.

KAYUT-Röyada gəmi kayutu görmək-dost zənn etdiyiniz bir adamdan gözləmədiyiniz halda xəyanət görəcəksiniz. Kayut xidmətçisi-yoxsul adam üçün bu röya var-dövlətə yozulur.

KAMANÇA-Kamança ilə ilgili yuxular işlərinizdə tələsmək lazım olduğunu göstərir.

KAMELİYA ÇİÇƏYİ-Uğurlu bir eşq macərasının xəbərçisi kimi yozulur.

KANAL VƏ YA SU SƏDDİ-Röyada içi su dolu bir kanalın kənarıyla yerimək-həyatınızda çox önəmli bir an yaxınlaşmaqdadır. Gündüz vaxtıdırsa və su da təmizdirsə-fərəhə, əmin-amanlığa qovuşacaqsınız. Gecədirsə və su bulanıq axırsa-bir müddət çətinliklərlə qarşılaşacaqsınız.

KANAT-Gəlirli bir işə ortaq olacaqsınız.

KARAMEL-Röyada bir qutu karamel almaq-qadın üçün özündən xeyli yaşlı bir kişi tərəfindən seviləcəyinə; kişi üçün isə maddi vəziyyətinin düzələcəyinə işarədir. Karamel yemək-evinizə və ya işinizdə kəsgin problemlə qarşılaşacağınızı göstərir. Karamel hazırlamaq-başınızdan dadlı bir eşq macərası keçəcəkdir.

KARVAN-Yuxuda karvan görmək-uzaq bir yerdən çoxlu qonaqlarınız gələcək.

KARVANSARAY-Karvansarayla ilgili bütün röyalar-karvansarayda qalmaq, orda çalışmaq, karvansaray sahibi olmaq və s.-xeyrə yozulan yuxulardandır. Zehni, mənəvi, sosial, tibbi baxımdan təmin olunmuş bir halda yaşayacağınız anlamına gəlir.

KARİKATURA-Röyada karikatura görmək-yaxın vaxtlarda könülaçan bir xəbər alacaq və ünlü bir adamla dostluq quracaqsınız.

KARLIQ-Röyada kar olduğunuzu görmək-xeyrə yozulmur,o günlərdə bir haram iş tutacağınıza işarə sayılır.

KARTON-Rəsmə həvəs göstərdiyiniz təqdirdə gələcəkdə məşhur bir rəssam olacağınızı xəbər verir.

KARTOF-Yuxuda kartof-sərvət, nemət, şöhrət, sevinc və könül rahatlığı deməkdir. Çeşidli yozumlarla açıqlanır: Kartof soymaq-qismət və arzu olunan muraddır. Kartof əkmək-yeni və qazanclı bir işə başlayacaqsınız. Kartof almaq və ya tapmaq-ümid edilməyən bir yedən xeyli pul alacağınıza işarədir. Kartof satmaq-zərərə düşəcəksiniz.

KASA-Röyada kasa belə yozulur: Dolu kasa-qismətdir. Boş kasa-üzüntüdür. Qızıl və ya gümüş kasa-bol qazanc və işdə uğurların artmasıdır. Kasadan bir şey içmək-bir eşq xəbəridir. Kasadan yerə su tökmək-pul itgisidir. Kasa ilə içgi içmək-eşqdə üzüntü və itgidir.

KASKAT (kepqa)-Yaxşı bir iş təklifi alacağınıza yozulur.

KASSA (daxıl)-Əlinizə ya çoxlu pul gələcək, ya da əlinizdən çoxlu pul çıxacaqdır.

KATİB (mirzə)-Röyada katib-hiyləgər bir kimsədir. Katib yazısını çirkin yazsa-tövbə edərək başqasına hiylə gəlməkdən çəkinər. Yuxuda özünü yaxşı bir katib kimi görmək-röya sahibi başqa birisinin işindən dolayı suçlanacaq və bu səbəbdən çox sıxıntılar çəkəcək, heç bir fayda görməyəcəkdir. Xəstələr üçün bu röya ölümə yozulur. Katib yuxuda, eyni zamanda, qadın dərzisinə də işarə sayılır. Əkinçilər üçün mirzənin qələmi-onların kotanıdır. Röyada dövlət başçısının katiblərini görmək, yaxud onların yerində özünü görmək-işinizdə yüksələcəksiniz.

KAUÇUK-Üzüntülü günlərin başlayacağını xəbər verir.

KAFİR-Allahin birliyini və kitablarını danan kafirdir. Yuxuda kafir görmək-düşmənə yozulur. İxtiyar, yaşlı kafir görmək-kinli və əski bir düşməni ifadə edir. Röyada kafir ilə birlikdə bir cariyə görmək-gizli şeylərə və sevincə işarədir. Bir kimsə röyada kafir olduğunu və önündə bal olduğu halda, yemədiyini görərsə, o adam Allahın peyğəmbərini inkar edəndir. Kafir olduğunu və küfründən dönmədiyini görən adam öldürülür. Röya sahibi əkinçi isə, tarlasına toxum əkib-səpməklə məşğuldur.

KAFTAN-Yuxuda ipək atlasdan kaftan görmək-güc və yardıma yozulur. Əbrişim, yun və ipək işləməli atlas kaftan görmək-kaftanın dəyəri nisbətində yatişəcəyiniz sərvəti və səadəti ifadə edir. Geyilmiş kaftan görmək-işinizdəki sıxıntı və tasadan qurtulacağınıza və uzun ömrə yozulur.

KAFTAR (goreşən)-Röyada görülən kaftar çox zalım bir düşmənə yozulur. Belə düşmənə qarşı ayıq olmaq gərəkdir. Dişi kaftar əti yemək-sehrbaz bir qadına işarədir. Dişi kaftarı minmək-bir qadınla izdivaca yozulur. Bu röya əsil-nəsəbsiz bir adamın arvadına işarə olmaqla hiyləgər bir kimsəni də ifadə edir. Erkək kaftarı minmək-hökmdar və dövlət başqanlığına qovuşmağa, sorli işlərin üstünü açmağa işarə sayılır.

KAFUR (kamfora)-Yuxuda dərman kimi istifadə edilən kafur görmək-yüksəliş və zənginliyə, şərəfə, ləyaqətə yozulur. Röya sahibinin yaşayışının yaxşı olduğuna, sədəqəyə və uşaq doğulacağına da işarə sayılır. Kafuru həyat və ya ölümlə ilgili olaraq görmək-xoş davranışlı gözəl işlər görən adamlara yozulur.

KAHİN-Röyada kahin görmək-əskidən ilişginiz olan bir adamla yenidən qarşılaşıb əlaqə yaradacağınıza və dadlı eşq günləri yaşayacağınıza yozulur.

KEFAL BALIĞI-Xeyrə yozulur, bir xəstəliyin qısa zaman içində yaxşılaşacağını göstərir.

KEÇƏ-Röyada keçə paltar geymək-get-gedə yoxsulluq üz verəcəyini, kədərli və üzüntülü günlərin yaxınlaşdığını bildirir. Rəngli keçə-xeyir xəbərə yozulur. Yırtıq keçə-yaxın gələcəkdə var-dövlət sahibi olacağınızı göstərir.

KEÇƏL-Röyada keçəl adam görmək-axır zamanlar ətrafınızdakı adamları çox üzməkdə olduğunuza işarədir.

KAŞİKÇİ GƏMİSİ-Röyada kiçik keşikçi gəmisi görən adam çoxdan gözlədiyi bir məktuba qovuşacaqdır.

KƏ`BƏ-Ən gözəl röyalardan sayılır. Yuxuda Kə`bəni görən qadındırsa, böyük bir mövqe sahibi tərəfindən evlənmək təklifi alacaq. Röyada Kə`bə-görüləcək xeyirli bir işin müjdəçisidir, yuxuda röya sahibi ürəyindən keçən pis bir əməldən sakınacaq. Röyada Kə`bəyə girən adam hökmdar hüzuruna çıxar. Kə`bədən bir şey aldığını görən kimsə hökmdardan birşey alar. Kə`bədə namaz qıldığını görmək-bir başkan və ya imamdan qüvvət almağa, düşmənlərinbədxahlığından qurtarmağa və xeyrə qovuşmağa yozulur. Kə`bəyə gedib orda həcc mərasimiylə bağlı bir iş görmək-din vəzifə borclarından çıxmaq üçün səy göstərmək, çalışmaq lazımdır. Kə`bənin divarlarından birinin yıxıldığını görmək-hökdarın öləcəyini xəbər verir. Məkkədə bir vəzifəyə təyin edildiyini görmək-dini işlərlə ilgili bir vəzifə anlamına gəlir. Məkkədə ölülər arasında olduğunu və sorğu-suala tutulduğunu görən adam şəhid olacaq. Röyada Kə`bənin üstündə namaz qılan şəxs dinini dəyişdirəcək. Röyada mələklərin göydən endiyini və Kə`bəni təməlindən qaldırıb başqa bir şəhərə qoyduqlarını görmək-o yerdə fitnəkarlıq olacaq. Kə`bədə bir xəta işləndiyini görən kimsə günahkar adamların yoluna qədəm qoyub. Çeşidli yozumlara görə, Kə`bə-cənnəti, İmamı, Qur`anı, sünnəti, alim bir adamı, ata və ana kimi övladlarını haqq yoluna, hidayətə çağıran kimsələri ifadə edir. Yuxuda öz evinin Kə`bə olduğunu görmək-bu röya o adamın elmini və görduyu işdən dolayı qapısının qələbəlik olacağını göstərir. Röya sahibi kölə isə, azad olacaq. Röyada Kə`bəni təvaf etdiyini (dörd dolandığını) görən adam bir alimin, ibadət əhli bir kimsənin, valideyinlərinin, arvadının, yaxud əsilzadə bir şəxsin qulluğunda duracaq.

KƏ`BƏDƏ MÜQƏDDƏS “QARA DAŞI” GÖRMƏK-Bu röyanı görən adamın bütün diləkləri yerinə yetəcək, tay-tuşu arasında həsəd doğuracaq uğurlar qazanacaqdır.

KƏVƏR-Yuxuda kəvər-kor və kar bir adam tərəfindən gələcək ruziyə işarə sayılır. Kəvər yemək-haqsızlığa, zülmə, haram mal yeməyə əlamətdir. Kəvəri bişirib yemək-tövbəyə, haram maldan imtinaya yozulur. Kəvər almaq-röya sahibi söylədiyi bir sözün peşmançılığını çəkəcəkdir.

KƏKOY (pəltək adam)-Röyada pəltək adam görmək-uşağınız olacağına yozulur.

KƏKOTU-Bu günün işinin sabaha qoyulmaması gərəkliyini göstərir.

KƏLBƏTİN-Yuxuda kəlbətin görən adamqüsurlu davranışları səbəbindən sıxıntı işinə düşəcəkdir.

KƏLƏ-KÖTÜR BİR ŞEY-Röyada kələ-kötür bir şey görmək-gələcəyiniz çox parlaq olacaq, girişəcəyininz işlər yaxşı sonluqla bitəcək, mənfəətiniz artacaq, xoş xəbərlər alacaqsınız.

KƏLƏM-Röyada kələm yeməyi görmək-gələcəkdə çox xoşbəxt həyat sürəcəksiniz.

KƏLLƏ-PAÇA-Əti yeyilən heyvanların kəllə-paçasını yuxuda görən adamın güzəranı yaxşı, qazancı bol olar.

KƏMƏR-Sıxıntıya yozulur.

KƏND-Yuxuda kənd görmək-zülmü, ölüm-itimi ifadə edir. Röyada qurulu, abad bir kəndə girdiyini görən adam bir kimsəylə qovğaya girişəcək və ya onu öldürəcək. Kənddən bir itin getdiyini görmək-yüksək pul müqabilində əskik bir işi gözəl sayıb, sonra peşman olmağa yozulur. Xaraba və torpaqları əkin-biçinsiz kənd görmək-o kəndin camaatı pis yoldadır. Barlı-bərəli, firəvan yerlər isə-dinin sağlamlığına və tövbəyə işarədir. Sel və ya yanğın fəlakətinə uğramış kəndliləri yuxuda görmək-o kəndin camaatı dövlət rəhbərinin zülmünə məruz qalacaq. Kənddən çıxıb şəhərə getdiyini görən adam sıxıntılardan qurtularaq rahatlığa, qorxudan əmniyyətə qovuçacaq. Bir şəhərdən kəndə getmək isə-rahatlıqdan sıxıntıya və məşəqqətə düşüləcəyinə yozulur. Röyada görülən kənd qarışqa yuvasını, qarışqa yuvası da kəndi ifadə edir.

KƏND MOLLASI-Kənd mollasını yuxuda görmək-qısa müddətdə əməllərinizə qovuşacaqsınız.

KƏNDİR (çatı)-Qara xəbərə əlamətdir.

KƏNDİRBAZ-Yuxuda kəndirbaz görən adamınmaraq və həvəs göstərdiyi peşəsində,sənətində gözəl uğurlar və şöhrət qazanacağına şübhə edilməz.

KƏPƏK-Pul baxımından böyük qazanc əldə edəcəyinə yozulur.

KƏPƏNƏK-Yuxuda kəpənək-röya sahibinin çox həssas ruhlu və sənətkar yaradılışlı bir adam olduğunu göstərir.

KƏRƏ YAĞI-Röyada kərə yağı görmək-faydalı elmə,şübhədən uzaq olmağa, bəzən də bəyənilən bir qadına yozulur. Çeşidli yozumlara görə, kərə yağı-dava-dərmana, mala, taxıla, qazanca; çətinlik içində yaşayan adam üçün-bolluğa və ucuzluğa işarə sayılır. Yuxuda yağ yediyini görən xəstə şəfa tapacaq.

KƏRKƏS QUŞU-Axmaqlıqla, idiotluğa işarədir. Adətən burnu iri olanlar belə yuxu görürlər. Yuxuda kərkəs quşuna çevrildiyini görən adamı güclü bir dava-dalaş gözləyir. Xəstə olan evinə kərkəs quşu gəldiyini görərsə-evlərdən iraq, çox pis şeyə-ölümə yozulur. Ölü kərkəs quşu-yamanlığın, şər işlərin keçib gedəcəyinə, yox olacağına işarədir.

KƏRPİC-Yuxuda kərpic və ya kərpicdən tikilmiş ev görmək-qız övladınız doğulacağını xəbər verir.

KƏRTƏNKƏLƏ-Böhtançı və fitnəkar adama işarə sayılır.

KƏSKİ (tiyə)-Röyada bir kəski aləti görmək-önəmli bir qərar ərəfəsində olduğunuzu göstərir.

KƏTAN (çətənə)-Pis xəbər əlamətidir.

KƏTİL (taburet)-Səfər xəbəri olaraq yozulur.

KƏFƏN-Bir doğum, ya da ölüm xəbəri kimi yozulur.

KƏFKİR-Qısa vaxt ərzindəsıxıntılardan qurtulacağınıza işarə olaraq qəbul edilir.

KİBRİT-Röyada yanan kibrit görən cavan oğlan onu xoşbəxtliyə çatdıracaq yaxşı qazanclı yeni bir işə girəcək. Orta yaşlı kişi üçün bu röya-başqalarının səbəb olacağı qovğaya; subay qız üçün-ani və xoşbəxt evlənməyə; evli qadın üçün-ailədə bəzi narazılıqlara yozulur.

KİLİD-Röyada düşmən ehtimalı ilə qapını kilidləmək-həyatda hər kəsdən şübhələnməyə və bu pis xasiyyətdən vaz geçməyin gərəkliyinə yozulur. Yoxsa, ən yaxın dostları belə hirsləndirib özünüzdən incik sala bilərsiniz. Qapının üzünə bağlandığını və bir müddət beləcə içəridə qaldığını görən adam yüngül bir xəstəlik keçirəcək. Röyada kilid açmaq-üzüntüdən, kədərdən qurtulmağa; kilid bağlamaq-kədərə işarə sayılır.

KİLİM-Röyada kilim-geyimə, bürüncəyə işarədir. Qış mövsümü yuxuda kilim görmək, daha xoş və daha faydalı röya hesab edilir. Bir kimsənin yuxuda belinə kilim salması, yaxud kilimə bürünməsi-bu vəziyyət röya sahibinin adət etdiyi hallardan deyilsə, onun yoxsulluğu,başqasına möhtac olması kimi açıqlanır.

KİLSƏ-Yuxuda kilsə görmək-bilik və davranış, ibadət, qorxu, ağlamaq, kədər, qussə anlamına gəlir. Kilsə-Boş, mənasız şeylərə, qovğaya, zülmə, oyun və əyləncəyə,içkiyə, qadına, zalım hakimə də yozulur. Röyada kilsəyə girdiyini görən adam subaydırsa-evlənəcək, yaxud uşağı olacaq. Bu yuxu, eyni zamanda, doğru yoldan sapmağa da işarə sayılır. Kilsədə namaz qıldığını görmək-röya sahibi bir qəbri ziyarət edərkən, yaxud cənazə namazı vaxtı qorxacaq. Yuxuda kilsənin içində ölü görmək-o ölünün günahkar kimsələrlə birlikdə cəhənnəmdə əzab çəkdiyinə yozulur. Kilsədə xristian ainini icra etdiyini yuxuda görən adam günah işləyəcək.

KİMYAGƏR-Röyada kimyagər görmək-işlərinizin qarışıq duruma düşəcəyinə və gərəksiz yerə əlinizdən pul çıxacağına yozulur.

KİNƏ-Acı xəbərə yozulur.

KİNƏ AĞACI-Bir dostunuzun sizə yardım edəcəyi anlamına gəlir.

KİRƏ (kirəçilik)-Röyada hər hansı bir şeyin kirə haqqını ödəmək-əziz bir dostunuzdan ayrılacağınıza işarədir. Başqa birisinin yuxuda sizə kirə haqqı ödədiyini görmək-Çoxdan gözləmədiyiniz bir adamı və ya bir yeri yenidən görəcəksiniz.

KİRƏÇ-Hisslərinizin qarşılıqlı olacağı anlamına gəlir. Kirəç məhlulu-sıxıntıların sona yetəcəyinə işarədir.

KİRƏMİT-Tasa, qayğı və kədər anlamına gəlir.

KİRPİ-Yuxuda kirpi görmək-həyatınızda yeni bir dövr başlayacaq, mühüm qərarlar qəbul edəcək və bu qərarları uğurla həyata keçirəcəksiniz. Düşmən şərindən qorunacaqsınız.

KİSƏ-Röyada xırda pul kisəsi-insanın bədəninə işarədir. Boş kisə-röya sahibinin ölümünə yozulur. Bir kimsə yuxuda belində bir kisə olduğunu görərsə, bu, o adamın həyatda faydalandığı biliklərə yiyələnmiş olduğuna işarədir. Kisənin içindəki xırda pullar qırıq və ya əzik-üzük görülərsə, bu röya biliyin az olduğunu və yuxu görənin yenidən dərs alması gərəkliyini göstərir. Kisə insanın sirrinə işarə olub, yuxuda başaşağı çevrilərsə və içindən pullar tökülərsə, bu, röya sahibinin sirrinin yayılacağını xəbər verir. Cüzdanın (kisənin) deşilməsi və pulların tökülməsi xeyrə yozulmur. Kisə, eyni zamanda, röya sahibinin sahib olduğu şeylərə və qəlb anlamına da gəlir.

KİTAB-Röyada kitab-qüvvətə və yüksəlişə işarə sayılır. Kitab açıqsa-məşhur bir xəbər anlamına gəlir. Orta yaşlı kişilərin yuxuda kitab görmələri qeyri-adi bir kəşfə yozulur. Gənc qadın üçün-bu röya-secdiyi peşəsində uğur qazanacağını və yüksələcəyini; daha yaşlı qadınlar üçün isə rahat, sakit, xoşbəxt bir gələcəyi xəbər verir. Yuxuda kitabı örtülü, qapalı görmək-gizli xəbərdir. Oğlan uşağının əlində kitab görmək-müjdədir. Bir kimsə yuxuda kitabı cırdığını və ya kəsdiyini görərsə, o adam üzüntü və kədərdən, pisliklərdən qurtularaq xeyrə qovuşacaq. Göydən özünə kitab endiyini görən adam kitab əhlidir. Yaxud kitabda xeyir yazılıbsa xeyri, şər yazılıbsa şəri ifadə edir.

KİTABXANA-Röyada ümumi kitabxana görmək-uğursuzluq ucbatından işinizi tərk edəcəksiniz. Şəxsi bir kitab evini yuxuda görmək-röya sahibinin ona yaxşı bir mövqe təmin edəcək bir imtahan və ya müsabiqədən uğurla çıxacağını xəbər verir.

KİF-Röyada kif görmək-illərdən bəri qarşılaşmadığınız bir dostunuzla təsadüfən rastlaşacaq və onunla birlikdə xeyirli bir işə başlayacaqsınız.

KİŞİ (cavan oğlan)-Cavan oğlanın gözəl bir gənci yuxuda görməsi-düşmənlərin hamısını yenəcək, məğlub edəcəkdir. Ayəti-cəliləyə görə, İbrahim peyğəmbər daş və heykəllərə tapınan düşmənləriylə savaşda onları nece yenib aciz hala gətirmişsə, cavan oğlan da ona zülm edən, düşmən olan kəslərə eləcə üstün gəlib öcünü alacaqdır. Yuxuda gözəl, gənc bir dəliqanlı görmək, bəzən də ürəkaçan xoş işlərə və ya ehtiyaclardan qurtulmağa işarə sayılır. Cavan oğlanın gözoxşayan taxıl tarlası görməsi-üzündə və bədənində bitəcək tüklərdən, saç-saqqaldam hamı hürküb qorxuya düşəcək. Yuxuda gənc bir adamla oynamaq-hiylə və fəsada yozulur. Röya sahibi hərəkətlərini, davranışını ölçüb-biçməlidir.

KİŞİ CİNSİYYƏT ÜZVÜ-Bacarıqla bir övlad sahibi olacağınıza və uzun ömrə işarə sayılır. Ağrıması-çox sevdiyiniz bir yaxınınızı əbədilik itirməyə yozulur. Kəsilmiş olması-xəstələr üçün ölümü, sağlam adamlar üçün malının-pulunun gedəcəyini ifadə edir. Bir qadınla münasibətdə olduğunu görmək-övladınız dünyaya gələcək. Yox olduğunu görmək-ətrafınızı bədniyyət adamların sarmış olduğunu göstərir.

KAFUŞ (oyuq)-Son zamanlar boş işlərlə məşğul olduğunuzu göstərir.

KOLBASA-Yuxuda kolbasa yemək-rahat həyata qovuşacağınıza işarədir.

KOL-KOS (ağaclıq)-Röyada gözəl, yaşıl bir ağaclıqda gəzmək-röya sahiobi romantik bir həyat keçirəcək.

KOMA-Röyada özünü bir komada və ya bağ evində görmək-sizi məmnun edəcək bir qonağınız gələcək, yaxud bəzi xırda-para işləriniz bir müddət yaxşı gedəcəkdir. Qadın üçün bu yuxu-gözəl bir sürprizə, hədiyyəyə sahib olacağına işarədir.

KOMANDİR (zabit)-Yaxın günlərəd şan-şöhrət və etibar sahibi olacağınıza yozulur.

KOMİK (gülməli) BİR ŞEY-Xoşbəxtlik müjdəsidir.

KOMİSSAR-Gələcəkdə yüksək mövqelər qazanacağınıza işarədir.

KOMİSSİYA-Bu cür röyalar iş həyatınızda uğur qapıları açılacaq deməkdir.

KOMPOT-Röyada kompot içmək-dadlı günlərin keşiyində olduğunuza yozulur.

KONQRES (qurultay)-Röyada bir konqresə (qurultaya) getdiyini görmək-yaxın vaxtlarda sürprizli bir xəbər alacaqsınız.

KONDUKTOR-Nəqliyyat vasitələrində çalışan konduktoru röyada görmək və ya onunla söhbət etmək-kişilər üçün-işdə bir sıra çətinliklərin olacağına; qadınlar üçün-başqasının hərəkətlərini izləyən bir adama işarə sayılır. Özünün konduktor olduğunu görmək-kişilər üçün sonunda peşmançılıq olacaq bir həyata; evlənməmiş qadınlar üçün-sonu o qədər də dəyərli olmayan nişanlanmaya; evli qadınlar üçün-bacarmadığı bir işi öz üzərinə götürəcəyinə yozulur.

KONKİDƏ SÜRÜŞMƏK-Ay işığında buz üstündə konkidə sürüşmək-çox maraqlı röyalardandır, səadət, fərəh, gözəl bəxt anlamındadır. Gündüz vaxtı konkidə sürüşmək-bir sıra şətinliklərə və üzüntüyə yozulur. Buz üstündə sadəcə sürüşmək-həyatda ani yüksəlməyə; qrup halında sürüşmək isə-sıxıntıya, pul itgisinə əlamət sayılır.

KONSERV-Yuxuda konserv görmək-işləriniz pozulacaq və çətin anlar yaşamalı olacaqsınız.

KONSERT-Yuxuda bir konsert salonunda musiqi dinləmək, mahnıya qulaq asmaq-cavan oğlan üçün-uğurlu,müştərək bir işəgirmək fürsəti əldə edəcəyinə, yaxud bir kapitalistləəlaqə yaradacağına; orta yaşlılar üçün-işlərində bəxtinin gətirəcəyinə, ailə və iş həyatında firəvanlığa və səadətə qovuşacağına; gənc qız üçün-çox sevdiyi bir ziyarətdə olacağına; yaşlı qadın üçün-qiymətli bir hədiyyə alacağına yozulur.

KONTRAKT (müqavilə)-Yuxuda müqavilə bağladığınızı görmək-birisi sizdən pul qoparacaq.

KORLUQ-İnsanın yuxusunda kor olduğunu görməsi-yaxud bir kor adama yol göstərməsi-röyanı çox vaxt olandırıcı olduğuna dəlalət edir. Belə röya görən adam lüzumsuz cəsarətdən, risqdən çəkinməlidir.Çunki onun cəsarətli və cürətli hərəkətlərindən yararlana biləcək düşmənləri vardır.

KOSA-Qara xəbərə, ölümə, ağır xəstəliyə yozulur.

KOTAN-Bolluq və bərəkət işarəsi olaraq qəbul edilir.

KÖVSƏR-Cənnət çaylarından birini adıdır. Röyada cənnətdəki kövsərdən su içdiyini görən adam kafirdirsə-müsəlmanolacaq,günahkarsa-tövbə edəcək, yaxud fitnə-fəsadçı bir qadından ona bir qazanc qalacaq.

KÖYNƏK-Röya sahibi yaxın zamanlarda zənginliyə qovuşacaq. Cırıq köynək-böyük bir sərvətə işarədir.

KÖK-Röyada bir bitki kökü görmək övlad sahibi olacağınız anlamına gəlir.

KÖKƏ-Xeyirli bir qismət anlamındadır.

KÖLGƏ-Yaz günündə röyada kölgəlik görmək-rahatlığa, bir şeydən fayadalanmağa, yaxud yüksək bir məqam sahibindən himayə görəcəyinizə yozulur. Qış günündə kölgəlik görmək-tasaya, qayğıya, kədərə, dini yasaqlara meyilli olmağa işarədir. Sərinləmək üçün kölgəyə çəkildiyini görmək-röya sahibi qayğı və tasadan qurtulacaq, qazanc əldə edəcəkdir. Qadının kölgəyə çəkilməsi-kölgə onun əridir, ərinə arxalanır, güvənir deməkdir. Əri olmayanın kölgəyə çəkilməsi-o qadın zəngin bir adama ərə gedəcəkdir. Qaynar gün istisindən kölgəyə çəkilmək-sıxıntı və qayğılardan qurtuluşu müjdələyir. Günəşə isinmək üçün kölgədən çıxmaq-yoxsulluğun daşını atmağa yozulur, çünki soyuq-kasıblıqdır.

KÖMÜR-Röyada kömür, ocaq görmək-mala-sərvətə yozulur.

KÖNÜL DARLIĞI (qüssə, kədər)-Könlün sıxılıb qərarsız olması-tövbəyə, duaya, peşmanlığa yozulur.

KÖPƏK-Röyada köpək-günahkar və hər cür pis əməlin yiyəsi olan səfeh bir adama işarədir. Köpəyin hürdüyünü görmək-o səfeh adamın həddən artıq tamahkar olduğunu göstərir.Yuxuda köpəyin sizi tutduğunu və ya cırmaqladığını görmək-kədərə və əmələ, düşməndən zərər çəkdiyinizə yozulur. Bəzən də röya sahibininxəstəliyə tutulacağı anlamına gəlir. Röyada görülən köpək zövq və səfaya düşkün bir adamı ifadə edir. Çoban köpəyinə sahib olmaq-dövlətdən gələn faydadır. Ev köpəyi-zalım bir düşməndir. Yuxusunda köpəklərlə bərabər hürdüyünü görən adam arzusuna yetişəcək. Köpəkləri öldürmək-düşmənə qalib gəlməkdir. Yuxuda görülən köpək, eyni zamanda, qızdırma xəsətliyinə də işarə sayılır. Röyada bütün cinslərdən olan köpəklər görmək-pərişan bir qövmü iadə edir. Oynatmaq və boğuşdurmaq üçün istifadə olunan köpəklər-fərəhli, zövqlü-səfalı ömür sürməyə işarədir. İtləri hirsləndirib bir-biryilə boğuşdurmaq-üzüntüyə, kədərə yozulur. Dişi köpək-bitməyən işi və yalançı ümidi ifadə edir. Röyada bir itin ona tərəf hürdüyünü görən adam bədniyyət bir adamdan qanqaraldıcı söz eşidəcək. Yuxuda it əti yemək-düşmən üzərində qələbəyə və düşməndən mal ələ keçirməyə işarədir. Ov köpəyi-qüdtər, ucalıq və ruzidir. Röaya köpək-gözətçi və uyğarlı bir adam anlamına da uyğun gəlir.

KÖRPÜ-Röyada körpü dünya nemətlərinə işarədir. Körpü üstünə çıxmaq-heyvana minməkdir. Kirəmitdən qurulmuş körpü-o yerin əhalisi zülmə məruz qalacaq, durumları pozulacaq. Çeşidi yozumlara görə, körpü-rahatlıq, arvad; kədər və sıxıntılardan qurtulmaq kimi də mənalandırılır. Körpü, eyni zamanda, zənginliyi, uzun ömrü, xəstəliyi, əhdə xilaf çıxmağı ifadə edir. Röyada küçə üzərində qurulmuş körpü görmək-körpü daş kərpic və kirəmitdən hörülmüşsə, səltənət sahibi bir adama işarə sayılır. Kiçik körpü-qapıçı və ya komandir anlamına gəlir. Yuxuda körpü olduğunu görən adam səltənət və dövlətə yetişəcək, şöhrəti və üstünlüyündən dolayı ona möhtac olacaqlar.

KÖRPÜ (gəmilərin yan alması üçün)-Röyada körpü görən adamın qəlbi çox təmizdir. O adam əgər körpüdə dayanıb qağayıları seyr edirsə və popiros çəkirsə, gözlədiyi iş gerçəkləşəcək, arvadı-uşağıyla birgə rahatlığa, firəvanlığa qovuşacaqdır. Körpüdə gəmi gözləmək isə, röya sahibinin xeyirxah bir iş tutacağına yozulur.

KÖRÜK-Röyada ağacdan körük görmək-yuxunu görən etibarını, mövqeyini itirəcək, malı-mülkü əldən gedəcək. Bir körüyə sahib olduğunu görmək-röya sahibi sənətkar və öz işini bilən adamdırsa, səltənət, vilayət yiyəsi olacaq; ləyaqəti yoxsa, xeyrə, mənfəətə çatacaq. Körüyün yanında ocaq da görülərsə, bu röya-ehtiyacların ödənəcəyinə və güzərəna, mala işarə sayılır. Əgər ocaq yanmırsa, bu yuxu sıxıntıya və kədərə yozulur. Bəzən yuxuda körük-hamilə olub, lakin uşağı saxlaya bilməyən (uşaq salan) qadını, tez inciyən və həssas bir qocanı, həbsi də ifadə edir. Dəmirçi körüyü-işlərin asanlaşacağını xəbər verir.

KÖSÖY-Şoxdan arzusunda olduğunuz bir iş axır-axırda gerçəkləşəcək və rifaha qovuşacaqsınız.

KÖÇ-Röyada ev əşyalarını bir mahaldan daha yaxşı bir yeə daşımaq-dinin yasaq saydığı şeylərdən qaçınmağa yozulur. Ev avadanlığını əvvəlki yerdən daha aşağı və pis yerə daşımaq-dini yasaqlarla, yaxud yasaq edilən işlərləuğraşmağa işarədir, yaxud pis bir şeyi yaxşı şeylə dəyişdirəcəyinizi bildirir.

KÖŞƏK-Gözləmədiyiniz bəzi adamların əleyhinizə olmazın dedi-qodu yaydığına işarə sayılır.

KRAB (balıq)-Həsədçi və bədniyyət adamlar arasına düşəcəksiniz.

KRAL-İş həyatınızda uğurlar qazanacaqsınız.

KRALİÇA-Kraliça ilə ilgili yuxular xeyrə, şan-şöhrətə və etibara yozulur.

KRAN-Kranla ilgili bütün röyalar xeyrə, bərəkətə, sağlamlığa, bolluğa, işlərin düzələcəyinə, xoş xəbərlərə yozulur.

KREDİT-Röyada bir maliyyə müəssəsindən kredit alındığını görmək-işdəki uğursuzluqların səbəbi özünüzsünüz, başqalarını günahlandırmağa haqqınız yoxdur.

KREYSER (hərb gəmisi)-Xeyirli bir xəbər alınacağına yozulur.

KREM (şokaladlı şirin qaymaq)-Yaxın bir adamınız çətin durumdadır və sizin ona yardım etməniz gərəkdir.

KUPE-Röyada kupedə səyahətə çıxmaq-bir səfər xəbəri olaraq yozulur.

KÜKÜRD-Röyada kükürd görmək-yorğunluğa və istirahət etməyin gərəkliyinə yozulur.

KÜL-Cavan oğlanın röyada kül görməsi çox xeyirlidir, yaxın günlərdə xoş və mənfəətli təkliflər alacaqdır. Orta yaşlılar üçün bu yuxu-ümidsizliyə; ərə getməmiş qız üçün-ümidsizliyə, məyusluğa; yaşlı qadın üçün-ona uğur gətirməyəcək işlərdən və bəd niyyətlərdən vaz keçməyin gərəkliyinə yozulur.

KÜLAH (papaq)-Bəxtin açılacağına işarə sayılır.

KÜLÜNG (qazma)-Əlinizə bol miqdarda pul gələcək.

KÜNCÜT-Yuxuda küncüt görmək və ya yemək-malınızın artacağına, işlərinizin düzələcəyinə əlamətdir.

KÜP-Çoxlu pul qazanacağınıza işarə sayılır.

KÜRƏK (bel)-Dəmir kürək-qulluqçuya, mənfəətli və faydalı işlərə, mala-mülkə işaərdir.

KÜRƏK (çiyin)-Yuxuda özünü enli kürəkli görən adam qüvvətli olar.

KÜRƏKƏN-Röyada zəngin bir ailəyə kürəkən olduğunu görmək-yaxın adamlarınızdan birinin nankorluğuyla qarşılaşacaqsınız. Kürəkəni yuxuda görmək-sevinc dolu xoşbəxt anlar yaşayacaqsınız.

KÜRK-Röyada kürk-zənginlik və xoşbəxtlik müjdəsidir.

KÜRSÜ-Röyada kürsü görmək-padşah tərəfindən meydana gələcək ucalığa, yaxud qadına işarə sayılır. Kürsü dəmirdəndirsə-qüvvət və yardım deməkdir. Yuxuda özünü bir kürsü üzərində oturan görmək-röya sahibi qabiliyyətli və bacarıqlıdırsa, ona valilik veriləcək. Qürbətdədirsə-vətəninə dönəcək, muradına çatacaq. Üstü örtülü kürsüdə oturmaq-böyük bir biliyə, ərmağana və pula qovuşmaqdır. Röyada kürsüdən danışmaq-rütbə sahibləri üçünyüksək mövqe, ucalıq, qadın, övlad, ev və geyimşeyləri anlamına gəlir.

KÜFTƏ-Röyada küftə görən adamın iştahası acgözlük dərəcəsindədir, bu xasiyyətindən vaz keçsin gərək.

KÜÇƏ-Yxuda küçədə dolaşaraq bir nəfəri aramaq-qrışıq bir olayla qarşılaşacaqsınız. Gecə vaxtı zil qaranlıqda küçədə gəzib-dolaşmaq-dərin bir kədər əlamətidir. Günəşli bir havada küçədə gəzməkxoşbəxt, məsud bir ömrə işarədir. Çıxılmaz və dolaşıq bir küçədə olduğunuzu görmək-bir dedi-qoduya tuş gələcsiniz. Tənha və ucqar bir küçədə dolaşmaq-üzüntüyə və kədərə yozulur.

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Bu məqaləni dostlarınla paylaş


Bu məqalə üçün şərhlər bağlıdır.