Sirlərlə dolu qadın dünyası
Sağlamlıq

iPod – un səsinin gurluğuna məhdudiyyət qoyulacaq

Əksəriyyətimizin əvəz olunmaz aksesuarına çevrilən məşhur iPod və digər  musiqi  playerlərinin səsinin gurluğuna məhdudiyyət qoyulacaq. Musiqi və audio kitabları dinləməyə adət etdiyimiz bu avadanlıqlar sən demə eşitmə orqanlarının zəifləməsinə səbəb olurmuş.

BBC.co.uk -nın verdiyi məlumata görə yaxın zamanlarda Avropa Birliyi ərazisində satılan iPod və digər musiqi dinləyicilərinin səsinin gurluğuna məhdudiyyət qoyulacaq.  Avrokomissiya yeni standartlar qəbul edib. Belə ki, audio  informasiyaya qulaqcıqlar vasitəsi ilə qulaq asmaq üçün istifadə olunan avadanlıqlar bu standartlara uyğunlaşdırılmalıdır. Yeni standartlara görə səsin səviyyəsi məcburən 100 db qədər endiriləcək. Avropa Birliyinin ərazisinə satış üçün daxil olan playerlərin proqram təminatında bu opsiya əvvəlcədən nəzərdə tutulacaq. Məhdudiyyət yalnız playerlər deyil, mobil telefonlara da tətbiq olunacaq. Bu qadağa təsadüfi deyil, alimlərin verdiyi məlumata görə  10 milyona yaxın gənç  müsiqiyə elə yüksək səslə qulaq asırlar ki, bu nəinki eşitmə orqanlarının zəifləməsinə hətta onların itirilməsinə də gətirib çıxarda bilər.

Eyni ilə Azərbaycanda da bu cürə problem mövcuddur. Gündəlik müşahidələrimdən belə nəticəyə gəldim ki, Bakıda mobil telefonla (qulaqcıqları ilə) musiqiyə qulaq asma halları üstünlük təşkil edir. Müsiqiyə qulaq asmaq faydalıdır,  insanı sakitləşdirir və ruhunu zənginləşdirir.  Amma bəziləri musiqiyə elə səslə qulaq asır ki, nəinki özünü karlığa namizəd eləyir, hətta yan-yörəsindəki insanları da əsəbləşdirir. Bu tip adamlar avtobusa və ya metroya daxil olduqda  qulaqcıqlarla qulaq asdığı musiqini sizi inandırım hamı eşidir. Açığı belə adamları başa düşməkdə çətinlik çəkirəm.

Müasir dövrdə eşitmə orqanlarının zəifləməsinə yuxarıda sadalanan hallardan savayı avtomobillərin lüzumsuz yerə çaldıqları siqnal da səbəb ola bilər. Sonda qeyd edim ki, insan 30-40 db olan təbiət səslərinə daha çox öyrəşib. 180 db-dən gur olan səs insan həyatına son qoya bilər. Şərhlərinizi bildirməyi unutmayın.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.