This movie requires Flash Player 9
Azerilady.com Rss

Oskar 2010-un surpriz sonucu

Müəllif : Fuad Muxtarov | Xəbərlər | 08-03-2010 | Oxunub: 795

0

Amerika kinoakademiyasının tərtib etdiyi “Oskar” mükafatının 82-ci mərasimi bu gün axşam Los-Ancelesdə  Bakı vaxtı ilə təqribən saat 3-də start götürdü.  Mərasimdə məşhur aktyorlar Stiv Martin və Alek Boldvin aparıcı kimi cixiş edirilər. Mükafatlandırma mərasimi həddən artıq maraqlı keçdi və rəngarəng alındı. Hər bir kəs Ceyms Kameronun çəkdiyi “Avatar” filimini əsas fovarit hesab etsədə, gözlənilmədən Ən yaxşı film və Ən yaxşı rejissor nominasiyasında Ketrin Biqelonun rejissoru olduğu “The Hurt Locker” filmi qalib oldu. Ketrin Biqelo ən yaxşı rejissor nominasiyasını qazanan ilk qadın rejissor kimi adını kinoakademiyanın tarixinə yazdırır. Ümumiyyətlə, bu film 6 nominasiyada qalib gələrək 3 nominasiyada qalib gələn “Avatar” filmini qabaqladı. Aşağıda bütün nominasiyalarda qaliblərin adları sadalanmışdır:

Ən yaxşı film – “The Hurt Locker”
Ən yaxşı rejissor işi – “The Hurt Locker” filminə görə Ketrin Biqelo
Ən yaxşı qadın rolu – “The Blind Side” filmində oynadığı rola görə Sandra Ballak
Ən yaxşı kişi rolu – “Crazy Heart” filmində oynadığı rola görə Cef Briges
Ən yaxşı xarici dildə film – “El secreto de sus ojos”
Ən yaxşı montaş – “The Hurt Locker”
Ən yaxşı sənədli film – “Buxta”
Ən yaxşı spec-efekt – “Avatar”
Ən yaxşı musiqi – “Up” animasiyalı filmi
Ən yaxşı operator işi – “Avatar”
Ən yaxşı səs rejissori işi – “The Hurt Locker”
Ən yaxşı səs – “The Hurt Locker”
Ən yaxşı kostyumların dizaynı – “Reina Victoria”
Ən yaxçı quruluşçu rəssam – “Avatar”
Ən yaxşı ikinci plan qadın rolu –  ”Precious” filimində roluna görə Monik
Ən yaxşı ikinci plan kişi rolu – “Inglourious Basterds” filmində roluna görə Kristoff Valc
Ən yaxşı uyğunlaşdırılmış senari –  “Precious” filimində Ceffri Fletcer
Ən yaxşı qrim“Star Trek” filmi
Ən yaxşı qısa metrajlı (oyun)“The New Tenants” filmi
Ən yaxşı qisametrajlı sənədli film“Music by Prudence” filmi
Ən yaxşı qısametrajlı multfilm“Logorama”
Ən yaxşı orijinal senari“The Hurt Locker” filminə görə Mark Boal
Filimə yazılmış ən yaxşı musiqi –  “Crazy Heart” filmində filimində səslənən “The Weary Kind” musiqisi
Ən yaxşı animasiyalı film“Up” animasiyalı filmi

Şərhlərinizi bildirməyi unutmayın!!!

Populyarlığı: 1%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh yaz