This movie requires Flash Player 9
Azerilady.com Rss

Allah orucunuzu qəbul eləsin!

Müəllif : Fuad Muxtarov | Xəbərlər | 11-08-2010 | Oxunub: 2,241

4

Azerilady.com kollektivi adından sizi müsalmanların müqəddəs bayramı olan Ramazan ayının başlanması münasibəti ilə təbrik edirik. Allah orucunuzu qəbul eləsin!
Ramazan ayında orucluq mühüm yer tutur. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan Orucu” da deyirlər. Bu bayramın tarixi milad təqvimi ilə 623-cü ildən başlanır. Azərbaycanda isə rəsmi olaraq 1992-ci ildən bəri qeyd olunur.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir.

Onu məcazi mənada “on bir ayin sultanı” da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə “qədir” və ya “əhya” gecəsi adlanır.

Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var.

Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir.

Qurani-Kərimdə “Qədir surəsi” vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz.

Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar.

Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir.

Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlarır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir.

Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını)tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda,yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Mənbə: Wikipedia: Ramazan bayramı
         Letopisi: Ramazan bayramı

Populyarlığı: 4%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh (4)

13

men oruc tutmaq menasinda cox fikirlesdim.qerar verdim ki, gerek men oruc tutum.

Allah tutulan bütün orucları qəbul etsin,AMİN!

twr edirem.culemizin

Şərh yaz