This movie requires Flash Player 9
Azerilady.com Rss

“Mən bütün dünya üçün çəkirəm”

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 1,603

3

Ssenarist, rejissor və prodüser Fayt Helmer ilk filmini 14 yaşında çəkib. Münhen Kino Məktəbinin məzunudur. Almaniyada daha çox qısametrajlı filmlər rejissoru kimi tanınır. Onun rusiyalı aktrisa Çulpan Xatamovanın iştirakı ilə çəkdiyi “Tuvalu” filmi 62 kinofestivalda nümayiş olunub. 2002-ci ildən “master-klass”lar təşkil edir və müxtəlif ölkələrdə tələbələrlə eksperimental filmlər çəkir. Rejissorun Bakıya gəlişindən istifadə edib onunla həmsöhbət olduq.  

Populyarlığı: 3%

Aktrisa gəlir…

Müəllif : Nərmin Muradova | Mədəniyyət | 25-02-2010 | Oxunub: 1,796

6

Rövşən İsax : “Film hamı üçün maraqlı olacaq”

Ötən il  dövlət sifarişilə istehsalına start verilən  filmlərdən biri də “Aktrisa”dır. Yazıçı İlqar Fəhminin eyniadlı povestinin motivləri əsasında çəkilən filmin rejissoru Rövşən İsaxdır. Rejissorun ilk tammetrajlı filmi olan “Aktrisa” “Pozitiv Media”da istehsal olunur.

Filmlə bağlı suallarımızı rejissorun özünə ünvanladıq. İlk sualımız filmin hazırda hansı mərhələdə olması ilə bağlı idi.

Populyarlığı: 1%

Kino da bir sənətdir…

Müəllif : Nərmin Muradova | Mədəniyyət | 18-02-2010 | Oxunub: 1,061

9

Mələyə sormaq lazım…bəs rejissor hanı?

Teatrda istedadına görə digərləri tərəfindən sığışdırılan, işləri heç də yaxşı getməyən aktrisa, bir uşaqla həyatın onun üçün hazırladığı çətinliyə dözməyə hazırlaşan ana, kişilər tərəfindən istəkli qadın, içkiyə qurşanan, arada bir görünüb pul istəyən qardaş bacısı, Qarabağ müharibəsində həlak olan yoldaşının xəyalı ilə yaşayan Mədinəni siz də türklər demiş, merak etdiniz. Deyilmi? Elə isə mən deyim siz də bilin ki, Mədinə 2008 –ci ildə çəkilən rejissoru və ssenari müəllifi Oqtay Mirqasımov olan “Günaydın, mələyim” filminin qadın qəhrəmanının adıdır. Əvvəl filmin aktyor heyəti barədə bir balaca arayış verməyi vacib bildiyimdən deyim ki, bu heyətində Azərbaycanın ən tanınmış simaları cəm olub – Ayan Mirqasımova, Fuad Poladov, Həmidə Ömərova, Abbas Qəhrəmanov, Bəsti Cəfərova, Telman Adıgözəlov və digərləri. Yəni rejissorun sadiq komandası…

Populyarlığı: 1%